Yaşa görə nəbz nə qədər olmalıdır?

Yaşa görə nəbz nə qədər olmalıdır?Ürəyin hər atışında hiss edilən nəbz, sağlamlığınızı idarə etməkdə əhəmiyyətli rol oynayır. Ürəyin dəqiqədəki atış sayısını müəyyən edən nəbzin dincəlmə dəyəri 60 ilə 100 arasında olmalıdır. Bu vəziyyət dəqiqədən dəqiqəyə dəyişiklik göstərə bilər. Nəbzinizi normaya salmaq üçün idman hərəkətləri edərək sağlamlığa dəstək ola bilərsiniz.

Bəs normal nəbz nə qədər olmalıdır?

Bunun üçün məqaləni sonadək oxuya bilərsiniz.

Doktorinfo.az xəbər verir ki, ürək xəstəliyində və ya vurduğunda arteriya genişlədən və geri ceken bir təzyiq dalğası olan, ürək döyüntü sürəti olaraq da bilinən nəbz, ürəyinizin dəqiqədəki atış sayıdır. Nəbz olub-olmadığının nəzarətini doğru formada dəyərləndirə bilmək üçün istifadə edilən ən yayğın yerlər, biləkdəki radial arteriya və ya boyundakı karotid arteriya yəni atar damarların dəriyə yaxın olduğu bilək və boyun yanlarıdır. Karbondioksiti xaricə atmaq, oksigen udmaq, hava istiliyi, yaş, cinsiyyət və sağlamlıq vəziyyətinə görə dəyişiklik göstərən nəbizdə, eyni zamanda stres qaynaqlı da fərqliliklər ola bilər.

Yaşa görə nəbz nə qədər olmalıdır?Dincələn zaman aşağı ürək döyüntü sürəti, sağlam ürək funksiyasının işarəti olaraq bilinir. Nəbzinizi ölçmək üçün ürək döyüntüsünə baxmalısınız. Bu da işarət və üçüncü barmağınızı nəfəs borusunun yanına , boynunuza ya da biləyinizin baş barmaq tərəfində mövcud olan atar damara yerlesdirerek gerçəkləşdirə bilərsiniz. Nəbzi hiss etdiyiniz zaman 15 saniyədəki atış sayısını sayaraq dəqiqədəki ürək döyüntüsünü hesablamaq üçün sayını dördə vura billərsiniz.

Normal nebz nece olmalidir?

Normal nəbz dəyəri, şəxsin cinsiyyəti, yaşı, sağlamlıq vəziyyətinə görə dəyişiklik göstərsə də müəyyən aralıqda yer alması gərəklidir. Böyük şəxslərdə normal nəbz sürətinin dəqiqədə 60-100 aralığında olması ideal nəbz dəyəri olaraq qəbul edilir. Mütəmadi hərəkət və idman edən şəxslərdə isə bu dəyər 45-60 aralığında ola bilər.

Anormal miqdarda aşağı ya da yüksək nəbz bəzi xəstəliklərin xəbərçisi ola bilər. Nəbzinizdə dəqiqədə 100-ün üzərində bir atış varsa ürək çırpıntısı ortaya çıxar. Bu vəziyyət 60-ın altındadırsa aşağı ürək döyüntüsü olann bradikardı görülür və vəziyyətə sürətli formada müdaxilə edilməlidir.
Yaşa görə nəbz nə qədər olmalıdır?Qansızlıq (anemiya), siqaret istifadəsi də yüksək ürək döyüntüsünə səbəb olan təsirlər arasında yer alır. Siqareti buraxdıqdan sonra 6 ay içərisində nəbziniz düşərək normal səviyyələrə gələ bilir.

Yaslara gore tezyiq ve nebz deyerleri ne qeder olmalidir?

Dincəlmə zamanı urek döyüntü sürətiniz yaşa və sağlamlıq vəziyyətinizə bağlı olaraq dəyişiklik göstərir. Gənclərdə ürək döyüntü sürəti yüksək olmaq ehtimalı mövcuddur. Sağlam və böyük şəxslərdə ideal nəbzin göstəricisi 60-100 arasında olması gərəklidir. Bununla yanaşı nebz sayısı yaşa görə də bu formada sıralanır:

Yeni doğulan uşaq: 100-160
Yaşa görə nəbz nə qədər olmalıdır?0-5 ay: 90-150

6-12 ay: 80-140

1-3 il: 80-130

3-5 il: 80-120

6-10 il: 70-110

11-14 il: 60-105

15 yaş və üzəri: 60-100

Bu dəyərlər normal hesab edilir. Hərəkət halında olan zaman bu göstəricilər dəyişə bilər.

