Qatığın faydaları və zərərləri

Qatığın faydaları və zərərləriQatıq, vitamin və minerallarla zəngin tərkibi və ləzzəti ilə sevilən qidadır. Protein tərkibli yüksək qidadır. Əlavə qidaya başlayan körpələrə də verilir. Zəngin kalsium tərkibi olan qatığın içərisində potassium, kalsium, maqnezium mövcuddur. Bununla yanaşı B qrupu vitaminləri, A və E vitamini də vardır.

Bəs faydaları nələrdir?
Qatığın faydaları və zərərləriTərkibindəki probiotiklər sayəsində həzm sisteminə müsbət təsir göstərir. Bağırsaq florasını tənzimləyir. Həmçinin bağırsaqlarda xəstəliyə səbəb olacaq faktorlara qarşı bağırsaqların iç qismində qoruma təbəqəsi yaradır. İmmun sisteminin güclənməsi infeksiyalara və xəstəliklərə qarşı qoruyur.

Qatığın dəriyə faydaları – Tərkibində çox sayda yararlı bakteriya mövcuddur. Bu bakteriyalar dəridə görülən qızarıqlara qarşı olduqca təsirlidir. Protein, dərinin özünü yenilənməsinə kömək olur. Laktik asit isə dərinizin görüntüsünü canlandıraraq parlaqlıq qazandırır.

Qida dəyəri yüksəkdir – Qidalanma cəhətdən əhəmiyyətlidir.

Qatıq kalorisi aşağı olan qidadır – İstifadə etdiyiniz qatığın evdə hazırlanmasına diqqət edin. Çünki beləsi daha keyfiyyətli və sağlamlığa faydalı olur.
Qatığın faydaları və zərərləriQatığın saça da faydaları çoxdur – Tərkibindəki maddələr səbəbiylə mütəmadi qatıq istifadəsinin saç sağlamlığına faydalar da var. İçərisində olan B5 vitamini saç sağlamlığı cəhətdən çox vacibdir. B5 vitamininin saç sağlamlığına bir digər faydası da saçın incəlməyinə qarşı effektli olmasıdır. Süd məhsullarının müntəzəm istifadəsi yüksək qan təzyiqi riskini azaldır.
Əzələlərin özünü toplaması üçün vacibdir.

Sümük əriməsinə qarşı faydalıdır – Kalsium, güclü sümüklər və sağlam dişlər üçün çox vacibdir. Qatıq kalsiumun çox yaxşı qaynağıdır. Vücud kifayət qədər kalsium qəbul etdiyində bu, birbaşa sümüklər üçün istifadə edilir. Qatıqdakı kalsium və D vitamini sayəsində sümüklərin güclənməsini təmin edir. Həmçinin D vitamini kalsiumun depolanmasına kömək edir.

İmmun sistemini qüvvətləndirmədə mühüm rolu vardır. Gündə 3-4 pors qatıq, xəstəlik və infeksiya ilə mübarizədə rol oyanayaraq daha güclü qoruma sisteminin meydana gəlməsini təmin edir.

Həddindən çox qatıq yeməyin zərərləri
Qatığın faydaları və zərərləriQatıq, karbonhidrat, protein və yağı olduqca zəngin, kalsium tərkibi yüksək önəmli qida qaynağıdır. Böyüklər üçün xüsusi vəziyət yoxdursa, gündəlik alınması gərəkli kalsium miqdarı 1000-1200 mq-dır. Gündəlik kalsium qəbulunun 1500 mq-ı keçməmək lazımdır.

Çox alındığı zaman:

Sümüklərdə toplanaraq sümük qırıqları riskini artıra bilir.

Böyrək daşı yaranmasına səbəb ola bilir.

Kişilərdə prostat xərçəngi görülmə riskini artıra bilir.

Mineralların sovrulmasında ləngimələrə yol aça bilər.

Həddindən çox protein qəbulu zamanı:

Qaraciyər və böyrəkərin həddindən çox çalışıb çətinləşməsinə səbəb ola bilir.
Qatığın faydaları və zərərləriQandakı xolesterin və ürik asit səviyyələrini yüksəldir. Qaraciyər, böyrək, ürək-damar xəstəlikləri və gut cəhətdən risk yaradır.

