Bəlğəmin təmizlənməsi

Bəlğəmin təmizlənməsiHər bir şəxs xəstələnən zaman öskürəklə birlikdə əksər zaman bəlğəm də çıxara bilərlər.

Doktorinfo.az xəbər verir ki, bəlğəm çıxartmaq, əslində vücud üçün faydalıdır. Ancaq buna baxmayaraq uşaqlar bəlğəm çıxaran zaman çətinlik çəkirlər.

Belgem nedir?

Ağciyər və tənəffüs yollarında mövcud olan, xaricdən gələn yad maddələrə və bakteriyalara qarşı vücudu qoruyan müdafiə mexanizmidir.

Bəlğəm nə üçün olur?
Bəlğəmin təmizlənməsiXəstəliklər zamanı tənəffüs yollarında daha çox mukus (şirə) istehsalı olur. Bunun da miqdarı çox olarsa genizdə toplanaraq burunda tutqunluqlara və tənəffüs yollarında zədələnmələrə səbəb olur. Bu narahatçılıq hissi vücuddan öskürəyi xaric etməyə təkan verir. Bakteriya və ya virus mənşəli yaranan xəstəliklərin növünə görə, bəlğəmin rengi yaşıl, miqdarı isə qatı ola bilir.

Hansi xestelikler belgem yaradir?

Tənəffüs yolu infeksiyaları

Astma xəstəliyi

Bronxit

Sətəlcəm

Qrip

Allergik vəziyyətlər

Bəlğəm zamanı uşaqlarda aşağıdakı şikayətlər görünür:
Bəlğəmin təmizlənməsiÖkürəklə birlikdə gələn bəlğəm

Ciyərlərdə xışıltı

Nəfəs almaqda çətinlik

Sinədə ağrı hissi

Uşaqlarda bəlğəmin sebebleri nələrdir?

Uşaqların mikroblara məruz qalması nəticəsində tənəffüs yollarında və ya ağciyərlərdə başlayan xəstəliklər nəticəsində bəlğəm yaranır. Çoxalan bəlğəmi vücud atmağa çalışdığı üçün də uşaqlar bir müddətdən sonra öskürməyə başlayırlar. Ancaq çox zaman bacara bilmədikləri üçün problemlərə yol açır.

Uşaqlarda bəlğəmin rəngi nəyi göstərir?

Bəlğəmin rəngi və miqdarı xəstəliklərdən xəbər verir.

Ağ bəlğəm – Üst tənəffüs yolu xəstəliklərində burun toxumalarının sismesi və sinüslərin tıxanması səbəbilə artan mukus öskürək vasitəsile xaricə atılır.

Sarı və daha sonra yaşıla çevrilən bəlğəm: Bakteriya və ya virus mənşəli xəstəliklərdə bəlğəm rəngi yaşıla çevrilə bilər. Bunun səbəbi bronxit və ya sətəlcəm ola bilər. Həkimin müalicəsinə baxmayaraq bir həftənin sonunda öskürəkdən gələn bəlğəmin yaşıla çevrilməsi virus infeksiyasının bakteriyal infeksiyaya dönməsinə işarət edir.

Bəlğəmin müalicəsi
Bəlğəmin təmizlənməsiBəlğəmi çıxarmaq üçün istər böyüklər istəsə də uşaqlar üçün dərmanlar təyin edilir. Bu növ dərmanlar bəlğəmin asanlıqla çıxmasını təmin etmək üçün qatılığını yumşaldaraq azaldır. Bununla yanaşı təbii üsullardan da istifadə edilə bilər.

Qeyd edək ki, özbaşına həkim tövsiyəsi olmadan dərman vermək tövsiyə edilir. Çünki böyük uşaqlar bəlğəmi çıxara bilir. Ancaq azyaşlılar çıxara bilmir. İstifadə edilən öskürək dərmanların əksəriyyəti bəlğəmgətirici olduğundan uşaqlar çıxara bilmədiyi zaman boğulma yarana bilər. Bu isə onların həyatları üçün olduqca təhlükəlidir.

Bu müddətdə maye bol qəbul edilməlidir. Dəniz suyu tərkibli burun spreylərindən də istifadə edilə bilər.

Kafeinli içkilərdən uzaq durulması tövsiyədir.

Paketlənmiş və ya hazır qidalardan imtina edilməlidir.

Bu ərəfələrdə allergiyaya səbəb ola biləcək qidalar və meyvələr yeyilməlidir. Bu, öskürəyin şiddətini artıraraq şəxsə narahatlıq yarada bilər.

Yatan zaman başın altı uca olmalıdır.

Bəs təbii bitkilərdən istifadə edərək bəlğəmdən necə xilas ola bilərsiniz?

Nanə çayı – Bu növ bitkinin çayı boğazı yumsaldir, öskürək üçün faydalıdır. Buxar vannası etmək tösiyə edilir. Bu zaman buxar ağciyərlərdəki problemlərə effektli təsir göstərəcəkdir.

