Askarid qurdu əlamətləri

Askarid qurdu əlamətləriAskarid, silindr formasında, ucları incə, qəhvəyi, sarımtıl rəngli bağırsaq qurduna verilən addır. 25-35 sm uzunluqda olurlar.

Doktorinfo.az xəbər verir, dünyada 1,5 milyarddan çox insanın yoluxduğu təxmin edilir.
Hər dişi soxulcan gündə 200.000-ə qədər yumurta çıxara bilər. İnsan nəcisindən çıxan yumurtalar torpaqda uzun müddət canlı yaşaya bilir.

Dözümlü və çətin bitən qurd növündəndir.

Askarid qurdu nece yoluxur?

İnsanlar, ağız yolu ilə yeyilən qidadan və ya torpaqda böyüyən Ascaris yumurtaları ilə təmas edərkən yoluxa bilər. İncə bağırsaqda yumurtadan çıxaraq bağırsaq divarından keçir və qaraciyər, ürək, ağciyərə qədər çata bilir.
Askarid qurdu əlamətləriAskarid qurdunun elametleri nelerdir?

Bu, təsir göstərdiyi orqandan asılı olaraq dəyişir. İnfeksiya ilkin vaxtlarda xüsusi simptom biruzə verməz.

Əgər qurdlar ağciyərdədirlərsə bu əlamətlər baş verər:

Öskürək

Xırıltılı tənəffüs

Nəfəs darlığı

Qanlı bəlğəm

Qızdırma

Əgər qurdlar bağırsaqdadırlarsa bu hallar yarana bilər:

Mədə bulantısı

İshal

Şiddətli qusma

İştah azalması

Çəki itkisi

Qarın ağrısı

İnkişaf geriliyi və s.
Askarid qurdu əlamətləriBu qurd, uşaqlarda davranış pozğunluğuna belə səbəb ola bilir.

Aşağıdakı davranışlar varsa, bu, qurdun əlaməti kimi də müşahidə edilə bilər:

Əsəbilik

Dağınıqlıq

Diqqəti bir araya toplaya bilməmək

Həyəcan

Yuxu pozuntusu

Yuxuda qorxma

Tez əsəbləşmək və s.

Belə uşaqların immunitet sistemləri güclü olmur. Ya tamamilə iştahdan kəsilirlər və ya yesələr belə çəkilərində bir artım olmur. Xəstəliklərə qarşı da orqanizm güclü müqavimət göstərə bilmir. Tez-tez xəstələnmək halları baş verə bilər.

Diaqnoz necə qoyulur?

Ən uyğun, dəqiq diaqnoz nəcizdən verilən analiz nəticəsində əldə edilə bilər. Nəcis laboratoriyada araşdırılır, qurdun olub-olmaması və növü təyin edilir.
Askarid qurdu əlamətləriAskarid qurdunun müalicəsi:

Xəstəliyin erkən mərhələsi adətən yüngül keçir, hətta bəzən müalicəyə belə ehtiyac qalmır.
Sadəcə simptomlara səbəb olan infeksiyaların müalicəsi əsas şərtdir. Müalicədə qurd tökən dərmanlardan, şamlardan, qaraciyəri qorumaq üçün təyin edilmiş siroplardan istifadə edilir.
Dərmanların, yüngül qarın ağrısı və ya ishal kimi əks təsirləri ola bilər.

Qeyd edək ki, adətən müalicə edilməyən bu qurd getdikcə vücudda artır və orqanlar üçün ciddi təhlükə yarada bilər. Bu səbəbdən erkən diaqnoz və müalicə mühüm əhəmiyyət kəsib edir.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 03 sentyabr 2026

Oxşar xəbərlər

Dırnaq göbələyi nədir və necə mübarizə aparmalı?

Dırnaq göbələyi, geniş yayılmış göbələk infeksiyasıdır. Əl və ayaq dırnaqlarının uc qisminin altında başlaya bilər. Bu, irəliləyən bir vəziyyətdir. İnfeksiya irəlilədikcə dırnaqda solğun rəng, qalınlaşma, kənarlardan parçalanm

Vücudda yaranan qırmızı xal təhlükəlidir?

Qırmızı xal, vücudda hər nahiyədə yarana bilən dəri problemidir. Rəngi bənövşəyi, qırmızı rəngdə olduğu üçün qırmızı qal adlanır. Adətən 30 yaşdan sonra daha çox görülür. Qırmızı xalın içərisindəki kiçik qan damarlarını

A vitamini faydaları

A vitamini, bədənin fəaliyyəti üçün zəruri olan bioloji maddələrin ümumiləşdirilmiş adıdır. xəbər verir ki, qidalarda 2 tip A vitamini mövcuddur. Ət, balıq, toyuq, tam yağlı süd və süd məhsulları kimi heyvani qidalarda olur

Qanda leykosit nədir?

Qan, vücudda çox önəmli rollara sahibdir. xəbər verir ki, bu səbəblə qan analizlərinin dəyərləri çox önəmlidir. Leykositlər bunlardan biridir. Bəs leykosit nədir? Nə qədər olmalıdır?. Leykositlər ağ qan hüceyrəsi və ya akyuva

Böyrək xərçənginin simptomları və mərhələləri

Böyrəyin əsas vəzifəsi, qanı süzdükdən sonra artıq maddələrdən sidik yaratmaq və qandakı kimi mineralların tarazlığını təmin edir. Böyrək xərçəngi, normal funksiyasını yerinə gətirən hüceyrələrin formasını itirərək anorma

Mədə soyuqlamasının təbii üsullarla müalicəsi

İnsan vücudunda yaranan problemlərdən biri mədə soyuqlamasıdır. Bu, bir müddətlik də ola bilər, daha ciddi problemlərə də yol aça bilər. Bununla yanaşı xalq təbabəti ilə də soyuqdəymədən xilas olmaq mümkündür. Mədə soyuqlamasını

Stresi azaltmağın ən təbii yolu Masaj haqqında

İndiki dövrdə insanlar daim stres və gərginliklə üz-üzə qalırlar. Davamlı iş tempi, texnologiyanın sürətli inkişafı və sosial problemlər gündəlik həyatımızda psixoloji yük yaradır. Bu səbəbdən insanlar stresdən azad olma

Ən yaxşı neyrocərrah kimdir?

Neyrocərrahiyyə sinir sistemi problemlərinin cərrahi müalicəsi ilə məşğul olan tibb sahesidir. xəbər verir ki, sinir sistemi beyin, onurğa beyni, kəllə, sinir toxumalarına və s. dəstək verən qoruyucu örtükdür. Bununla yüksə

Hansı yataq daha təhlükəlidir?

İnsan sağlamlığında qidalanma ilə yanaşı həyat tərzi də vacibdir. Məsələn, yaşadığınız məkan, şərait, yatdığınız yer belə. xəbər verir ki, aparılan araşdırmalara görə, matraslar yun döşəklərlə müqayisədə daha təhlükəlidir


masaj yuxuda mede agrisi tecili yardim hamilelik testi cinsi xestelikler
masaj
is elanlari