Hepatit B peyvəndi

Hepatit B peyvəndiHepatit B peyvendi nedir?

Hepatit B peyvəndi, hepatit B virusuna qarşı yoluxma olma riskini azaldan və xəstəliyə qarşı antikor istehsal edərək qoruyuculuğu təmin edən güclü peyvənddir.

Doktorinfo.az xəbər verir ki, körpələrdə doğuşdan sonrakı ilk 24 saat ərzində edilməsi tövsiyə edilən hepatit B peyvəndi böyük şəxslər üçün tövsiyə edilir.

Hepatit B, virusunun vücuda girməsi ilə ortaya çıxan virus bir qaraciyər infeksiyasıdır. Yüngül və şiddətli formada seyr edilən bir xəstəlik olan hepatit B, akut bir formada seyr edərsə qısa davam edər və uyğun müalicə ilə pasiyent sağlamlığına qovuşar.

Xroniki hepatit B hadisələrində isə daha ciddi qaraciyər problemləri ortaya çıxa bilər. Akut hepatit B hərarət, yorğunluq, iştahsızlıq, yorğunluğa yol aça bilən xroniki hepatit xəstəliyində isə simptomlar daha uzun davam edər və sarılıq, sidiyin tündləşməsi, qusma, qarın ağrısı kimi əlamətlər ortaya çıxar.

Hepatit B virusundan qorunmanın ən güvənli yolu isə hepatit B peyvəndi olmaqdır. Qan, yara və ya maye yoluyla yoluxan hepatit B xəstəliyi üçün tətbiq edilən hepatit B peyvəndi ilk olaraq yeni doğulan uşaqlara doğuşdan sonrakı 24 saat içində edilməsi tövsiyə edilir.

Yeniyetmələrə, böyüklərə hepatit B peyvəndinin edilməsi tövsiyə edilir.

Hepatit B peyvəndi nə üçün edilir?

Virus qaraciyər infeksiyası olan hepatit B xəstəliyinə qarşı vücudun antikor istehsal edib immun qazanması üçün edilir. Hepatit B peyvəndi olan şəxslərin immun sistemi antikor istehsal etməyə başlayar, bu vəziyyət xəstəliyə qarşı qoruma təmin edər. Bu qoruma əksər şəxsdə həyat boyu olur.
Hepatit B peyvəndiHepatit B peyvəndi necə vurulmalıdır?

Hepatit B-yə qarşı ən yaxşı qorumağı təmin etmək üçün ən az 3 doz peyvənd olunması gərəklidir. Adətən hər doz arasında bir aylıq bir ara vardır, ancaq bəzən şəxsin daha sürətli qorumağa ehtiyacı olduğu düşünülürsə 21 gün içində 3 doz formasında da edilə bilər.

Hepatit B peyvəndi neçə doza verilməlidir?

Hepatit B peyvəndi uşaqlara 3 doz formasında tətbiq edilir. İlk doza doğuşdan sonrakı 24 saat içində edilir. İlk dozun ardından ikinci dozun 1 ayın sonunda edilməsi daha sağlam qəbul edilir.

Üçüncü doza isə doğuşdan sonrakı 6 ayda edilir və uşağın hepatit B xəstəliyinə qarşı qoruyuculuğu təmin edir. Böyüklərdə də əgər şəxs daha öncə xəstəliyə yoluxmamış və ya heç peyvənd olmayıbsa 3 doza hepatit B peyvəndi olunması tövsiyə edilir. Bu peyvəndləri olan əksər insan hepatit B xəstəliyinə qarşı qoruyuculuğu təmin edilir.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 26 oktyabr 2024

Oxşar xəbərlər

Hemoliz nədir?

Hemoliz nedir?. xəbər verir ki, hemoliz, eritrositlər olaraq bilinən qırmızı qan hüceyrələrinin böyük ölçüdə parçalanması nəticəsində oksigen daşıyan hemoqlabinin proteinin sərbəst qalmasıdır. Çox az qırmızı qan hüceyrəs

Qol ağrısının səbəbləri və müalicəsi

Qol ağrısı bir çox səbəblərlə meydana çıxan narahatçılıqdır. Bir anda başlayaraq zamanla keçə bilən və ya eyni zamanda davam edə bilən vəziyyətdir. xəbər verir ki, yazı yazma, alətlərlə məşğul olmaq, ağır əşya qaldırma v

Hansı Masaj Növü sizə uyğundur ?

Masaj fiziki və zehni rahatlama üçün istifadə edilən ən qədim və təsirli terapiya üsullarından biridir. Ancaq hər masaj növü hər kəs üçün uyğun deyil, bədəninizin ehtiyaclarına görə doğru texnikanı seçmək vacibdir. Bəzi insanla

Böyrək xərçənginin simptomları və mərhələləri

Böyrəyin əsas vəzifəsi, qanı süzdükdən sonra artıq maddələrdən sidik yaratmaq və qandakı kimi mineralların tarazlığını təmin edir. Böyrək xərçəngi, normal funksiyasını yerinə gətirən hüceyrələrin formasını itirərək anorma

Asqırmağın faydaları və zərərləri

Asqırmaq, vücud sağlamlığı cəhətdən çox əhəmiyyətlidir. xəbər verir ki, asqırma vəziyyətində ağzınızı bağlamaq vacibdir. Xüsusilə aldığımız mikrobları ətrafa dağıtmamaq istəyiriksə asqırma əsnasında salfet və ya dəsmall

Limfa düyünlərinin müalicəsi

Limfadenit, limfa düyünləri ilə əlaqəli olub, çox geniş yayılmış, hər kəsdə rast gəlinən xəstəlikdir. məlumat verir ki, təməlində limfatik sistemin infeksion iltihabi zədələnməsi durur. Adətən əksər zaman öz-özünə keçib gedir

Ən yaxşı neyrocərrah kimdir?

Neyrocərrahiyyə sinir sistemi problemlərinin cərrahi müalicəsi ilə məşğul olan tibb sahesidir. xəbər verir ki, sinir sistemi beyin, onurğa beyni, kəllə, sinir toxumalarına və s. dəstək verən qoruyucu örtükdür. Bununla yüksə

Dil yarasının səbəbləri və müalicəsi

Ağız yaraları cəmiyyətdə tez-tez görülən sağlamlıq problemləri arasında yer alır. Müxtəlif xəstəliklərin əlaməti olaraq ortaya çıxan dil yaraları, xüsusilə ağız və diş gigiyenasına düzgün qulluq edilməyən zaman da yaran

Stresi azaltmağın ən təbii yolu Masaj haqqında

İndiki dövrdə insanlar daim stres və gərginliklə üz-üzə qalırlar. Davamlı iş tempi, texnologiyanın sürətli inkişafı və sosial problemlər gündəlik həyatımızda psixoloji yük yaradır. Bu səbəbdən insanlar stresdən azad olma


masaj yuxuda cinsi xestelikler tecili tibbi yardim bogaz agrisi boyrek agrisi
masaj
is elanlari