Göy öskürək xəstəliyi

Göy öskürək xəstəliyiGöy öskürək, xalq arasında boğmaca da adlandırılan xəstəlik, yoluxucu üst tənəffüs yolu infeksiyasıdır. Hər yaşda görülə bilər, ancaq 1 yaş altındakı uşaqlarda boğmaca, ciddi sağlamlıq problemlərinə yol aça bilər. Xəstəlik, boğazın bordetella pertussis adı verilən bakteriyalarla yoluxması nəticəsində ortaya çıxar. Üst tənəffüs yolu infeksiyası şəklində başlayır və adətən aşağı hərarət, titrəmə, öskürək olaraq görülür. Daha sonra şiddətli öskürək krizləri ilə seyr edilir. Xesteliyin ağırlığı uşağın yaşına görə dəyişir. Erkən yaşda yoluxarsa xəstəlik ağır irəliləyər və ciddi problemlərə səbəb ola bilər. Boğmaca, sətəlcəm riski və beyin iltihabına səbəb ola bilən ciddi xəstəlikdir.

Göy öskürək necə yoluxur?

Göy öskürək xəstəliyiDoktorinfo.az xəbər verir ki, hava-damcı yolu ilə yoluxma baş verir. Virusu daşıyan şəxslərin öskürməsi ya da asqırması ilə bakteriyalar havaya qarışıb teneffüs yoluyla digər şəxslərə yoluxur. Boğmaca diaqnozunun dəqiqləşdiyi zaman yoluxuculuğu daha yüksəkdir.

Uşaqları öskürən digər şəxslərdən uzaqda saxlamaq tövsiyə edilir.

Müalicə edilməsə xəstəliyə yoluxan şəxsin öskürəyin başlamasından üç həftə ərzində xəstəliyi başqalarına keçirə bilər.
Mikroba məruz qalmaqla xəstə olmaq arasındakı müddət adətən yeddi ilə on gün arasındadır, ancaq bu müddət üç həftə qədər də ola bilər.

Göy öskürəyin ilkin əlamətləri aşağıdakılardır:

Adətən aşağı hərarət

Titrəmə

Burun axıntısı

Quru öskürək

Yorgunluq

Burun tıxanıqlığı

Asqırmaq

Adətən ikinci həftədən sonra şiddətli öskürəklə seyr edilən müddət başlayar.

Göy öskürək xəstəliyiŞiddətli öskürək krizləri 2-4 həftə ərzində davam edər. Uzun davam edən şiddətli öskürək krizlərlə başlayır və dərin nəfəs kəsilmələri və xırıltılar ola bilər. Adətən gecələri gələr. Qusmalarla nəticələnə bilər.

Göy öskürək kiçik uşaqlarda çox ciddi ola bilər. Öskürək krizləri sırasında uşaqda göyərmə, nəfəs durması ola bilər.
Göy öskürək xəstəliyiKəskin öskürəkdən təzyiq səbəbiylə göz içində qanaxma baş verə bilər. Uzun müddət oskurek krizi səbəbiylə beyin oksigensiz qala bilər. Öskürək, daha böyük yaşdakı uşaqlar və böyüklərdə, müalicə səbəbiylə daha yüngül seyr edilə bilər.

Yaxşılaşma müddəti 1-3 həftə davam edər. Sağalmaq mərhələsində ikinci mərhələ əlamətləri geriləməyə başlayar. Şəxs normala dönmədən öncə öskürəkdə azalma görülür.
Yoluxduqdan sonra ilk 15 gün daha yüngül, digər 15 gün isə ağır öskürəklərə səbəb ola bilər. Sağalma müddəti olaraq adlandırılan son bir ayda isə gedərək azalır.


DOKTORINFO.AZ
Uşaq xəstəlikləri       Tarix: 07 noyabr 2026

Oxşar xəbərlər

Uşaqlarda yüksək təzyiq

Təzyiq, qanın atar damarlar içərisində meydana gətirdiyi təzyiqdir. Böyük təzyiq adlandırılan sistolik qan təzyiqi və kiçik təzyiq olaraq bilinən diastolik qan təzyiqi olaraq iki formada dəyərləndirilir. xəbər verir ki, uşaqlı

Uşaqlarda mədə bulantısının səbəbləri

Mədə bulantısı ağrısız, xoş olmayan qusma hissinə yaxın olaraq bilinən şikayətdir. xəbər verir ki, mədə bulantısı adətən kimyəvi xəbərdarlıq və ya hərəkətə bağlı yarana bilən tam olaraq səbəbi açıqlana bilməyən bir vəziyyətdir

Uşaqlarda qida allergiyası

Qida allergiyaları, qidalanmada yer alan qida maddələrinə qarşı immun sisteminin verdiyi reaksiya olaraq ortaya çıxan, müxtəlif sağlamlıq problemlərinə səbəb olan və xəstənin həyat keyfiyyətinə mənfi təsir görstərən sağlamlı

Nitq pozuntusu: Səbəb və əlamətlər

Danışmaq, cəmiyyətdə yaşayan insanların anlaşmasını təmin edən fizioloji, psixoloji faktorların rol oynadığı, motorika hərəkətlərinin bir araya gəlməsiylə həyata keçən bir müddətdir. məlumat verir ki, nitq pozuntusu axıc

Qulaqdibi (Parotit) xəstəliyi nədir?

Qulaqdibi, qulaqdibi virusunun səbəb olduğu, qulaqların önündəki parotit adlı tüpürcək vəzlərinin şişməsi ilə xarakterizə edilən virus mənşəli infeksiyadır. xəbər verir ki, üzün hər iki yanının təsirləndiyi qulaqdibi xəstəliyini

Uşaqlarda miqren xəstəliyi

Uşaqlar arasında da miqren xəstəliyinə çox rast gəlinir. Qızlarda daha çox müşahidə edilir. xəbər verir ki, nevroloq Aynur Zeynalovanın sözlərinə görə, miqren, periodik olaraq təkrar edən xroniki ağrı hesab edilir. Əsas göstəricis

Uşağınızın tez-tez xəstələnməyinin səbəbi

Mütəmadi xəstələnən, öskürək krizləri yaşayan və oynayan zaman nəfəssiz qalan uşaqların bu narahatçılıqları allergik orqanizmdən qaynaqla bilir. xəbər verir ki, geniz ətinin səbəb olduğu problemlere bənzər əlamətlər verə

Uşaqlarda qulaq ağrısı

Uşaqlarda qulaq ağrısı yayılan xəstəliklər sırasındadır. xəbər verir ki, adətən körpələrdə və 3-4 yaş aralığı uşaqlarda daha çox görülür. Bes daha cox usaqlarda gorulen qulaq agrisinin sebebleri nelerdir?. Soyuqdəymə - B

Uşaqlarda qusma

Uşaqların həssas orqanizmi, bəzən qarşılaşdığı müxtəlif infeksiyalar, həzm sistemi pozğunluqları və ya digər narahatlıqlar səbəbiylə qusma kimi xoş olmayan vəziyyətlərlə qarşılaşılır. xəbər verir ki, uşaqlarda qusmağa nəyi


masaj yuxuda sekis babasil mualicesi mede agrisi tecili tibbi yardim
masaj
is elanlari