Qarın ağrısı

Qarın ağrısıBir çox insan qarın ağrısından əziyyət çəkir. Qarın ağrısı, qarın nahiyənizdəki hansısa bir orqandan və ya həzm sisteminizdə yaranan problemdən qaynaqlana bilər.

Doktorinfo.az məlumat verir ki, qarın ağrısı adətən mədə ağrısı ilə qarışdırılır, ancaq bu, qarnınızdakı başqa orqanlardan da qaynaqlana bilər.
Qarın ağrısı bir çox fərqli formada özünü biruzə verə bilər:

Yüngül və şiddətli

Kəskin

Sancılı və ya kolik

Aralıqlarla baş verən sakit ağrı

Qarin agrisinin sebebleri nelerdir?

Həkim adətən müayinə edərkən qarın nahiyəni 4 hissə olaraq analiz edər. Çünki ağrının hansı nahiyədən başladığı əhəmiyyət kəsb edir:

Qarının sağ üst tərəfi

Sol üst tərəfi

Sağ alt tərəf

Sol alt tərəf

Bu tərəflər ağrının hansı orqandan qaynaqlandığını göstərir.
Sağ üst qarın ağrısı, qaraciyər, öd kisənizdə problem olduğunu göstərə bilər. Məsələn:

Hepatit

Öd daşları

Öd kisəsi xərçəngi

Qaraciyer xercengi

Sol üst qarın ağrısı mədə, dalaq ağrıları, qastrit, böyrək infeksiyası, böyrək daşının xəbərçisi ola bilər.
Alt qarın ağrısı incə və qalın bağırsağınızın böyük bir qismindən qaynaqlana bilər. Bundan əlavə:

İltihablı bağırsaq xəstəliyi

İncə bağırsaq xərçəngi

Qarın ağrısıBöyrək daşı yırtığı səbəbindən də yarana bilər.

Sol alt qarın ağrısı bağırsaqlarla əlaqəli ola bilər.

Bundan əlavə qarin agrilarinin aşağıdakı səbəblərinin olması mümkündür:

Stress

Qarın şişkinliyi

Travmatik yaralar

Əzələ gərginliyi

Həmçinin həkim, ağrıların hansı şiddətlə, aralıqlarla baş verdiyini soruşa bilər. Ağrı daxili orqan və ya qarın divarındakı əzələlər, dəri, həzm, yaralanma, infeksiya və ya digər xəstəliklə bağlı ola bilər.
Bəzən yeməkdən sonra da qarın ağrısı yarana bilər. Bunların səbəbləri:

Həzmsizlik

Qaz sancısı

Qəbizlik

İshal

Qida allergiyaları

Qida zəhərlənməsi

Qarın ağrısıHəkimə nə zaman gedilməlidir?

Şiddətli, təkrarlayan, davamlı baş verən ağrılar

Ağrı ilə nəfəsin kəsilməsi, qusma, yüksək qızdırma

Qarında şişkinlik və gərginlik olarsa…

Qarın ağrıları akut formada da baş verə bilər. Akut qarın ağrılarının səbəbləri arasında:

Kor bağırsaq

Bağırsaq tıxanıqlığı

Böyrək infeksiyası

İnfarkt

Kolesistit və s. yer alır.

Xroniki qarın ağrılarının isə spesifik səbəbini təyin etmək çətindir. Simptomlar yüngül və ya şiddətli ola bilər. Xronik qarın ağrısına səbəb ola biləcək vəziyyətlər də geniş araşdırıldıqdan sonra diaqnoz dəqiq qoyula bilər.

Qarın ağrısının çox görülən səbəblərindən biri spazmdır. Bu hamar əzələlərin, bagırsaqlarin, mədə və ya qida borusunun divarları daraldıqda meydana gələn hərəkət hesab edilir.

