Aritmiya nədir?

Aritmiya nədir?Ürək problemi olanlar, bəzən də sağlam insanlar bu problemdən əziyyət çəkirlər. Sürətli, yavaş ya da nizamsız ürək döyüntüləri ilə özünü biruzə verir.

Doktorinfo.az xəbər verir ki, aritmiya və ya ritm pozuntuları ürək döyüntülərinin anormal hala gəlməsidir. Ritm pozuntusu zamanı ürək çox sürətli və ya çox yavaş döyünə bilər. Əksər zaman zərərsiz olsa da, bəzən həyati təhlükə yaradacaq vəziyyətə gəlir.

Bu zaman ürək vücuda kifayət edəcək qanı göndərə bilmir və şəxsdə nəfəs darlığı, ürəkgetmə, ani ölüm meydana gələ bilər. Müalicə edilə bilən xəstəlikdir.

Taxikardiya nədir?

Ən çox qarşılaşılan ritm pozğunluğudur. Qəlbin dəqiqədə 100-ün üzərində döyünməsidir. Ürəyin sürətli çalışdığı zamanlarda ürəkgetmə, təzyiqin düşməsi, nəfəs darlığı kimi əlamətlər meydana çıxır. Bu zaman MR və EKQ kimi üsullarla ürək yoxlanılır.

Belə xəstələrin problemi ürək döyüntüsü adətən qısamüddətli olur. Daha sonra isə normal hala geri dönürlər.

Ventriküler taxikardiya – Ürəyin içində yer alan ventrikül nahiyədə nəbzin sürətli döyünməsidir. Ventrikül, qanın bütün vücudda dövranını təmin edən əsas pompalardır. Sağlam şəxsin ürəyi dəqiqədə 60 ilə 100 arası döyünür. Bu vəziyyətdə isə dəqiqə üzrə göstərici 200-250 olur. Bu isə ciddi sağlamlıq problemlərinə yol aça bilər.
Supraventrikulyar taxikardiya – Uşaqlıq dövründə ən çox rast gəlinən növlərdən biridir. Adətən uşaqlıqda halsızlıq, ana südü yeyə bilməmək kimi əlamətlərlə özünü göstərir. Ürək döyüntüləri normal olur. Ancaq bu uşaqda təsdiqlənərsə mütləq şəkildə çox zaman keçmədən müalicəyə başlanılmalıdır.
Aritmiya nədir?Normal nəbz neçə olmalıdır?

Bu insandan-insana dəyişir. Ancaq adətən normal nəbz 60 ilə 100 aralığında atarsa qəbul olunur.

Aritmiyanın səbəbləri nələrdir?

Adətən ürək xəstəliyi olan şəxslərdə daha çox görülsə də bəzən ürəyindən hansısa şikayəti olmayanlarda da yarana bilər. Bu zaman ilk olaraq bunun səbəbi araşdırılır. Çünki bəzən aritmiyalar ürək səbəbli deyil başqa xəstəlik səbəbilə bu göstəricini təqdim edər. Məsələn, anemiya, tiroidin az və ya çox çalışması, bəzi hormonal xəstəliklər və s.

Aritmiyanın elametleri nelerdir?

Xəstələrin 50-87%-ə qədərində xəstəliyin başlanğıcında simptomlar müşahidə olunmur, ona görə də müntəzəm tibbi müayinələr və ürək döyüntülərinin monitorinqi aritmiyanı ilkin mərhələdə müəyyən etməyə kömək edəcək.

Sürətli döyüntü

Nizamsız ürək döyüntüləri

Ürəyin duracaq kimi olması

Baş gicəllənməsi

Nəfəs darlığı və s.
Aritmiya nədir?Ürək döyüntüsünün sürətli olduğu anlarda ürəkgetmə və baş gicəllənməsi kimi şikayətlərlə yanaşı sinə ağrısı da yaranarsa bu vəziyyətin ciddi olduğuna işarət edir.

Diaqnoz necə qoyulur?

Vəziyyətə uyğun olaraq eletrokardiorqamma üsulu, holter müayinəsi, exokardioqrafiya metodu ilə təsdiq və ya inkar edilir.

Eletrokardiorqamma üsulu zamanı əgər aritmiya mövcud olarsa aktual olur.

Əgər yoxdursa bu zaman holter müayinəsindən istifadə edilir. Sizə cihaz bağlanır və 24 saat ərzində ürək ritminizi qeydə alır. Daha sonra həkim araşdıraraq mövcud problem barədə məlumat verir.

Exokardioqrafiya isə ürəyi USM-dir desək yanılmarıq. Ürəyin vəziyyəti araşdırılır.