Qeyd edək ki, göstərici normanın altında olarsa bu hansısa problemin göstəricisi ola bilər.

Yüksək nəbz nədir?

Ürək döyüntüsünün dəqiqədə 100-ü keçməsi vəziyyəti hesab edilir. Bu hal, yüksək hərarət, çay, qəhvə istifadəsi, stress, gərginlik və s. zamanı da yarana bilər. Bununla yanaşı sürətli ürək döyüntüsü, baş gicəllənməsi, nəfəs darlığı kimi hallar da müşahidə edilə bilər.

Asagi nebz nedir?

Ürək döyüntülərinin dəqiqədə 40 və ya daha aşağı olmasıdır. Yaddaş problemləri, sinədə ağrı, yorulma, tərləmə, tükənmişlik, nəfəs darlığı ola bilər. Ürək problemləri, beyin qanaxması, tiroidin az çalışması aşağı ürək döyüntüsünə səbəb olur.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 13 iyul 2026

Oxşar xəbərlər

Ən yaxşı D vitamini necə seçək?

Vitamin D vücudun kalsium miqdarının tənzimlənməsində böyük rol oynayır. Xüsusilə sümük sağlamlığı üçün olduqca faydalıdır. İnsan orqanizminin gündəlik ehtiyac duyduğu vacib vitaminlərdən biridir. Əksik qəbulu zamanı yorğunluq

Skafoid sınığı nədir?

Skafoid sınığı, əl biləyinin ön qismində yer alan, əl biləyinin hərəkət qabiliyyəti və genişlikdə rolu olan skafoid sümüyünün qırılmasıdır. xəbər verir ki, baş barmaqda ciddi ağrıya səbəb ola bilər. Adətən əlin üzərinə düşülməs

Limfa düyünlərinin müalicəsi

Limfadenit, limfa düyünləri ilə əlaqəli olub, çox geniş yayılmış, hər kəsdə rast gəlinən xəstəlikdir. məlumat verir ki, təməlində limfatik sistemin infeksion iltihabi zədələnməsi durur. Adətən əksər zaman öz-özünə keçib gedir

Nəfəs darlığı hansı problemin xəbərçisidir?

Tibdə dispne olaraq bilinən nəfəs darlığı, şəxsin kifayət qədər nəfəs ala bilməməsi vəziyyətinə deyilir. Şəxsin ağciyərinin hava ilə doldura bilmədiyini hiss etdiyi zamanlarda, normalda olduğundan fərqli olaraq nəfəs alıb-verdiy

Hepatit B peyvəndi

Hepatit B peyvendi nedir?. Hepatit B peyvəndi, hepatit B virusuna qarşı yoluxma olma riskini azaldan və xəstəliyə qarşı antikor istehsal edərək qoruyuculuğu təmin edən güclü peyvənddir. xəbər verir ki, körpələrdə doğuşda

Diqqət dağınıqlığı əlamətləri

Diqqət dağınıqlığı həm uşaqlarda həm də böyüklərdə görülür. Bir mövzuda diqqət cəmləşdirə bilməmək, uzun müddət çalışa bilməmək vəziyyəti diqqət dağınıqlığıdır. xəbər verir ki, diqqət dağınıqlığı olan şəxslər qarşısındak

A vitamini faydaları

A vitamini, bədənin fəaliyyəti üçün zəruri olan bioloji maddələrin ümumiləşdirilmiş adıdır. xəbər verir ki, qidalarda 2 tip A vitamini mövcuddur. Ət, balıq, toyuq, tam yağlı süd və süd məhsulları kimi heyvani qidalarda olur

Travma nədir?

Travma, şəxsin nəzarəti xaricində stresli, qorxuducu, həlli çətin olan və ya hadisələr yaşanması duyğusal və fiziki yaralanma vəziyyətidir. xəbər verir ki, fiziki və duyğusal olmaq üzrə ikiyə ayrılan travmalar şəxsin üzərind

Ən yaxşı proktoloq kimdir?

Proktologiya yoğun bağırsaq xəstəliklərini öyrənən tibb sahəsidir. xəbər verir ki, proktoloq həkimlər düz bağırsaq xəstəliklərindən əlavə anal və anorektal zonaların patologiyaları ilə də məşğul olur. Bu ixtisas sahiblər


masaj yuxuda qarin agrisi tecili yardim dis agrisi mede agrisi
masaj
is elanlari