Uşaqlarda dil bağı problemi nədir?

Uşaqlarda dil bağı problemi nədir?Doğuşdan yaranan problem olan dil bağı, əmizdirmə, danışma və diş sağlamlığına qədər bir çox sistemə təsir göstərib problemlərə səbəb ola bilir.

Doktorinfo.az xəbər verir ki, dilin hərəkət qabiliyyətini məhdudlaşdıran bu xəstəlik, adətən uşaqlarda dilin məmə ucunu yaxşı qəbul edə bilməməsi və kifayət qədər sağlam olmaması ilə anlaşılır.

Hər kəsdə görülə bilsə də, oğlanlarda qızlardan daha çox görülüb.

Dil bagi nedir?

Dil bağı, dili ağız damağı ilə birləşdirən və frenulum adı verilən toxumanın normaldan qısa olmasıdır. Bu vəziyyət dilin hərəkət qabiliyyətini məhdudlaşdırarkən, əmizdirmə, dil çıxarmağı, bir çoxunun yemə, nitq və udma formasına təsir göstərə bilər.
Uşaqlarda dil bağı problemi nədir?Dil bagi xesteliyinin sebebleri nelerdir?

Dil bağı vəziyyəti doğuşdan gəlməkdədir. Doğuşdan öncə embrioloji inkişaf müddətində ana bətnindəki 4 həftədə dilin bir hissəsi inkişaf edir. Bu mərhələdə dil hələ ağız damağından ayrılaraq sərbəst hala gəlmiş olmur. İrəliləyən həftələrdə dil ağız damağından sərbəstləşərək hərəkətli hala gəlir sadəcə frenulum deyilən bağ ilə ağız dabanına tutunur. Bu müddətdə meydana gələn pozuntu nəticəsində dili ağızın yuxarı hissəsinə bağlayan frenulum ya tam olaraq sərbəstləşə bilməz ya da hüceyrə çoxalması ilə qalın bir hal alaraq dilin sərbəstləşməsinə maneə olur və dil bağını yaradır.

Korpelerde dil baginin elametleri

Körpələrdə dil bağı, adətən anadan süd içə bilməməsi ilə ortaya çıxır. Daha yapışıq dil bağında isə yetərli qidalanmama və çəki itkisi formasında özünü göstərir. Həmçinin ağız suyunun daim gəlməsi, süd içən zaman çox tərləməsi, sağalmayan dil yaraları əlamət ola bilər. Dil bağı olan uşaqda dilin çölə çıxarması, yuxarı qaldıraraq damağa dəydirilməsi kimi hərəkətləri etməsi istənilir. Xəstə isə bunları etməyəndə diaqnoz dəqiqləşdirilir.

Artikülasyon pozğunluğunun dəyərlənridilməsində isə xüsusilə 3 yaş sonrasındakı müddətdə xəstədən "L, R, S, T, Z" kimi dilin ön nahiyəsinin aktiv istifadə edildiyi səslərin çıxarılması istənilir xəstə bu səsləri çıxarmaqda çətinlik yaşayarsa diaqnoz qoyulur.

Dil baginin risk faktorlari nelerdir?
Uşaqlarda dil bağı problemi nədir?Hər kəsdə görülə bilən dil bağı oğlanlarda qızlardan daha çox yayğındır. Bəzi vəziyyətlərdə, dil bağı qalıcı olur yəni ailədən keçicidir. Bu vəziyyət uşaqların təxminən 100-də 10-da görülə bilir. Dil bağı əksər zaman körpələri və daha kiçik uşaqlara təsir göstərər, ancaq daha böyük uşaqlar və böyüklərdə də görülə bilər.

Körpələrdə dil bağı mualicesi necə edilir?

Bəzi vəziyyətlərdə dil bağı müəyyən simptomlara səbəb olacaq qədər şiddətli deyil. Dil bağı olan ancaq qidalanma, udma və ya nitq problemləri olmayan körpə və kiçik uşaqların müalicəyə etiyacı olmaya bilər. Həyatın ilk aylarında hansısa problemə səbəb olmayan dil bağı sadəcə mütəmadi izləmə gərəkdirir.

