Zəhərlənmə əlamətləri, ilk yardım necə edilməli?

Zəhərlənmə əlamətləri, ilk yardım necə edilməli?Zəhərlənmələrin bir çox fərqli səbəbləri ola bilər. İçərisində zəhərli maddə mövcud olan, pozulan qidaların istifadəsi, kimyəvi maddələrlə təmas etmək zəhərlənmələrə yol aça bilər.

Doktorinfo.az xəbər verir ki, mədə bulantısı və qusma, zəhərlənmənin ən yayğın əlamətləridir.

Zeherlenme nedir?

Zəhərlənmə, maddələr mübadiləsinin vərdiş etmədiyi, sağlamlığa zərərli maddənin vücuda daxil olaraq zədələnmələrə səbəb olması kimi bilinir. Vücudun sağlam formada fəaliyyətinə maneə olan maddələrə qarşı orqanizmin verdiyi reaksiyadır.

Zəhərli maddələr, vücudda müxtəlif problemlərə yol açır. Bu zaman isə vücud həmin maddələri xaricə atmaq istəyir. Bu isə özünü qusma, nəfəs darlığı, ishal kimi əlamətlərlə üzə çıxır.
Ölümlə nəticələnə biləcək növlərdən biri dərman zəhərlənməsidir. Xüsusilə də uşaqların bilmədən dərmanı şirniyyat əvəzi qəbul etməsi geri dönüşü olmayan problemlərə yol aça bilər. Xəstə dərhal şüurunu itirə və ölə bilər. Bundan əlavə qusma, qarın ağrısı, tənəffüs darlığı formasında da üzə çıxa bilər. Ancaq erkən bilinən zaman xəstənin həyatını xilas etmək mümkün ola bilər.

Zəhərlənmə əlamətləri, ilk yardım necə edilməli?Zəhərlənmənin əlamətləri nələrdir?

Zəhərli maddələr həyati təhlükə yara bilər. Zəhərlənmələrin qaynağını, nədən baş verdiyini bilmək çox vacibdir. Həzm yolu vasitəsilə baş verən zəhərlənmələr adətən özünü bulantı, qusma, qarın ağrısı və ishal formasında göstərir. Toksik maddələrin qəbulu ilə yaranan zəhərlənmələrdə nəfəs darlığı, baş gicəllənməsi, dəri qızarıqlığı, göyərmə kimi simptomlar baş verə bilər. Dəri yolu ilə baş verən zəhərlənmələr adətən qızarma, hissin itkisi kimi əlamətlərlə özünü biruzə verir.

Zəhərlənmələrin yol açdığı əlamətlərin biri və ya bir neçəsi eyni anda görülə bilər. Bunun üçün vaxt keçmədən təcili yardıma müraciət edilməlidir.
Qida zəhərlənməsi həzm sisteminə təsir göstərən vəziyyətdir. Bu səbəblə qida zəhərlənməsi nəticəsində görülən qusma, ishal həzm sistemi yoluyla zəhərlənmələrin ən vacib əlamətləridir.

Zəhərlənmə zamanı ilk yardım necə edilməli?

Zəhərlənmə zamanı ilk yardım olduqca vacibdir. İlk yardım zəhərlənmə növündən asılı olaraq edilir. Şüur itkisi, tənəffüs çatışmazlığı, qanlı ishal kimi vəziyyətlərdə zəhərlənən şəxs vaxt keçmədən xəstənaya aparılmalıdır.

Xəstəni qusdurmaq və ishal etdirən dərmanların istifadəsi qida zəhərlənmələrində ən çox istifadə edilən ilk yardım üsullardandır. Tənəffüs yoluyla zəhərlənmələrdə isə zəhərlənən şəxsin nəfəs alıb-verməsi nəzarətdə saxlanılır.

Dəriyə zəhərli maddənin təmas etməsindən qaynaqlanan dəri yolu zəhərlənmələrdə, həmin nahiyə bol su ilə yuyulmalıdır.

Zəhərlənmə əlamətləri hər şəxsdə fərqli formada baş verə bilər. İlk olaraq qəbul edilən qidanın həzm olunması vacibdir. Bundan sonra ən gec 3-4 saat ərzində həzm prosesi baş verir. Zəhərlənmə isə 5-6 saat ərzində ortaya çıxır. Bəzi vəziyyətlərdə isə zəhərlənmə əlamətləri ertəsi gün yaşana bilər.
Ancaq kimyəvi maddələrə məruz qalma halında isə əlamətlər 30-60 dəqiqə ərzində ortaya çıxacaqdır. Çünki bu, tənəffüs yolu ilə baş verən zəhərlənmə növüdür.

