Herpesin müalicəsi

Herpesin müalicəsiHerpes virusu insanlarda tez-tez görülən və adətən ağrılı lezyonlara yol açan bir virus ailəsinin üzvlərini əhatə edən termindir. Bu virus ailəsi xüsusilə herpes simpleks virusu 1 və herpes simpleks virusu 2 olmaq üzrə iki əsas növə ayrılır. Hər iki növ simpromlara yol aça bilər. Fərqli nahiyələrdə infeksiyaya səbəb ola bilir.

Doktorinfo.az məlumat verir ki, HSV 1 adətən uçuq olaraq adlandırılan ağız ətafındakı lezyonlara səbəb olur. HSV 1 yoluxucudur və təmas, öpüşmə yolu ilə asanlıqla yayıla bilir. HSV 2 adətən genital nahiyələrə təsir göstərən virusdur. Genital herpes olaraq adlandırılan bu infeksiya, cinsi təmas yolu ilə yoluxur. Herpes virusu infeksiyalarına yoluxan şəxslərdə ömür boyu vücudunda qalır. Zəmin yaradan faktor olduqda simptomlar meydana çıxmağa başlayar. Bu faktorlar arasında stress, günəş işığı, infeksiyalar və ya zəif immun sistemi yer alır.

Herpes virusunun elametleri nelerdir?

Vücuda girdiyi zaman bəzən heç əlamət göstərməyə də bilər.

Herpes elametleri:
Herpesin müalicəsiAğız ətrafında yaralar – Herpes simpleks virusunun HSV 1 növü ağız ətrafında uçuq olaraq bilinən ağrılı lezyonlara səbəb ola bilir. Bu lezyonlar adətən dodaqların ətrafında və ya ağız içində ortaya çıxar və qabarıq formasında başlayır. Daha sonra qabarcıqlar yaralar halını alır və sağalana qədər təxminən bir həftə ərzində davam edə bilir.

Genital nahiyədə ağrılı lezyonlar – HSV 2 növü genital herpes olaraq adlandırılan ağrılı lezyonlara yol aça bilir. Bu lezyonlar genital nahiyədə görülə bilir. Adətən qabarıq formasında başlayır və zamanla yaralara çevrilə bilir. Genital herpes cinsi təmasla yoluxa bilir və cinsi yolla yoluxan bir infeksiya olaraq qəbul edilir.

Qaşıntı və yanma – Herpes infeksiyalarında lezyonlar öncə qaşıntı və ya yanma hissiylə başlaya bilər. Bu əlamətlər lezyonlar ortaya çıxmadan öncə ortaya çıxa bilir və infeksiyanın yaxınlaşdığını göstərə bilir.

Ümumi əlamətlər – Bəzi insanlar herpes infeksiyası sırasında hərarət, halsızlıq, limfa düyünlərində şişmə kimi ümumi əlamətlər yaşaya bilir. Bu əlamətlər vücud immunitet sistemi infeksiya ilə mübarizə etməyə təşviq edən cavabın bir parçasıdır.

Fiziki müayinələr, analizlər vasitəsilə diaqnoz qoyulur.

Herpesin mualicesi
Herpesin müalicəsiTamamilə müalicə edilmir. Simptomların yüngülləşməsi və təkrarlayan infeksiyaların qarşısının alınması üçün müalicə sistemi, planı qurulur. Herpes virusu simptomlarının müalicəsində ən yayğın istifadə edilən üsul antiviral dərmanlardır. Bu dərmanlar simptomların şiddətini azalda bilər, yaxşılaşma müddətini sürətləndirə bilər və təkrarlayan əlamətlərə maneə ola bilər. Ancaq antiviral dərmanlar həkimlərin tövsiyə və yazdığı resept əsasında istifadə edilməlidir.

Ağız ətrafındakı soyuq yaraları və ya uçuqları yüngülləşdirmək üçün topikal kremlərdən istifadə simptomların daha rahat bir formada idarə edilməsinə kömək edə bilər. Həmçinin ağrılı simptomları idarə etmək üçün ağrıkəsicilər və ya antienflamatuar dərmanlar istifadə edilə bilər.