Qatıqdan istifadə miqdarı, körpəlik, uşaqlıq, yaşlılıq halları kimi yaşa və hamiləlik vəziyyətinə görə dəyişir. 1 yaşından etibarən uşaqlıq, yeniyetmə, yaşlılıq vaxtı gündəlik qatıq istifadəsi təxminən 3-4 pors olmalıdır. Böyüklərdə isə bu miqdar 2-3 pors olaraq tövsiyə edilə bilər.

Süd məhsulları istifadə edilmirsə və ancaq qatıq yeyilirsə qeyd edilən pors miqdarını artırmaq lazımdır.


DOKTORINFO.AZ
Sağlam Qida       Tarix: 01 oktyabr 2026

Oxşar xəbərlər

Qan artıran qidalar

Anemiya, qana rəngini verən və oksigenin hüceyrələrə daşınmasını təmin edən protein olan hemoqlabinin normal səviyyənin altına düşməsi vəziyyətidir. xəbər verir ki, qanazlığının bir çox səbəbi ola bilər. Düzgün qidalanmama

Darçının bilmədiyiniz faydaları və zərərləri

Bir çox ədviyyatlar kimi darçının da insan sağlamlığı üçün faydaları bitib tükənməzdir. Cinnamomum adı verilən ağacların iç qabıqlarından əldə edilir. Gözəl qoxusunu və dadını verən isə yağıdır. Bu yağda sinnameldehit adlandırıla

Qatığın faydaları və zərərləri

Qatıq, vitamin və minerallarla zəngin tərkibi və ləzzəti ilə sevilən qidadır. Protein tərkibli yüksək qidadır. Əlavə qidaya başlayan körpələrə də verilir. Zəngin kalsium tərkibi olan qatığın içərisində potassium, kalsium

Şalfeyin faydaları

Adaçayı nədir?. Ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər verir ki, adaçayı, digər adı ilə sürvə dünya mətbəxlərində çox istifadə edilən aromaya sahib bitki növüdür. Bəzi insanlar rus dilindən götürülm

Nar çiçəyinin faydaları

Nar çiçəyi nədir?. Nar çiçəyi, Çin tibbində əhəmiyyətli yeri olan, faydaları ilə diqqət çəkən bitki növüdür. xəbər verir ki, nar meyvəsi yaranarkən öncə çiəkləri açar. Nar çiçəkləri gözəl görüntüyə sahib olduqları kimi qid

Badamın faydaları

Tərkibi bir çox vitaminlərlə zəngin olan badamın faydaları tükənməzdir. xəbər verir ki, ləzzəti ilə bir çox insan tərəfindən bəyənilərək yeyilir və həmçinin hazırlanan şirniyyatlarda istifadə edilir.Gündə 25 ədəd çiy olara

Kivinin faydaları və zərərləri

Qış aylarında çox istifadə edilən meyvələrdən biri olan kivi, C və K vitamini cəhətdən olduqca zəngindir. Kivinin faydalarından bəhs edərkən sağlamlıq cəhətdən olduqca yararlı meyvə olması diqqətə çatdırılmalıdır. Tərkibind

Xurmanın faydaları və zərərləri

Xurma, tünd rəngi olan və ağacda yetişən meyvədir. Daha çox isti və quru iqlim olan sahələrdə yetişir. İnsan sağlamlığı üçün çox faydalıdır. Yüksək qida dəyəri, normal doğuşu asanlaşdırması və antioksidant təsiri olaraq bilinir

Çobanyastığı çayının faydaları

Çobanyastığı çayı, bu bitkinin çiçəklərinin qurudulması nəticəsində əldə edilən və vücuda müxtəlif faydaları olan içkidir. xəbər verir ki, antioksidant xüsusiyyəti ilə ürək-damar xəstəlikləri ilə yanaşı müxtəlif xəstəliklər


masaj yuxuda cinsi xestelikler tecili yardim goz hekimi dis agrisi
masaj
is elanlari