Spazm ilə əzələlər uzun müddət gərgin qalır və rahatlama gecikmə ilə baş verir. Spazmlar, bir qayda olaraq, qarın mərkəzində lokallaşdırılmış ağrı ilə xarakterizə olunur.

Bəzən bu ağrılar xəstədə ürək bulantısı, qusma yarada bilər. Həmçinin gəyirmə, ürək yanması kimi əlamətlərlə də özünü biruzə verə bilər.

Burada qarının hansı hissəsində necə ağrının baş verdiyini və nə qədər davam etdiyine diqqət etmək lazımdır.
Qarın ağrısıBu növ ağrılar mədə spazmına səbəb də yarana bilər. Bu zaman pəhriz edilməlidir. Belə ki, yağlı, çox duzlu, şirin qidalardan uzaq durulmalıdır. Çox edviyyatdan istifadə etmək doğru hesab edilmir.

Daha yüngül kalorili qidalara üstünlük verməyiniz töviyə edilir.

Bu ağrılar zamanı etdiyimiz ən böyük səhvlərdən biri qəbul etdiyimiz analgetiklərdir. Belə dərmanlar yalnız sinir impulslarının beyinə ötürülməsinə təsir göstərir. Bu vəziyyətdə ağrının səbəbi yox olmur, xəstə sadəcə olaraq, diskomfort hiss etməyi dayandırır. Belə bir vəziyyətdə həkimin diaqnoz qoymağı da çətinləşəcək.

Bu səbəbdən ağrı əgər 3 gündən artıq davam edərsə və şiddəti daha da artırsa həkimə müraciət edilməlidir.

Qarın ağrısının nədən qaynaqlandığını necə bilmək olar?

Bunun üçün ətraflı müayinə əsas şərtdir. Xəstəyə müxtəlif suallar verməklə xəstənin sağlamlıq tarixi haqqında məlumatlar toplanır.

Qarın nahiyəsində həssaslıq və şişkinliyi yoxlamaq üçün qarın boşluğunun müxtəlif nahiyələrinə yumşaq bir şəkildə basmağı nəzərdə tutan fiziki müayinədən (polpasiya) sonra həkim qarın ağrısının səbəbini müəyyən etmək üçün bir sıra laboratoriya testləri tələb edilə bilər.

Radioloji cihazlar (MRT, ultrasəs və rentgen şüaları) kimi görüntüləmələr qarın içindəki orqanları, toxumaları və digər strukturları ətraflı şəkildə müayinə üçün istifadə edilir.

Qarin agrisi nece mualice olunur?

Qarın ağrısı şikayətinin bir çox səbəbi ola biləcəyi üçün bilmədən dərman qəbulu düzgün deyil. Müalicə altda yatan səbəbə görə təyin edilir. Ancaq yemək sonrası yaranan yüngül, şiddətli qarın ağrılarında soyuq su, alma suyu içilməsi və ya banan yeyilməsi tövsiyə edilir.

Qarın ağrısına yaxşı təsir göstərən üsullar bu formadadır:

İsti su kompresi etmək

Bol su içmək

Dincəlmək

İlıq duş qəbulu

Banan, kartof, qızarmış çörək istifadə etmək

Zəncəfil çayı, çobanyastığı və nanə çayından içmək

Ağrıkəsicilərdən istifadə etmək

Dərin nəfəs almaq

Xüsusilə diafraqma nəfəsi, qarın əzələlərinə yaxşı təsir göstərərək qarın ağrısı şikayətini dayandıra bilər. Xüsusilə bu nəfəs texnikaları ilə qarın ağrısından xilas ola bilərsiniz:

Bir əlinizi sinənizə, digər əlinizi qarnınıza qoyun

Qarnınızın böyüdüyünü hiss edərək dördə qədər sayıb burnunuzdan nəfəs alın

Nəfəsinizi ikiyə qədər sayaraq tutun. Altıya qədər sayın və ağzınızdan yavaşca nəfəs verin.