Güclü immun sistemi, herpes virusunun simptomlarını daha təsirli bir formada idarə etməyə kömək ola bilər. Düzgün yaşayış tərzi yaşamaq, düzgün qidalanmaq, stresdən qaçınmaq və kifayət qədər yatmaq, immun sistemini dəstəkləmək üçün vacibdir.


DOKTORINFO.AZ
Xəstəliklər       Tarix: 30 iyun 2026

Oxşar xəbərlər

Ayaq dırnağı xəstəlikləri

Dırnaq problemləri son zamanlar geniş formada yayılıb. məlumat verir ki, bunun bir çox səbəbləri mövcuddur. Bes ayaq dirnaq xestelikleri nelerdir?. Dırnaqların batması – Çox görülən problemlərdən biridir. Buna, dırnaqlar

Qalın bağırsaq iltihabı nədir?

Qalın bağırsağın vəzifəsi, qatı haldakı nəcisi peristaltik hərəkətlərlə (ritmik bağırsaq hərəkətləri) makata doğru itələyərkən nəcisdən duz ilə suyu sovurmaqdır. xəbər verir ki, qalın bağırsağı əhatə edən mukoza zərinin iltihabın

Mədə yırtığı

Mədə yırtığı, mədənin üst qismi diafraqmadakı bir açıqlıqdan sinəyə doğru yaranan şişkinlikdir. Mədə yırtığı haqqında ətraflı məlumat üçün məqaləni sonadək oxuyun. xəbər verir ki, diafraqma, qarın boşluğunu döş qəfəsi boşluğunda

Angina müalicəsi

Angina günümüzdə geniş yayılan, narahatçılıqlar yaradan badamcıqların iltihablanmasıdır. xəbr verir ki, görüntüsündən asılı olaraq qırmızı və ya ağ angina olaraq adlandırılır. Virus və ya bakteriyal qaynaqlı olur. Bunun dəqi

Polipin təbii yolla müalicəsi mümkündür?

Poliplər, insan vücudunun müxtəlif nahiyələrində yaranan kiçik və böyük ölçüdə olan şişliklərdir. Əksər zaman xoşxassəli olurlar. Adətən dərhal hiss edilməz və görünməyi zaman alar. Bəzən isə başqa bir yoxlanış zamanı üz

Kolit və ülseratif kolit nədir?

Kolit nədir?. Kolit, həzm olunan qidaların nəcis halına gəldiyi qalın bağırsağın daxili astarının iltihablanmasıyla xarakterizə edilən akut və ya xroniki xəstəlikdir. xəbər verir ki, iltihablanma olaraq adlandırılan kolit

Böyrək soyuqlaması nədir?

Böyrək soyuqlaması nedir?. Böyrək iltihabı geniş yayılmış problemlər sırasında yer alır. xəbər verir ki, bu hala böyrək soyuqlaması, soyuqdəyməsi kimi ifadələr də deyilir. Uşaqlar və böyüklərdə də yarana bilər. Bir sıra əlamətlərl

Qızılca xəstəliyinin müalicəsi

Boğaz ağrısı, qızdırma, baş ağrısı və səpgilərlə xarakterizə edilən yoluxucu xəstəlikdir. Vücudun çox hissəsini əhatə edən parlaq qırmızı səpgi olaraq özünü göstərir. məlumat verir ki, hər qızılca xəstəliyi boğaz ağrısı v

Ayaq ağrılarının səbəbləri

Gündəlik həyatda ən böyük köməkçimiz olan ayaqlarımız qarmaşıq və böyük bir əzələ, sümük, tendon torundan ibarətdir. Bütün vücudu daşıyacaq qədər güclü olan ayaqlarımız bir o qədər də həssas və qırılqan quruluşa malikdirlər


masaj yuxuda qarin agrisi tecili yardim bogaz agrisi hamilelik testi
masaj
is elanlari