Zəhərlənmələr zamanı ilkin olaraq xəstəyə qatıq verilir. Mütəxəssislər isə bunun faydadan çox zərər gətirəcəyini qeyd edirlər. Alışılmış bu yardım əslində yanlışdı. Zəhərlənmədən sonra ilk 2 gün ərzində qatıq vermək yolverilməzdir. Çünki zəhərlənmə zamanı qusma ilə yanaşı ishal da müşahidə edilir. Qatıq isə ishal vəziyyətini daha da artıraraq bədənin susuzlaşmasına yol aça bilər. Bu da insan həyatı üçün təhlükəlidir.

Zəhərlənmə zamanı həkim gələnə qədər 2 stəkan adi ilıq sudan istifadə edib özünüzü qusdurmalısınız. Tam qusdurduqdan sonra xəstəyə smekta, enterosgel kimi preparatlardan birini verin. Bu dərmanlar bağırsaqlarda olan toksinləri özünə hopdurur və çölə çıxardır. Daha sonra həkim lazımi müdaxiləni edəcəkdir.

Zəhərlənmənin ilkin günü xəstəyə hər hansı qida vermək məsləhət deyil.

Zəhərlənmə əlamətləri, ilk yardım necə edilməli?Hamiləlikdə zəhərlənmə

Əgər vücudda normal olmayan şişlik müşahidə edirsinizsə, nəfəs darlığı, hərəkət etmədə çətinlik yaradan sancılar, yüksək təzyiq varsa bu zəhərlənmə əlaməti ola bilər. Ana və uşaq üçün böyük zərərləri olan bu növ zəhərlənmələrin müalicəsində ananın doğum etməsi tövsiyə edilir.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 05 noyabr 2026

Oxşar xəbərlər

Masajla Yuxusuzluğun Qarşısını Almaq Mümkündürmü ?

Yuxusuzluq müasir dövrün ən geniş yayılmış sağlamlıq problemlərindən biri hesab olunur. Xüsusilə sürətli həyat tərzi, daimi stress və texnologiya ilə bağlı faktorlar insanın yuxu rejimini pozur. Bəzi insanlar yuxuya getməkd

Hansı yataq daha təhlükəlidir?

İnsan sağlamlığında qidalanma ilə yanaşı həyat tərzi də vacibdir. Məsələn, yaşadığınız məkan, şərait, yatdığınız yer belə. xəbər verir ki, aparılan araşdırmalara görə, matraslar yun döşəklərlə müqayisədə daha təhlükəlidir

Masajın əzələ ağrılarını azaltmaqda rolu hansılardı ?

Əzələ ağrıları həyat keyfiyyətini aşağı salan və fəaliyyətləri məhdudlaşdıran əsas problemlərdən biridir. İstər fiziki fəaliyyət sonrası yaranan yorğunluq, istərsə də stressə bağlı əzələ gərginlikləri zamanla narahatlıq v

Siam əkizliyi necə olur?

Siam əkizləri olaraq da adlandırılan yapışıq əkizlər, döllənmə əsnasında bir-birinə bağlanan iki embrionun səbəb olduğu, əksər zaman qarın, sinə, baş nahiyəsində fiziki olaraq bir-birinə bağlılıq meydana gətirən doğuş anomaliyasıdır

Balıq yağının faydaları və zərərləri - Ən yaxşısını necə seçək?

Balıq yağı, uşaqlar və böyüklər üçün olduqca faydalıdır. Vücudun əzələ quruluşundan hüceyrə yenilənməsinə qədər bir çox funksiyası üçün ehtiyac olduğu və xaricdən alınması gərəkli olan omega 3 yağ asitləri, əksər zaman may

Ağızdan pis qoxunun gəlməsi

Bir çox insan səhərlər ağzından gələn pis qoxulardan narazıdır. Ağızdan gələn qoxunun bir çox səbəbi ola bilər. xəbər verir ki, səhərlər ağızdan pis qoxu ilə yanaşı acılıq da hiss etmək mümkündür. Bunun əsas səbəblərdən bir

Dil uyuşması nə üçün olur?

Dil uyuşması nedir?. Dildə meydana gələn uyuşma ilə birlikdə hissizlik vəziyyəti dil uyuşması olaraq ifadə edilə bilər. Bu vəziyyətə eyni zamanda dildə qarışqalanma adı da verilə bilər. xəbər verir ki, bəzən keçici bir vəziyyət

Travma nədir?

Travma, şəxsin nəzarəti xaricində stresli, qorxuducu, həlli çətin olan və ya hadisələr yaşanması duyğusal və fiziki yaralanma vəziyyətidir. xəbər verir ki, fiziki və duyğusal olmaq üzrə ikiyə ayrılan travmalar şəxsin üzərind

Alkoqolizmin əlamətləri

Alkoqol asıllığı spirtli içkilərin həddindən çox istifadəsini həyata keçirən və nəzarətdən çıxan vəziyyətdir. Bu, həm sağlamlıq həm də fiziki problemlərə yol aça bilər. xəbər verir ki, müalicə edilməzsə daha kəskin hal ala


masaj yuxuda goz hekimi qarin agrisi hamilelik testi dis agrisi
masaj
is elanlari