Cinsi orqanda qaşınmanın müalicəsi
Xarici cinsiyyət orqanları nahiyəsindəki qaşınma bir çox qadınları narahat edir. Belə ki, vulva qadının xarici cinsiyyət orqanı olub, qasığın arxasında, aralığın önündə və böyük cinsiyyət dodaqlarının arasında yerləşir. Onlara çoxsaylı sinirlər gəlir.
Doktorinfo.az xəbər verir ki, qaşınma isə bir çox səbəbdən qaynaqlana bilər.
Bunlardan ən vacib səbəblərdən biri infeksion xəstəliklərdir. Bu növ xəstəliklər cinsi yolla yoluxur.
Həmçinin düz bağırsaqdan və aralıq dərisindən uşaqlıq yoluna düşən parazitlər aiddir.
Cinsi yolla kecen esas xestelikler asagidakilardir:
Sifilis.
Mikoplazmoz;
Kandidoz;
Trixomoniaz;
Xlamidioz;
Genital herpes;
Ureaplazmoz;
Qardnerellez və s.
Bununla yanaşı:
Poliplər, qartner kanalının kistası və s kimi problemlər də buna zəmin yarada bilər.
Cinsi orqanda qasinmanin mualicesi nece aparilir?
İlk olaraq səbəb araşdırılır. Ginekoloq tərəfindən müayinə edilir. İltihabın xarakteri, növü, törədicisi öyrənilir.
Bakteriloloji müayinə, möhtəviyyatın əkilməsi, PCR analizinə gərək duyula bilər. Həmçinin qaşınma digər orqanlardan da qaynaqlana bilər. Bu zaman pasiyent həmin orqanın xəstəlikləri ilə məşğul olan həkimə yönləndirilir.
Müalicəsində bunlar edilməlidir:
Çobanyastığı, kəklikotu damləmələri ilə isti vannada oturmalı.
Qidanı korreksiya etməli: yağlı, konservləşdirilmiş və şirniyyat məhsullarının qəbulunu azaltmalı.
Alt geyimi hər gün dəyişilməlidir.
Kalsium panqamat (vitamin B15) 0,1 mg-dan gündə 3 dəfə təyin edilə bilər.
Qaşınma əleyhinə bitki tərkibli siroplar, tabletlər təyin edilə bilər.
Bununla yanaşı ən çox istifadə olunan üsullardan biri şamlar və kremlərdir.
Bu yaranan səbəbə görə dəyişir. Antibiotik, asiklovir, estrogen və s. tərkibli kremlərdən istifadə edilə bilər.
Həkimin tövsiyə etdiyi zamana qədər dərmanlar qəbul edilməlidir.
DOKTORINFO.AZ Hamiləlik niyə düşüklə nəticələnə bilir?
Hamiləliyin ilk aylarında düşüklər görülə bilər. Bu hal, özünü ağrı və qanaxma ilə göstərir. Bu, hamiləliklərin 10-25 faizində baş verir. Düşüyün qarşısını almaq üçün öncədən həkim müayinəsindən keçmək lazımdır. Hamiləlikd
Qadınların beyini bu səbəbdən quruyur
Siqaret kişilərdə ilk növbədə ürək-damar xəstəlikləri riskini artırdığı halda, qadınlarda tamam başqa ağır risk daşıyır. -a istinadən bildirir ki, bu nəticəyə ABŞ Arizona universitetinin genonika üzrə alimləri yeni elmi tədqiqatı
Erkən klimaks
Klimaks qadınlarda 46-54 yaşlarında reptoduktiv funksiyaların sönməsi ilə xarakterizə edilən perioddur. Bu zaman estrogen və progesteron ifrazı azalır. məlumat verir ki, daha sonra hormonal pozuntu menstrual funksiyanın kəsilməsin
Menstruasiya gecikməsinin səbəbləri
Hansısa sağlamlıq problemi olmayan hər qadında 21 ilə 35 gün müddətində ya da təxminən 28 gün gündə bir dəfə menstruasiya baş verir. Bu period müddəti təxminən 2 ilə 7 gün arasında həyata keçir. Vücuddakı hormonların düzgü
Onkoloqdan ÇAĞIRIŞ: Bu qidadan tamamilə imtina edin
Rusiya Milli Tibbi Tədqiqat Onkologiya Mərkəzinin qastroenteroloq, dietoloq və onkoloqu Artur Bernatski hazır qəhvədən tamamilə imtina etməyə çağırıb. -a istinadən bildirir ki, onkoloq qeyd edib ki, hazır qəhvələrdə praktik
Abort nə zaman edilir?
Abort, dünyada da tez-tez müraciət edilən prosedurdur. xəbər verir ki, hamiləliyin ilk 10 həftəsində edilə bilir. 10 həftədən artıq hamiləliklərdə abort seçim olmur. Abortun bir nece novu mövcuddur. Abortun edilme sebebleri:
Genital nahiyə qaralmasının səbəbləri
Hər yaş daxili orqanlarda özünü müxtəlif formada əks etdirdiyi kimi xarici görünüşdə də fərqliliklər yaşanır. Qadınların ən çox narahat olduğu və yaşadığı problemlərdən biri isə genital nahiyələrinin qaralmasıdır. Bes genita
Qızlıq pərdəsi nədir?
Qızlıq perdesi nedir?. Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər verir ki, tibbi olaraq qızlıq pərdəsinin müəyyən bir bioloji məqsədi yoxdur. Qızlıq pərdəsi idman, tampon istifadəsi və ya digər fizik
Süd vəzi ağrıları - Hansı təhlükəlidir?
Süd vəzi ağrısı, bir çox qadının həyatının fərqli zamanlarında qarşılaşdığı geniş yayılan şikayətdir. Bu ağrı, hormonal, süd vəzi toxumasındakı dəyişikliklərdən ciddi sağlamlıq problemlərinə qədər bir çox faktorlardan qaynaqlan