Nanənin dəmlənməsi qədər yağı da olduqca faydalıdır. Bəlğəmin xaric olmasını dəstəkləyir. Qulaq, qarın ağrılarının keçməsinə kömək edir. Boğazı bu yağla massaj etmək qrip zamanı kömək edəcəkdir.

Evkalipt çayı – Öskürəyin keçməsinə kömək edir. Boğazdan çətin gedən bəlğəmin xaric olmasına kömək edir. Bunun üçün dörddə bir qazan qaynadarkən 5-6 evkalipt yarpağı atıb buxarını içinə çəksəniz ağciyərləri və tənəffüs yollarını açmağa kömək edir.

Kəklikotu – Bu çayı həm xəstəlik zamanı həm gündəlik həyatda içmək olduqca faydalıdır. Boğazı yumşaldır.

Şüyüd – Bu bitkinin çayı boğazda və bronxitlərdə yaranan öskürəyə faydalıdır. Xüsusilə quru öskürəkdən əziyyət çəkənlər bu bitkinin çayından istifadə edə bilərlər.

Biyankökü çayı – Bəlğəmgətirici hesab edilir. Bu bitkinin kökündən astma, bronxit kimi problemlərdə istifadə edilir.

Hər halda öskürək və bəlğəm varsa gecikdirmədən həkim müayinəsi vacibdir.


DOKTORINFO.AZ
Xəstəliklər       Tarix: 29 may 2026

Oxşar xəbərlər

Böyrək büzüşməsi (kiçilməsi) nədir?

Böyrək büzüşməsi, böyrəklərin ölçüsündə anormal formada olan kiçilmədir. Sağlam şəxslərin böyrəkləri 10-12 sm uzunluğunda, 5-6 sm genişliyində və 3-4 sm qalınlığındadır. Atrofik böyrək isə böyrəklərin nisbətən normal dəyərində

Cinsi orqanda göbələk xəstəliyinin müalicəsi

Kandida cinsindən olan göbələklər cinsi yolla yoluxa bilən xəstəlik törədicisidir. Kişilərlə müqayisədə qadınlarda daha çox rast gəlinir. xəbər verir ki, bir neçə forması mövcuddur. Bes cinsiyyet yollarinda yaranan gobele

Talassemiya xəstəliyi

Tibb dilində "Talassemiya" olaraq bilinən "Aralıq dənizi anemiyası" irsi qan xəstəliyidir. xəbər verir ki, doğulan uşağa, ana və atasından "Beta talassemiya" geninin keçməsi ilə yaranan qalıc

Angina müalicəsi

Angina günümüzdə geniş yayılan, narahatçılıqlar yaradan badamcıqların iltihablanmasıdır. xəbr verir ki, görüntüsündən asılı olaraq qırmızı və ya ağ angina olaraq adlandırılır. Virus və ya bakteriyal qaynaqlı olur. Bunun dəqi

Qarın ağrısı

Bir çox insan qarın ağrısından əziyyət çəkir. Qarın ağrısı, qarın nahiyənizdəki hansısa bir orqandan və ya həzm sisteminizdə yaranan problemdən qaynaqlana bilər. məlumat verir ki, qarın ağrısı adətən mədə ağrısı ilə qarışdırılır

Ağciyər ağrısının səbəbləri, müalicəsi

Ağciyər ağrılarına əksər zamanı ötəri baxılır. Buna diqqət edilmir. xəbər verir ki, əslində isə bir çox səbəbi ola bilər. Bes agciyer agrisinin sebebleri neler ola biler?. Astma. Ağciyərdə qan laxtası. Pnevmoniya. Qabırğ

Aritmiya nədir?

Ürək problemi olanlar, bəzən də sağlam insanlar bu problemdən əziyyət çəkirlər. Sürətli, yavaş ya da nizamsız ürək döyüntüləri ilə özünü biruzə verir. xəbər verir ki, aritmiya və ya ritm pozuntuları ürək döyüntülərinin anorma

Polipin təbii yolla müalicəsi mümkündür?

Poliplər, insan vücudunun müxtəlif nahiyələrində yaranan kiçik və böyük ölçüdə olan şişliklərdir. Əksər zaman xoşxassəli olurlar. Adətən dərhal hiss edilməz və görünməyi zaman alar. Bəzən isə başqa bir yoxlanış zamanı üz

Mədə yanması: Əlamətləri və müalicəsi

Mədə yanması, yemək yedikdən sonra mədə asidinin qida borusuna geri axışı sonrası iltihablanma və zədə yaradıb sinədə meydana gətirdiyi ağrılı yanma hissidir. xəbər verir ki, bir çox səbəbləri mövcud ola bilər. Bu zaman ə


masaj yuxuda qarin agrisi tecili tibbi yardim bogaz agrisi mede agrisi
masaj
is elanlari