Qidalanmada çətinlik çəkən körpələrdə isə cərrahi müdaxilə olunur.


DOKTORINFO.AZ
Uşaq xəstəlikləri       Tarix: 17 may 2024

Oxşar xəbərlər

Ən yaxşı uşaq nevroloqu kimdir?

Nevroloji problemlər uşaqlar arasında da geniş formada yayılıb. Bu səbəbdən son zamanlar uşaq nevroloqu üzrə axtarışlar çoxluq təşkil edir. xəbər verir ki, uşaq nevroloqu, sinir sistemində problemi olan uşaqları müalicə edə

Göy öskürək xəstəliyi

Göy öskürək, xalq arasında boğmaca da adlandırılan xəstəlik, yoluxucu üst tənəffüs yolu infeksiyasıdır. Hər yaşda görülə bilər, ancaq 1 yaş altındakı uşaqlarda boğmaca, ciddi sağlamlıq problemlərinə yol aça bilər. Xəstəlik

Uşaqlarda yüksək təzyiq

Təzyiq, qanın atar damarlar içərisində meydana gətirdiyi təzyiqdir. Böyük təzyiq adlandırılan sistolik qan təzyiqi və kiçik təzyiq olaraq bilinən diastolik qan təzyiqi olaraq iki formada dəyərləndirilir. xəbər verir ki, uşaqlı

Uşağın çantası hansı çəkidə olmalıdır?

Son zamanlar məktəbli şagirdlərin götürdükləri ağır çantalar bir sıra sağlamlıq problemlərinə yol açır. Yanlış çanta seçimi, duruş pozğunluğu, məktəb çantalarının ağırlığı inkişaf etməkdə olan uşaqlarda onurğa xəstəliklərini

Uşaqları xəstəlikdən necə qorumalı?

Soyuq havalar, yazın gəlişi ərəfəsi zamanı havaların soyuq və ya isti keçməsi xəstəliklərin artımına səbəb olur. Bununla da uşaqların immunitet sistemi xüsusilə zəifləyir. Bu məqamda valideynlər bəzi nüanslara diqqət etməlidirlər

Uşaqlarda mədə bulantısının səbəbləri

Mədə bulantısı ağrısız, xoş olmayan qusma hissinə yaxın olaraq bilinən şikayətdir. xəbər verir ki, mədə bulantısı adətən kimyəvi xəbərdarlıq və ya hərəkətə bağlı yarana bilən tam olaraq səbəbi açıqlana bilməyən bir vəziyyətdir

Uşaqlarda miqren xəstəliyi

Uşaqlar arasında da miqren xəstəliyinə çox rast gəlinir. Qızlarda daha çox müşahidə edilir. xəbər verir ki, nevroloq Aynur Zeynalovanın sözlərinə görə, miqren, periodik olaraq təkrar edən xroniki ağrı hesab edilir. Əsas göstəricis

Revmatik hərarət xəstəliyi nədir?

Revmatik hərarət iltihabi xəstəlikdir. Birləşdirici toxumanın iltihablanma prosesidir. xəbər verir ki, nadir görülən problemlər sırasında yer alır. 7-15 yaş arası şəxslərdə daha çox inkişaf edə və qüsurlara yol aça bilər

Kistik fibrozis nədir?

Kistik fibrozis, doğuşdan etibarən tənəffüs sistemi, həzm sistemində yer alan mukus və vəzlərinə təsir edən xəstəlikdir. Kistik Fibrozis xüsusilə, ağciyərlər, pankreas, qaraciyər, bağırsaqlar, sinüslər və cinsi orqanları


masaj yuxuda tecili tibbi yardim goz hekimi cinsi xestelikler boyrek agrisi
masaj
is elanlari