Uşaqlarda qızdırma zamanı nə etməli?

Uşaqlarda qızdırma zamanı nə etməli?Vücud istiliyinin 38 dərəcədən yuxarı olması qızdırma adlanır.

Doktorinfo.az xəbər verir ki, yüksək qızdırmanın ən əsas səbəblərindən biri vücuda yerləşən mikroblara qarşı immunitet sisteminin verdiyi reaksiyadır.
Ancaq uşaqlarda 40 dərəcə və üzəri qızdırma həvalə (sudurqa) yarada biləcəyi üçün təhlükəli hesab edilir.

Usaqlarda qizdirmanin sebebleri:

İshal

Orta qulaq iltihabı

Diş çıxarma mərhələsi

Qribal infeksiyalar

Yoluxucu xəstəliklər

Bu zaman qızdırma salan siroplardan istifadə edilir. Daha sonra yaranan problemlərə görə pediatr başqa sirop, tablet təyin edə bilər.
Uşaqlarda qızdırma zamanı nə etməli?Bəs təbii yolla qızdırmanı necə aşağı salmaq olar?

1 fincan quru üzümü 7 fincan suyun içinə qoyub qaynadın. Qaynamağa başladığı zaman qazı azaldın. Su, üçdə bir qədər azalana qədər davam edin. Daha sonra qarışımı soyumaq üçün gözlədin. Yarım stəkan qədər içmək tövsiyə edilir.

Potasium, kalsium, maqnezium, fosfor baxımından zəngin olan kahını bir litr qaynanmış suya qoyun. 15 dəqiqə gözlətdikdən sonra suyunu süzüb təbii dadlandırıcı ilə içilə bilən vəziyyətə gətirin. Qızdırması olan şəxs isti formada içməlidir.

Əksər ana körpəlik zamanı xəstəliklərdən qorumaq üçün uşaqları qalın geyindirirlər. Həmçinin otaqlarını isti saxlayırlar. Ancaq yüksək qızdırma zamanı uşağın üzərindəki artıq paltarı çıxarmaq lazımdır.
Uşaqlarda qızdırma zamanı nə etməli?Otaq istiliyini 20 dərəcə olaraq saxlayın.

Əgər uşaq körpədirsə ana südü xəstəlik zamanı çox faydalıdır. Bu ərəfədə uşağı nə qədər ana südü ilə qidalandırsanız bir o qədər faydalı olacaqdır. Çünki yüksək qızdırma su itkisinə yol açır.

İlıq su ilə uşağı duş etdirin. Bunun sayəsində istilik anidən düşməyə başlayacaqdır.

Limondan, qızdırma salan dərmana dəstək məqsədli istifadə edilə bilər. Limon vücudun mikroblarla mübarizəsini dəstəkləyən C vitamin deposudur.

Əgər uşaq böyükdürsə zəncəfil, zərdəçal çayı içirə bilərsiniz. Zəncəfil immunitet sistemini qorumağa kömək edəcək.

Köhnə üsul hesab edilsə də zoğal mürəbbəsinin çayı olduqca effektlidir.

Bol yeyilən meyvə immunitet sistemini gücləndirərək xəstəliklə mübarizə aparmağa kömək edəcək.

Bəzi valideynlər effektli zənn edərək qızdırmalı uşağı spirtlə və ya sirkə ilə silirlər. Bunlar çox yanlış hərəkətlərdir. Qızdırma ani olaraq düşsə də, sonra daha da çox yüksələcəkdir.

Xəstəlik zamanı qarpız, qovun, portağal, kivi, pomidor kimi tərkibi maye ilə dolu olan, bol antioksidant, C vitamini tərkibli qidalar yeyilməlidir.

Əgər düşməsə parasetamol tərkibli nurofen, ibuprofen kimi siropları verə bilərsiniz. Səbəbi müxtəlif xəstəliklərdən qaynaqlana biləcəyi üçün pediatr baxışı mütləqdir. Çünki bu adi soyuqdəymə ilə yanaşı sidik yolu infeksiyasından da qaynaqlana bilər.


DOKTORINFO.AZ
Uşaq xəstəlikləri       Tarix: 28 iyun 2024

Oxşar xəbərlər

Skarlatina ilə qızılcanın fərqi - Pediatr açıqladı

Skarlatina qızılca kimi xüsusilə də uşaqlar arasında geniş yayılan xəstəlikdir. Bu xəstəliyin törədicisi mikrobdur. xəbər verir ki, pediatr Altay Abdullaoğlu skarlatinanın əlamətləri və müalicəsindən bəhs edib. A.Abdullaoğlu

Asperger sindromu

Autizm spektr pozuntusunun bir növü olan asperger sindromu, sosiallaşa bilmə və əlaqə qura bilmə bacarıqlarını məhdudlaşdıran inkişaf pozğunluğudur. xəbər verir ki, bu sindroma sahib şəxslər tez-tez təkrarlayan hərəkətlə

Uşaqlarda dil bağı problemi nədir?

Doğuşdan yaranan problem olan dil bağı, əmizdirmə, danışma və diş sağlamlığına qədər bir çox sistemə təsir göstərib problemlərə səbəb ola bilir. xəbər verir ki, dilin hərəkət qabiliyyətini məhdudlaşdıran bu xəstəlik, adətə

Uşaqlarda sümük kistaları

Uşaqlarda daha çox çiyin nahiyəsində görülən sümük kistləri bəzən heç bir əlamət verməsə də bəzən ağrı ilə özünü biruz verir. Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər verir ki, sümüklərdə qırıqlar

Uşaqlarda skolioz

Skolioz, əksər zaman yeniyetməlik çağında diaqnozu qoyulan, onurğanın yana doğru əyriliyidir. Skolioz barədə ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər verir ki, serebral palsi və əzələ distrofisi kim

Revmatik hərarət xəstəliyi nədir?

Revmatik hərarət iltihabi xəstəlikdir. Birləşdirici toxumanın iltihablanma prosesidir. xəbər verir ki, nadir görülən problemlər sırasında yer alır. 7-15 yaş arası şəxslərdə daha çox inkişaf edə və qüsurlara yol aça bilər

Göy öskürək xəstəliyi

Göy öskürək, xalq arasında boğmaca da adlandırılan xəstəlik, yoluxucu üst tənəffüs yolu infeksiyasıdır. Hər yaşda görülə bilər, ancaq 1 yaş altındakı uşaqlarda boğmaca, ciddi sağlamlıq problemlərinə yol aça bilər. Xəstəlik

Fallot tetralojisi, Mavi uşaq sindromu nədir?

Xalq arasında mavi uşaq xəstəliyi olaraq bilinən Fallot Tetralojisi, siyanotik, yəni göyərməylə özünü göstərən ürək xəstəlikləri arasında ən çox görülənidir. Fallotlu uşaqlarda ilk əlamət uşaq həkimi tərəfindən ürəkdə his

Uşaqlarda ürək xəstəlikləri

Ürək –damar xəstəlikləri böyüklərlə yanaşı uşaqlarda da görülə biləcək xəstəlik növüdür. xəbər verir ki, əksər valideyn isə məhz xəstəlik özünü artıq bariz biruzə verdiyi zaman həkimə müraciət edirlər. Bəs uşaqlarda hans


masaj yuxuda mede agrisi cinsi xestelikler qarin agrisi tecili yardim
masaj
is elanlari