Zəncəfilin faydaları və zərərləri

Zəncəfilin faydaları və zərərləriZəncəfil, qış aylarında daha çox istifadə edilən, şəfa deposudur. Bir çox vitamin və minerallarla zəngindir. Soyuqdəymə, ishal, mədə bulantısı kimi həzm sistemi problemləri zamanı faydalıdır. İmmunitet sistemini gücləndirir. Şirniyyatlara əlavə edilir, həmçinin çay formasında da istifadə edilir. Antibakterial xüsusiyyəti mövcuddur.

Zəncəfilin mədə və həzm sistemindəki faydaları:

Mədə şişkinliyi üçün faydalıdır.

Mədə ağrısı və mədə bulantısını keçirməyə kömək edir.

Kimyaterapiya qəbul etmiş şəxslərdə və hamilələrdə yaranan mədə bulantısının keçməsinə yardım edir.

Reflüks xəstəliyi zamanı effektlidir.

Bağırsaq pozulmalarına yaxşı təsir göstərir.
Zəncəfilin faydaları və zərərləriÜrək sağlamlığı və tənəffüs yolları üçün faydaları:

Mütəmadi istifadə edilərsə qan dövranını tənzimləyir, damarlardakı yağ toplanmasının qarşısını alır.

İnfarkt riskini azaldır.

Xolesterinin düşməsinə kömək edir.

Nəfəs darlığı üçün zəncəfil yağından istifadə edə bilərsiniz.

İnfeksiyalara qarşı təsirləri

İmmunitet sistemini gücləndirir və vücudun infeksiyalara qarşı daha sürətli reaksiya verməsini təmin edir.

Antiseptik xüsusiyyəti, mədə və bağırsaq infeksiyalarının keçməsində kömək edir.

Göbələk infeksiyalarının yaxşılaşmasına ən təsirli bitkidir.

Ağrılara qarşı təsirləri

Sinir uclarında mövcud olan müxtəlif hüceyrələrə təsir edir və ağrını keçirdir.

Menstruasiya ağrılarının keçməsinə kömək edir.

Diz ağrısı üzərində də təsiri mövcuddur.

Zəncəfilin faydaları və zərərləriZəncəfilin zərərləri nələrdir?

Çox istifadə zamanı mədə yanması və mədə turşuması kimi problemlərə yol aça bilər.

Qan sulandırıcı xüsusiyyəti mövcuddur.

Yeni zəncəfil yaxşı çeynənilərək istifadə edilməzsə bağırsaq tıxanıqlığına yol aça bilər.

Öd daşı olan şəxslərə mənfi təsir göstərir.

Hamiləlik müddətində diqqətlə istifadə edilməlidir. Çox istifadə zamanı düşük riski yarana bilir.

Çox istifadə edildiyi zaman ciddi sağlamlıq problemlərinə yol aça bilər.

Zəncəfil necə istifadə edilir?

Təzə zəncəfil, istilik və oksigenə qarşı dayanıqsızdır. Təzə zəncəfil kökü, hava almayan sərin yerdə saxlanılmalıdır. Soyuqdəymə zamanı effektlidir. Zəncəfil tozunun bir şirniyyat qaşığından çox istifadə edilməməsi tövsiyə edilir. Bu miqdarlar immunitetə görə fərqlilik göstərə bilər. Kəskin dadı olduğundan yeməklərə az əlavə edilməsi tövsiyə edilir.


DOKTORINFO.AZ
Sağlam Qida       Tarix: 30 sentyabr 2026

Oxşar xəbərlər

Cəfərinin faydaları nələrdir?

Cəfəri, həm mətbəxdə ləzzət qatıcı bir ədviyyat olaraq istifadə edilən həm də sağlamlıq cəhətdən bir çox faydası olan bitkidir. xəbər verir ki, A, C, K və E vitaminləri, potassium, kalsium, demir və maqnezium kimi mineralla

Xiyarın faydaları

Xiyar, insan orqanizmi üçün əhəmiyyətli tərəvəzlərdən biridir. Xiyarın tərkibində insan vücudu üçün vacib olan 95% su mövcuddur. xəbər verir ki, xiyarı davamlı yemək böyrək daşlarının yaranmasının qarşısını da alır. Xiya

Narın faydaları və zərərləri

Nar, ləzzəti və görüntüsü ilə bir çox qida və salatlarda istifadə edilir. Sağlamlıq cəhətdən isə olduqca faydalıdır. Güclü antioksidantdır və bir çox xəstəliyə qarşı qoruyucu xüsusiyyəti mövcuddur. xəbər verir ki, tərkibind

Nanənin faydaları

Nanənin faydaları, sağlam həyata təbii üsullarla çatmağınıza kömək ola biləcək qədər çoxdur. Tənəffüsdən mədə problemlərinə qədər bir çox mövzuda sağlamlığınıza dəstək olan nanə, təzə ya da quru olaraq istifadə edilə bilər

Qan artıran qidalar

Anemiya, qana rəngini verən və oksigenin hüceyrələrə daşınmasını təmin edən protein olan hemoqlabinin normal səviyyənin altına düşməsi vəziyyətidir. xəbər verir ki, qanazlığının bir çox səbəbi ola bilər. Düzgün qidalanmama

Zoğalın faydaları

Zoğal insan orqanizmi üçün faydalı olan qidalardan biridir. xəbər verir ki, dadı ilə bəziləri sevməsə də sağlamlıq üçün olduqca yeyilməsi vacib olan meyvələrdən biridir. Təbii antioksidant olan zoğalın faydaları nələrdir?

E vitamininin faydaları

E vitamini, vücudun gündəlik funksiyalarının yerinə gətirə bilməsi üçün gərəkli olan tokoferol olaraq da adlandırılan təməl vitamin növlərindən biridir. xəbər verir ki, A, D, K vitaminləri kimi E vitamini də yağda həll olu

Qəhvə içmək faydalıdır ya zərərli?

Qəhvənin tərkibində yüksək kafein mövcuddur. Bu səbəbdən gündəlik həddindən çox istifadəsi sağlamlıq problemlərinə yol aça bilər. Yuxu problemindən tutmuş vücudda su itkisinə qədər bir çox narahatçılıqlar yaşana bilər. xəbə

Soğan suyunun faydaları və zərərləri

Soğan mətbəxlərdən əksik olmayan, hər yeməkdə istifadə olunan tərəvəzdir. Təbii antibiotik olan soğanın suyu da insan sağlamlığı üçün əvəzsizdir. Ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. Bəs soğan suyunun faydalar


masaj yuxuda tecili tibbi yardim tecili yardim goz hekimi dis agrisi
masaj
is elanlari