Bir neçə dəqiqə ərzində təkrarlayın.

Ancaq yuxarıda yer alan bütün bu addımları həkim nəzarətində olaraq etməyiniz sizin üçün yaxşı nəticələr verə bilər.

Qeyd edək ki, həkim müayinə etmədən, səbəbi dəqiq bilinmədən ağrıkəsicilərdən istifadə etməsəniz daha doğru olar.


DOKTORINFO.AZ
Xəstəliklər       Tarix: 20 oktyabr 2025

Oxşar xəbərlər

Zob xəstəliyi: Əlamətləri və müalicəsi

Zob, qalxanvari vəzin ifraz etdiyi hormonların səviyyəsindəki balansın pozulması nəticəsində meydana çıxır. Boyunun ön alt qismində, nəfəs borusunun ətrafında mövcud olan qalxanvari vəzin böyüməsinə və şişməsinə zob deyilir

Qaraciyər ağrılarının əlamətləri

Qaraciyər bir çox insanın ortaq problemidir. Hər bir ağrı özünü müxtəlif əlamətlərlə biruzə verir. Qaraciyer agrilarinin elametleri nelerdir?. Küt ağrı. Qılınc batmış hissi. Bəzən nəfəs darlığı. Kürək nahiyəsinə yayılan ağr

Talassemiya xəstəliyi

Tibb dilində "Talassemiya" olaraq bilinən "Aralıq dənizi anemiyası" irsi qan xəstəliyidir. xəbər verir ki, doğulan uşağa, ana və atasından "Beta talassemiya" geninin keçməsi ilə yaranan qalıc

Qulaq ağrısı

Qulaq ağrısı, insanı çox narahat edən, gündəlik həyata mənfi təsir göstərən ağrılardandır. Yanma, batma kimi fərqli ağrı növləri ilə ortaya çıxa bilər. Qulaq ağrıdığı zaman müşahidə edilən simptomlar, fərqli sağlamlıq xəstəliklər

Ayaq ağrılarının səbəbləri

Gündəlik həyatda ən böyük köməkçimiz olan ayaqlarımız qarmaşıq və böyük bir əzələ, sümük, tendon torundan ibarətdir. Bütün vücudu daşıyacaq qədər güclü olan ayaqlarımız bir o qədər də həssas və qırılqan quruluşa malikdirlər

Ayaq dırnağı xəstəlikləri

Dırnaq problemləri son zamanlar geniş formada yayılıb. məlumat verir ki, bunun bir çox səbəbləri mövcuddur. Bes ayaq dirnaq xestelikleri nelerdir?. Dırnaqların batması – Çox görülən problemlərdən biridir. Buna, dırnaqlar

Polipin təbii yolla müalicəsi mümkündür?

Poliplər, insan vücudunun müxtəlif nahiyələrində yaranan kiçik və böyük ölçüdə olan şişliklərdir. Əksər zaman xoşxassəli olurlar. Adətən dərhal hiss edilməz və görünməyi zaman alar. Bəzən isə başqa bir yoxlanış zamanı üz

Talassemiya daşıyıcılığı nədir?

İnsanlarda bir xüsusiyyətə aid genlərdən iki ədəd mövcud olur. Biri anadan, digəri atadan keçər. xəbər verir ki, Beta talassemiya üçün ana və atadan keçən qlobin geni normaldırsa uşaq normal, biri dəyişikliyə məruz qalırs

Pişikdən insanlara keçən xəstəliklər

Ev heyvanlarının sağlam həyat yaşaması insanlıq borclarından biridir. Ev heyvanlarını mütəmadi həkimə aparmaq, peyvəndlərini vurdurmaq əsas şərtlərdəndir. Ancaq ev heyvanlarına qulluq zamanı bəzi tədbirləri əldən verməmə


masaj yuxuda mede agrisi hamilelik testi goz hekimi babasil mualicesi
masaj
is elanlari