Mədə soyuqlamasının təbii üsullarla müalicəsi

Mədə soyuqlamasının təbii üsullarla müalicəsiİnsan vücudunda yaranan problemlərdən biri mədə soyuqlamasıdır. Bu, bir müddətlik də ola bilər, daha ciddi problemlərə də yol aça bilər. Bununla yanaşı xalq təbabəti ilə də soyuqdəymədən xilas olmaq mümkündür.

Mədə soyuqlamasının əlamətləri nələrdir?

Qusma

Bulantı

İshal

Mədə sancıları

Halsızlıq

Qarın ağrısı

Yüngül qızdırma
Mədə soyuqlamasının təbii üsullarla müalicəsiBəs belə soyuqlama zamanı hansı xalq təbabəti üsullarından istifadə etmək olar?

Nanə-limon:

Mədəni rahatlaşdırır. Nanə və limonun çay formasında dəmlənərək içilməsi olduqca effektlidir. 1 su stəkanı suya 1 şirniyyat qaşığı nanə əlavə edilir və içərisinə 2 dilim limon atılır. Bu qarışım 5 dəqiqə qaynadıldıqdan sonra süzülərək içilir.

Bal:

Təbii antioksidantdır. Bakteriyalarla mübarizə aparır. Gündəlik istifadə olduğu kimi xəstəlik zamanı da orqanizm üçün çox faydalıdır. Limonlu su ilə qarışdırılaraq da qəbul edilə bilər.

Zəncəfil:

Anti-viral və ağrıkəsici xüsusiyyətləri mövcuddur. Hər dərdə dəva olan bitkidir desək yanılmarıq. Çay formasında da içilir, çiy formada da yeyilə bilər. Ancaq mədəni yormayacaq həddə yemək tövsiyə edilir. Xüsusilə də soyuqdəymə zamanı vücudun immunitetini yüksəldir.

Qatıq:

Mədə bulantısı və və qusma üçün çox effektivdir. Mədə soyuqlaması zamanı şikayətlərin azaldılması məqsədilə yeyilir.

Qara istiot:

Mədə soyuqlamasının təbii üsullarla müalicəsi1 çay stəkanı qaynanmış suya 1 şirniyyat qaşığı istiot əlavə edib dəmləndikdən sonra bu çayı içmək lazımdır. Mədə soyuqlaması üçün olduqca effektivdir.

Mixək:

Mixək həm faydası, həm də qoxusu ilə çayın ləzzətinə ləzzət qatır desək yanılmarıq. Mixəyi çeynəyib udmaq da olar. Bunu edə bilməyənlər tez-tez çayını içsələr soyuqdəymənin azaldığını görəcəklər.

Banan:

Həzmi asanlaşdıran banan, potasium miqdarını artırar və mədə zərinin güclənməsinə kömək olar.

Düyü:

Zəngin karbonhidrat tərkibinə malik olan qida növü olan düyü mədə soyuqlaması zamanı rahatlıqla istifadə edilə bilər.

Alma:

Almanın püresi vücudu enerji ilə təmin edir. Bununla yanaşı varsa ishal kimi problemin də qarşısını almağa kömək edir.
Mədə soyuqlamasının təbii üsullarla müalicəsiMədə soyuqlaması hansı zamanlarda təhlükəli ola bilər?

Çox zaman yuxarıda qeyd edilən üsullar vasitəsilə sağalma başlayır. Adətən 1-5 gün arasında problem həllini tapır. Əgər müddət uzanarsa və əlamətlər artmağa davam edərsə bu zaman vaxt keçmədən həkimə müraciət etməkdə fayda vardır. Çünki bakteriyaların səbəb olduğu bəzi xəstəliklər mədə soyuqlaması ilə qarışdırıla bilər. Bu səbəbdən hər halda həkimlə məsləhətləşməkdə fayda daha çoxdur.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 03 oktyabr 2026

Oxşar xəbərlər

Hepatit B peyvəndi

Hepatit B peyvendi nedir?. Hepatit B peyvəndi, hepatit B virusuna qarşı yoluxma olma riskini azaldan və xəstəliyə qarşı antikor istehsal edərək qoruyuculuğu təmin edən güclü peyvənddir. xəbər verir ki, körpələrdə doğuşda

Hərbi xidmətə yararsız xəstəliklər

Kişilər müəyyən müddət üçün hərbi xidmətə yollanırlar. xəbər verir ki, hərbi vəzifələrin yerinə yetirilməsinə maneə olan bir sıra xəstəliklər mövcuddur. Herbi xidmete yararsiz xestelikler hansilardir?. "Xəstəliklər cədvəli"nd

Siam əkizliyi necə olur?

Siam əkizləri olaraq da adlandırılan yapışıq əkizlər, döllənmə əsnasında bir-birinə bağlanan iki embrionun səbəb olduğu, əksər zaman qarın, sinə, baş nahiyəsində fiziki olaraq bir-birinə bağlılıq meydana gətirən doğuş anomaliyasıdır

İndiqo, Kristal uşaq kimdir?

İndiqo uşaq (kristal uşaq) yaş qruplarına görə fiziki və psixoloji olaraq öz ətrafında fərqlilik göstərən uşaqdır. xəbər verir ki, bu uşaqlar psixoloji olaraq çox fərqli xüsusiyyətlərə sahibdirlər. Ailələri və ya ətraflar

Uşaqlarda boğaz ağrısı və qızdırma

Havaların soyuq keçdiyi ərəfələrdə bir çox uşaqlar çətin günlər yaşayırlar. məlumat verir ki, bir çox valideyn xüsusilə qış aylarında "Boğazım ağrıyır" sözünü tez-tez eşidir. Bes usaqlarda bogaz infeksiyasi nede

Dil uyuşması nə üçün olur?

Dil uyuşması nedir?. Dildə meydana gələn uyuşma ilə birlikdə hissizlik vəziyyəti dil uyuşması olaraq ifadə edilə bilər. Bu vəziyyətə eyni zamanda dildə qarışqalanma adı da verilə bilər. xəbər verir ki, bəzən keçici bir vəziyyət

Travma nədir?

Travma, şəxsin nəzarəti xaricində stresli, qorxuducu, həlli çətin olan və ya hadisələr yaşanması duyğusal və fiziki yaralanma vəziyyətidir. xəbər verir ki, fiziki və duyğusal olmaq üzrə ikiyə ayrılan travmalar şəxsin üzərind

Stresi azaltmağın ən təbii yolu Masaj haqqında

İndiki dövrdə insanlar daim stres və gərginliklə üz-üzə qalırlar. Davamlı iş tempi, texnologiyanın sürətli inkişafı və sosial problemlər gündəlik həyatımızda psixoloji yük yaradır. Bu səbəbdən insanlar stresdən azad olma

Masajla Yuxusuzluğun Qarşısını Almaq Mümkündürmü ?

Yuxusuzluq müasir dövrün ən geniş yayılmış sağlamlıq problemlərindən biri hesab olunur. Xüsusilə sürətli həyat tərzi, daimi stress və texnologiya ilə bağlı faktorlar insanın yuxu rejimini pozur. Bəzi insanlar yuxuya getməkd


masaj yuxuda mede agrisi goz hekimi tecili yardim boyrek agrisi
masaj
is elanlari