Uşaqlara qoyulan yanlış diaqnozlar - Pediatrdan açıqlama
Müasir zamanda qatqılı qidalar, geni dəyişilmiş meyvələrdən istifadə sağlamlığa da təsirsiz ötüşmür. Bu, xüsusilə də uşaqlara təsir göstərir. Bəzi xəstəliklərin diaqnozu isə yanlış qoyulur.
Doktorinfo.az xəbər verir ki, pediatr-neonatoloq Altay Abdullaoğlu ölkədə körpələrə ən çox yanlış qoyulan diaqnozlardan bəhs edib.
Bunlar aşağıdakılardır:
1. Kəllədaxili təzyiq
2. Timus
3. Hipoksiya (oksigen çatışmazlığı)
4. Nevroloji uşaq
A. Abdullaoğlunun sözlərinə görə, ölkədə bu xəstəliklər səbəbiylə müalicələr alan yetərli sayda kifayət qədər körpə var:
"Azərbaycanda olduğum müddətdə mənə bu diaqnozla müraciət edən xəstələrin 99 %-nin tamamilə sağlam olduğunu müşahidə etmişəm. Çox vaxt körpələrdə olan bəzi normal əlamətlər xəstəlik olaraq qəbul edilir və buna uyğun olaraq kurs müalicələrə başlanılır. Bu əlamətlərdən ən çox rastladıqlarımız körpələrin ağız ətrafında müşahidə olunan göyərmələr, ağlayanda çənənin əsməsi, gecələr səbəbsiz bir şəkildə ağlamaqlar, dilin bayıra çıxarılmasıdır".
A.Abdullaoğlu, bu əlamətlərin xəstəlik əlaməti olmadığını, normal fizioloji hal olduğunu vurğulayıb.
"Əgər körpənin müayinəsində digər əlamətlər görünməzsə bu əlamətlər müstəqil bir surətdə hər hansı bir xəstəliyin əlaməti hesab olunmur və tamamilə normal bir haldır. Bu əlamətlər zamanla öz-özünə keçib gedəcəkdir. Ona görə hər kəsə tövsiyəmiz uşaqlarına qarşı daha diqqətli olmaları və yersiz yerə körpələri kurs müalicələrə məruz qoymamaqlarıdır",-deyə pediatr nəzərə çatdırıb.
DOKTORINFO.AZ Kondisioner uşaqlara olarmı? - Pediatrdan açıqlama
Kondisionerin uşaqlar üçün zərərli olub-olmaması hər yay mövsümündə müzakirə edilən mövzulardan biridir. Bəzi mütəxəssislər bunun zərərli olmadığını dilə gətirsələr də bəziləri tam əks fikri təbliğ edirlər. xəbər verir ki
Göy öskürək xəstəliyi
Göy öskürək, xalq arasında boğmaca da adlandırılan xəstəlik, yoluxucu üst tənəffüs yolu infeksiyasıdır. Hər yaşda görülə bilər, ancaq 1 yaş altındakı uşaqlarda boğmaca, ciddi sağlamlıq problemlərinə yol aça bilər. Xəstəlik
Uşaqlarda xərçəngin əlamətləri
Dünyada və ölkəmizdə azyaşlı uşaqlar arasında onkoli xəstəliklərin sayı daha çox artır. xəbər verir ki, uşaqlar üçün bədxassəli şişə yoluxmağın əsas mərhələsi məhz 2-8 yaş arasıdır. Orqanizmdə baş verən dəyişikliklərə diqqətl
Uşaqların görmə gücünü artırmağın yolları
Görmə zəifliyi son zamanlar müşahidə edilən problemlər sırasındadır. xəbər verir ki, bu problem daha çox məktəbə gedən uşaqlar arasında görülür. Belə ki, kitablara yaxından baxmaq, həmçinin televizor, kompüterə baxılmas
Ən yaxşı pediatr kimdir?
"Ən yaxşı həkim kimdir, "Dərdimizi kimə ünvanlayaq?" kimi suallar bir çoxlarının yaralı yeridir. Bu dəfə mövzumuzu "Bakıda ən yaxşı pediatr kimdir?" sualı ətrafında yazdıq. Bu barədə şəhərdə, sosia
Ən yaxşı uşaq nevroloqu kimdir?
Nevroloji problemlər uşaqlar arasında da geniş formada yayılıb. Bu səbəbdən son zamanlar uşaq nevroloqu üzrə axtarışlar çoxluq təşkil edir. xəbər verir ki, uşaq nevroloqu, sinir sistemində problemi olan uşaqları müalicə edə
Körpələrdə dayanmayan ağlamaq - Kolik problemi nədir?
Sağlam uşaqlarda sıx aralıqlarla, uzun müddətli və çox görülən ağlama və ya narahatçılıq vəziyyətinə kolik adı verilir. Valideynlər üçün bu dövr xüsusilə sıxıntılı və çətin bir haldır. Kolik körpələrdə krizlər adətən 6-c
Uşaqlarda qızdırma zamanı nə etməli?
Vücud istiliyinin 38 dərəcədən yuxarı olması qızdırma adlanır. xəbər verir ki, yüksək qızdırmanın ən əsas səbəblərindən biri vücuda yerləşən mikroblara qarşı immunitet sisteminin verdiyi reaksiyadır. Ancaq uşaqlarda 40 dərəc
Uşağı dərs ilinə necə hazırlaşdırmalı?
Dərs ilinin başlanılmasına olduqca az vaxt qaldı. Uşaqları yoluxucu xəstəliklərə qarşı qorumaq üçün tədbirlər görülməlidir. Xəstəliklərinin artmasında səbəb uşaqların olduqları ortamları dəyişməsidir. Belə ki, uşaqlar gigiyeni