Hamiləlik hesablanması

Hamiləlik hesablanmasıHamiləliyin hesablanması son menstruasiya tarixinə və normal hamiləlik müddətinin 40 həftə olduğuna əsaslanır.

Doktorinfo.az məlumat verir ki, hamiləliyin hesablanması doğum tarixini proqnozlaşdırmaq və hamiləliyin inkişafını izləmək üçün vacibdir.

Hamilelik hesablanmasi ile dogum tarixi mueyyen edile bilermi?

Dəqiq doğum tarixini proqnozlaşdırmaq mümkün deyil, çünki hər hamiləlik fərqli ola bilər.

Bəs hamiləlik təqvimini necə hesablamaq mümkündür?

Hamiləlik təqvimi son menstruasiya və ya hamiləliyin başlanğıc tarixindən başlayaraq tərtib edilir. Hamiləliyin hansı ayında olduğunuzu hesablamaq üçün hamiləliyinizin neçə həftə olduğunu anlamalısınız. Bu, son menstruasiya ilk günündən 40 həftə saymaqla dəyərləndirilə bilər.

Hamilelik hesablanmasi nece aparilir?

Adətən son menstruasiya müddətinin başlanğıc tarixi, hamiləliyin də başlanğıc tarixi olaraq qəbul edilir.

Bu səbəbdən hamiləlik hesabı üçün ən son menstruasiya müddətinin başladığı gün əsas götürülür. Bu baxıdan hamiləlik həftəsi hesablamaq üçün bu günün tarixindən son menstruasiya tarixi çıxarılır və nəticə 7-ə bölünür. Əldə edilən nəticə hamiləliyin həftəsini təmsil edir. Məsələn, nəticə 9 çıxıbsa bu o eməkdir ki, ana namizədi hamiləliyin 9-cu həftəsindədir.

Hamiləliyin hesablanma məntiqi:

Bu ana olan tarix - Son menstruasiya zamanının ilk günü / 7 = Hamiləlik həftəsi
Hamiləlik hesablanmasıHəftələrin hesablanması hansı formada olur?

Hamilelik heftesini son dövrünüzün başladığı gündən həftələrə keçirərək də hesablaya bilərsiniz. Normal hamiləlik müddəti 40 həftə olduğundan, son menstruasiya tarixindən 40 həftə əlavə edərək təxmini son tarixinizi də təyin edə bilərsiniz.

Hamilelik teqvimi deqiqdirmi?

Qeyd edək ki, hamiləlik təqvimi təxmini hesablamadır, çünki son menstruasiya tarixinə və ya hamiləliyin başlanğıc tarixinə görə hesablanır. Həqiqi doğum tarixi uşağın inkişafına və digər amillərə görə dəyişə bilər. Buna görə həkimin tövsiyələrinə əməl etmək və mütəmadi müayinələrdən keçmək vacibdir.

Doğuş tarixini bilmək olarmı?
m9qzwn0c1wvmja5xc9hc3nldhnclzq5xc8zote4nvwvzdzmmzg5nje0mjyymwu2otfmy2mwzmqzyzkxyjdmnt.jpg[/img]Əgər sonuncu aybaşının ilk gününü xatırlayırsınızsa uşağın təxmini doğum tarixini təyin edə bilərsiniz. Normal keçən hamiləlikdə uşaqların yalnız 5%-i öz həqiqi təqvim vaxtında doğulur, onların 85%-i bu vaxtdan 1 həftə gec və ya tez dünyaya gəlir. Buna görə də hesab edilir ki, sağlam hamiləlik 38-42 həftə davam edə bilər.

Qeyd edək ki, 38 həftədən tez baş vermiş doğuş erkən, 42 həftədən sonra baş tutan doğuş isə gecikmiş adlanır və patologiya sayıla bilər.


DOKTORINFO.AZ
Hamiləlik       Tarix: 15 oktyabr 2026

Oxşar xəbərlər

Əkiz hamiləlik nədir? - Yarana biləcək problemlər

Əkiz hamiləlik, bir yumurtanın mayalanıb 2 və ya daha çox embriona bölünməsi ya da iki fərqli yumurtanın ayrı spermlər ilə mayalanması nəticəsində eyni hamiləlikdə iki dölün olması mümkündür. Genetik faktor da əkiz hamiləlikd

Hamiləlikdə Herpes virusu təhlükəlidir?

Hamiləlikdə yaşanılan problemlərdən biri dərinin müxtəlif nahiyələrində yaranan uçuqlar, səpkilərdir. Herpes simpleks olaraq bilinən bu problemə səbəb olan virus təmas yolu ilə hamiləyə yoluxduğu zaman diqqətli olmaq vacibdir

Hamiləlikdə böyrək daşı və müalicəsi

Böyrək daşı, hər zaman narahatçılıq yaradan problemdir. Hamiləlikdə isə bu vəziyyət daha da ağrılı hala çevrilə bilər. Hamiləlikdə böyrək daşının əlamətləri nələrdir?. Tək tərəfli böyrək ağrısı. Böyrəklərdə şişlik. Bulantı-qusma

Dölyanı mayenin hamiləlikdə rolu

Hamiləlik dövründə döl amniotik kisə kimi tanınan qoruyucu dölyanı kisə ilə əhatə olunur. Daxilindəki mayeyə amniotik maye, yəni dölyanı maye deyilir. xəbər verir ki, tərkibi ananın qan axınından əldə edilən su və elektrolitlərdə

Hamiləliyi asan keçirməyin üsulları

Hamiləlik 9 aylıq müddəti əhatə edən perioddur. Hamiləliyi hər qadın bir formada keçirir. xəbər verir ki, yay ayında isə hamiləlik daha çətin keçir. İsti havaların yaratdığı çətinliklərlə çətin nəfəs alma, yorğunluq, halsızlı

6 həftəlik hamiləlik

6 həftəlik hamiləlikdə həm ananı həm də uşağı bir çox dəyişikliklər gözləyir. xəbər verir ki, uşağınızın inkişafı sürətli formada irəliləyir. 6-cı həftədə üzü formalaşmağa başlayır. Ürəyi isə 4 ocaqlı formasını alır. An

32 həftəlik hamiləlik

Hamiləliyin hər həftəsi, ayı ana və uşaq üçün əhəmiyyət kəsb edir. xəbər verir ki, 32 həftəlik hamiləlik əslində 30 həftəlik yəni 7,5 aylıq hamiləlik deməkdir. 32 həftəlik hamiləlikdə doğuşa nə qədər qalır?. 32 həftəlik zaman

Hamiləlikdə ödəm

Hamiləlikdə ödəm problemi yaşamaq, hamiləlik zamanı yaşanılan ən vacib çətinliklərindən biridir. xəbər verir ki, vücudda yaşanan şişlik olaraq adlandırılan ödəm, əslində vücudun su tutmasından qaynaqlanır. Xüsusilə əllər

Hamiləlik testi müsbətdir, amma döl yoxdur... - Boş hamiləlik nədir?

Boş hamiləlik, mayalanan yumurta rəhm içinə yerləşir, ancaq embriona çevrilmədiyi zaman baş verən düşmədir. Embrion olmasa da vücud hamiləlik hormonu koryonik gonadotropin istehsal etməyə davam edər. Bu müddətdə mədə bulantısı


masaj yuxuda mede agrisi goz hekimi dis agrisi cinsi xestelikler
masaj
is elanlari