Nanə çayının faydaları və zərərləri
Yeməklərə dad verən gözəl qoxusu ilə sakitləşdirici təsiri olan nanə, ədviyyat olaraq da istifadə edilir.
Rahatlaşdırıcı təsiri mövcuddur. Bir çox sahədə istifadə edilən nanə, alternativ tibdə, parfümeriyada da üstünlük verilən bitki növüdür. Həzmi rahatlaşdırır, mədə bulantısına müsbət təsir göstərir. Bununla yanaşı qəbizlik, şişkinlik kimi həzm problemlərinin müalicəsində olduqca təsirlidir. Antibakterial təsiri olan nanə qış aylarında da xəstəliklər zamanı olduqca çox istifadə edilir. Burun tıxanıqlığına və sinüslərin açılmasında faydalıdır.
Təbii antibiotik olan bitkinin faydalarını təqdim edirik:
Antibakterialdır
İmmunitet sistemini gücləndirir
Maddələr mübadiləsinin fəaliyyətini tənzimləyir
Ağrıkəsici xüsusiyyəti vardır
Sakitləşdirir
Menstruasiya ağrıları zamanı effektlidir
Dərini qidalandırır, parlaq görüntü bəxş edir.
Dəriyə faydaları nələrdir?
Çay olaraq dəmləndikdən sonra dəri üzərində tonik olaraq istifadə edilir. Yağlı dəriləri təmizləyir, sızanaqların yaranmasının qarşısını alır. Dərini canlandırır, parlaqlıq verir. Gözaltı göyərmələrdən xilas edir. Saç diblərinə nanə yağı çəkilərək massaj edildiyi zaman faydalı təsir göstərir.
Nanə çayının zərərləri nələrdir?
Bu çaydan istifadə edərkən bəzi nüanslara diqqət göstərmək lazımdır. Faydaları çox olsa da bəzi əks təsirləri mövcud ola bilər:
Kəskin dadı olduğu üçün çox istifadə edildiyi zamanı boğaza narahatçılıq hissi verə bilər.
Böyrək daşı olan şəxslər içərkən ehtiyyatlı olmalıdırlar.
Reflüks problemindən əziyyət çəkənlərə çox içmək tövsiyə edilmir.
Hamilə qadınların istifadə edərkən həkimləri ilə məsləhətləşməkləri tövsiyə edilir.
Həddindən çox istifadəsi mədədə yanmağa yol aça bilər.
Normadan çox içilərsə ishal yarada bilər.
Nanə çayı yuxu gətirirmi?
Tərkibində kafein yoxdur. Səhərlər oyanmağa kömək edir. Əzələləri genişləndirici xüsusiyyəti mövcuddur.
DOKTORINFO.AZ Kətan toxumunun faydaları və zərərləri
Kətan toxumu, faydaları səbəbiylə qidalanmada əsas yer tutur. Kətan toxumu dedikdə ilk ağıla omega 3 qaynağı gəlir. Görüntüsü ilə küncütə bənzəyir. Həzmi rahat olan qidanın faydaları çoxdur. Kətan toxumu, yağ, lif və antioksidan
Mixəyin faydaları və zərərləri
Kiçik və odunabənzər quruluşu olan mixəyin insan sağlamlığı üçün bir çox faydaları var. xəbər verir ki, həzm sistemini tənzimləyən mixək, eyni zamanda ağız gigiyenasında da istifadə edilir. Kəskin dadı olan mixək, xoş qoxus
Zəncəfilin faydaları və zərərləri
Zəncəfil, qış aylarında daha çox istifadə edilən, şəfa deposudur. Bir çox vitamin və minerallarla zəngindir. Soyuqdəymə, ishal, mədə bulantısı kimi həzm sistemi problemləri zamanı faydalıdır. İmmunitet sistemini gücləndirir
E vitamininin faydaları
E vitamini, vücudun gündəlik funksiyalarının yerinə gətirə bilməsi üçün gərəkli olan tokoferol olaraq da adlandırılan təməl vitamin növlərindən biridir. xəbər verir ki, A, D, K vitaminləri kimi E vitamini də yağda həll olu
Portağal və qabığının faydaları
Portağal, soyuq aylarda xəstəliklərə qarşı qoruyucu bir çox xüsusiyyəti, yayda sərinləşdirici özəlliyi ilə faydalı meyvələr arasında yer alır. Portağal və qabığının faydalarından xəbərdar olmaq istəyirsinizsə məqaləni sonadə
Qırmızı soğanın faydaları
Qırmızı soğan digər soğan növü kimi olduqca faydalıdır. Ancaq digər növlə müqayisədə daha şirindir, acılığı azlıq təşkil edir. Bu tərəvəzin bənövşəyi rəngi vardır. Bu səbəbdən adətən yeməklərdə az istifadə edilir. Buna səbə
Qəhvə içmək faydalıdır ya zərərli?
Qəhvənin tərkibində yüksək kafein mövcuddur. Bu səbəbdən gündəlik həddindən çox istifadəsi sağlamlıq problemlərinə yol aça bilər. Yuxu problemindən tutmuş vücudda su itkisinə qədər bir çox narahatçılıqlar yaşana bilər. xəbə
Narın faydaları və zərərləri
Nar, ləzzəti və görüntüsü ilə bir çox qida və salatlarda istifadə edilir. Sağlamlıq cəhətdən isə olduqca faydalıdır. Güclü antioksidantdır və bir çox xəstəliyə qarşı qoruyucu xüsusiyyəti mövcuddur. xəbər verir ki, tərkibind
Nanə çayının faydaları və zərərləri
Yeməklərə dad verən gözəl qoxusu ilə sakitləşdirici təsiri olan nanə, ədviyyat olaraq da istifadə edilir. Rahatlaşdırıcı təsiri mövcuddur. Bir çox sahədə istifadə edilən nanə, alternativ tibdə, parfümeriyada da üstünlük verilə