Tutun inanılmaz faydaları - Min dərdin dərmanıdır

Tutun inanılmaz faydaları - Min dərdin dərmanıdır"Ağ və qara tutun vitamin, minerallarla zəngin olması məlumdur. Tutun sağlamlığa göstərdiyi müsbət təsirlərinə görə onu bir aptekə bənzətmək olar".
KONKRET.az xəbər verir ki, bu barədə fitoterapevt Füzuli Hüseynov bildirib.
Onun sözlərinə görə, tutun immunitet sistemini gücləndirdiyini, anemiya və böyrəklərə xeyirli olduğunu danılmaz bir fakt kimi çox insan bilir:
"Tut eyni zamanda ağız və diş sağlamlığının təmin olunmasında və saçların canlandırılmasında çox böyük faydalara malikdir. Təbii yolla aparılan bitki müalicəsində tutun həm meyvə, həm şirəsi, həm də yarpaqlarından istifadə olunur. Tutun, əsasən qara və ağ növü çox işlədilir.
Ağ tutun meyvələri şirin, yeməlidir və C vitamini ilə zəngindir. Onun meyvəsi, bəkməzi, kompotu və cemi ürək zəifliyi, mədə-bağırsaq xəstəliklərinin müalicəsində son dərəcə faydalıdır. Ağ tut mədə və bağırsaqların nizamlı fəaliyyətini təmin edir. Onun yarpaqları qaynadılıb içilərsə, sidikqovucu təsir göstərir və bədəndə yığılmış suyu xaric edir. Acqarına yeyilən ağ tut bağırsaq qurdlarını azaldır. Tut həm də yorğunluq hissini azaltmağa kömək edir. Ən əsası, yaşlanmanı gecikdirir və dərini daha təravətli saxlayır, şəkər xəstəliyinin müalicəsində yaxşı təsir edir. Onun yarpaqları qanda şəkərin səviyyəsini aşağı salır".
Fitoterapevt qeyd edib ki, qara tut qanyaranmanı sürətləndirir, böyrək toxumasını qidalandırır, boğaz ağrısını, çiçək və qızılca xəstəliklərini sağaldır:
"Mədə və bağırsaqları gücləndirir, bağırsaqların peristaltikasını sürətləndirir, mikrofloranın tənzimlənməsində iştirak edir, sidikqovucu təsir göstərir. Qara tut suyu ilə hazırlanan ağız yuyucusu ağız iltihabı, diş əti iltihabı (gingivit), diş ətinin şişməsi, tonzillit və boğaz ağrısı üçün faydalıdır. Turş tut ağız yaralarının (aftanın) müalicəsi üçün çeynənir. Təbii antibiotik olaraq təsirini itirməyən tutun tərkibində kalium, fosfor, A və K vitamini var. Bu meyvə yüksək xolesterol, ürək və mədə xəstəlikləri üçün faydalıdır və qan şəkərini tənzimləyir. Bədəni toksinlərdən təmizləyən və həzm sistemini gücləndirən tut orqanizmi zərərli maddələrdən qoruyur. Dəri üçün də olduqca faydalıdır".
Həmçinin o qeyd edib ki, qırmızı və ağ tut cəmiyyətdə anemiya olaraq bilinən dəmir çatışmazlığı anemiyasının müalicəsində faydalıdır:
"Gündə 1 ovuc tut qanazlığını aradan qaldırır. Yaş artdıqca sümük inkişafında durğunluq yaranır. Yaşıl tərəvəz və meyvələr sümük inkişafını dəstəkləyir. Xüsusilə qırmızı və ağ tut sümük inkişafında çox faydalıdır.
O, infeksiya ilə mübarizə aparır və xəstəliklərdən qoruyur. Elmi tədqiqatlar giləmeyvələrin istehlakının xərçəng, yaşlanma və bakterial infeksiyalara qarşı potensial sağlamlıq təsirləri olduğunu göstərir, həmçinin, yaşlanma əleyhinə effekt göstərir. Tərkibindəki A vitamini sayəsində hüceyrələr yenilənir və dəri sağlamlığı qorunur".


DOKTORINFO.AZ
Sağlam Qida       Tarix: 11 iyun 2023

Oxşar xəbərlər

Çuğundurun faydaları və zərərləri

Çoxlu şəfası mövcud olan çuğundur, həftədə ən az bir dəfə istifadə edildiyi zaman daxili orqanların qocalmasını dayandırır, hüceyrə zərərinin qarşısını alır və immuniteti gücləndirir. məlumat verir ki, mütəxəssislər, qırmız

Qarazirə yağının faydaları

Qara zirə yağının faydaları saymaqla bitməz. Qara zirə (Çörəkotu) daha çox çörək və digər xəmir məhsullarını bəzəmək üçün istifadə edilən toxum olsa da Qarazire yagi sağlamlıq üçün çox faydalıdı. Çörəkotunun mətbəxlərdə istifad

Soğan suyunun faydaları və zərərləri

Soğan mətbəxlərdən əksik olmayan, hər yeməkdə istifadə olunan tərəvəzdir. Təbii antibiotik olan soğanın suyu da insan sağlamlığı üçün əvəzsizdir. Ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. Bəs soğan suyunun faydalar

Zəncəfilin faydaları və zərərləri

Zəncəfil, qış aylarında daha çox istifadə edilən, şəfa deposudur. Bir çox vitamin və minerallarla zəngindir. Soyuqdəymə, ishal, mədə bulantısı kimi həzm sistemi problemləri zamanı faydalıdır. İmmunitet sistemini gücləndirir

Darçının bilmədiyiniz faydaları və zərərləri

Bir çox ədviyyatlar kimi darçının da insan sağlamlığı üçün faydaları bitib tükənməzdir. Cinnamomum adı verilən ağacların iç qabıqlarından əldə edilir. Gözəl qoxusunu və dadını verən isə yağıdır. Bu yağda sinnameldehit adlandırıla

Daha şəfalı ancaq bahalı qida... "Pekan qozu"nun adi qozdan fərqi nədir?

Təbiətin möcüzələrini saymaqla bitməz. Onlardan biri şəfalı xüsusiyyətlərə sahib olan ağacda yetişən pekan(Yapon) qozudur. Dünyada "Pekan" olaraq bilinən bu bitki növünün veteni Amerikadır. Sərt qabıqlı meyvə ola

Qarağatın faydaları

Qarağat bitkisi vitaminlərlə zəngindir. İnsan sağlamlığı üçün olduqca faydalıdır. xəbər verir ki, tərkibi A, K,B5, B6, B1, B2, PP, H, C vitaminləri ilə zəngindir. Bundan əlavə tərkibində təbii turşular, pektin maddəsi, efi

Nar çiçəyinin faydaları

Nar çiçəyi nədir?. Nar çiçəyi, Çin tibbində əhəmiyyətli yeri olan, faydaları ilə diqqət çəkən bitki növüdür. xəbər verir ki, nar meyvəsi yaranarkən öncə çiəkləri açar. Nar çiçəkləri gözəl görüntüyə sahib olduqları kimi qid

Qaraciyərə faydalı qidalar

Qaraciyər, vücudun ən böyük orqanı olması ilə yanaşı özünü yeniləyə bilən tək orqan olması ilə həyati əhəmiyyət kəsb edir. Qarın boşluğunun sağ üstündə yer alır. xəbər verir ki, qaraciyərin funksiyasını normal yeriyə yetirməs


masaj yuxuda bogaz agrisi tecili tibbi yardim goz hekimi hamilelik testi
masaj
is elanlari