Müalicəsində isə dərmanlar təyin edilir. Ehtiyac duyularsa cərrahi üsuldan istifadə edilə bilər.
Əgər ürək döyüntünüzdə nizamsızlıq hiss edirsinizsə kardioloqa müraciət etməlisiniz. Çünki erkən diaqnoz hər zaman can xilas edir.

Ürək ritminin pozulmasının müalicəsində istifadə olunan üsullar:

həyat tərzində ediləcək dəyişikliklər;

aritmiyaya qarşı dərmanlar (antiaritmik dərmanlar);

ürək əməliyyatları

bəzi müalicələr, məsələn, kateter ablasyonu

bəzi tibbi cihazlar.

Həmçinin diqqət edilməlidir:

Düzgün qidalanma. Çünki qidalanma formaları ürəklə birbaşa əlaqəlidir və təsir göstərir. Düzgün qidalanmaya diqqət yetirərək ürək xəstəliklərindən qorunmuş olarsınız.

Mineral balansı tənzimləməlisiniz.

Qidalanma. Sağlam pəhriz ürək sağlamlığını dəstəkləməyə kömək edir. Düzgün qidalanma ürək xəstəliklərindən qorunmada və müalicədə əsas faktorlardandır.

Zədələnmiş orqanın bərpasına yönəlmiş xüsusi orqan preparatlarının istifadəsi inteqrativ təbabət üsulu ilə aritmiyanın müalicəsini əhatə edir.
Aritmiya nədir?


DOKTORINFO.AZ
Xəstəliklər       Tarix: 15 sentyabr 2026

Oxşar xəbərlər

Skolioz nədir?

Skolioz onurğa sütununda yaranan əyilmədir. xəbər verir ki, uşaqlarda qamət pozğunluğu adətən boy artımı zamanı yaranır. Bu zaman digər orqanlarda da dəyişikliklər baş verir. Daha sonra isə orqanların funksional pozğunluğ

Talassemiya daşıyıcılığı nədir?

İnsanlarda bir xüsusiyyətə aid genlərdən iki ədəd mövcud olur. Biri anadan, digəri atadan keçər. xəbər verir ki, Beta talassemiya üçün ana və atadan keçən qlobin geni normaldırsa uşaq normal, biri dəyişikliyə məruz qalırs

Qarın ağrısı

Bir çox insan qarın ağrısından əziyyət çəkir. Qarın ağrısı, qarın nahiyənizdəki hansısa bir orqandan və ya həzm sisteminizdə yaranan problemdən qaynaqlana bilər. məlumat verir ki, qarın ağrısı adətən mədə ağrısı ilə qarışdırılır

Qulaq ağrısı

Qulaq ağrısı, insanı çox narahat edən, gündəlik həyata mənfi təsir göstərən ağrılardandır. Yanma, batma kimi fərqli ağrı növləri ilə ortaya çıxa bilər. Qulaq ağrıdığı zaman müşahidə edilən simptomlar, fərqli sağlamlıq xəstəliklər

Ağciyər ağrısının səbəbləri, müalicəsi

Ağciyər ağrılarına əksər zamanı ötəri baxılır. Buna diqqət edilmir. xəbər verir ki, əslində isə bir çox səbəbi ola bilər. Bes agciyer agrisinin sebebleri neler ola biler?. Astma. Ağciyərdə qan laxtası. Pnevmoniya. Qabırğ

Viral infeksiyalar nədir?

Viral infeksiyalar, virus adı verilən mikroskopik orqanizmlərin vücuda yoluxması nəticəsində ortaya çıxan infeksiyalardır. Bu viruslar, hüceyrələrə zərər verərək çoxalır və müxtəlif xəstəliklərə səbəb ola bilirlər. xəbə

Ayaqda göbələk xəstəliyi

Ayaqda göbələk problemi, ayaqlarda qaşıntı və parlaq qırmızı səpkilərə səbəbiyyət verən infeksiyadır. xəbər verir ki, bu infeksiya, soyulma, yanma hissi, qızarıqlıq, su toplama, qaşıntı və yaralara səbəb olur. Çox görülə

Mədə yanması: Əlamətləri və müalicəsi

Mədə yanması, yemək yedikdən sonra mədə asidinin qida borusuna geri axışı sonrası iltihablanma və zədə yaradıb sinədə meydana gətirdiyi ağrılı yanma hissidir. xəbər verir ki, bir çox səbəbləri mövcud ola bilər. Bu zaman ə

Qaraciyər ağrılarının əlamətləri

Qaraciyər bir çox insanın ortaq problemidir. Hər bir ağrı özünü müxtəlif əlamətlərlə biruzə verir. Qaraciyer agrilarinin elametleri nelerdir?. Küt ağrı. Qılınc batmış hissi. Bəzən nəfəs darlığı. Kürək nahiyəsinə yayılan ağr


masaj yuxuda dis agrisi sekis tecili tibbi yardim hamilelik testi
masaj
is elanlari