Feyxoanın faydaları

Feyxoanın faydalarıFeyxoa insan sağlamlığı üçün olduqca faydalı meyvələrdən biridir. Qida dəyəri olduqca zəngindir.

Doktorinfo.az xəbər verir ki, tərkibində müxtəlif vitamin və minerallar mövcuddur.

Feyxoa meyvəsinin qida dəyərləri:

Feyxoa, aşağı kalorili və qida cəhətdən zəngin bir meyvədir. Bir feyxoa meyvəsi, müxtəlif vitaminlər, minerallar, antioksidant tərkiblidir.

Vitaminlər:

C vitamini: Tərkibində yüksək miqdarda C vitamini vardır. Bu, vitamin, immun sistemini gücləndirir, dəri sağlamlığını qoruyur və sərbəst radikallara qarşı qorumanı təmin edir.

B vitaminləri: Tərkibində B qrupu vitaminləri (B1, B2, B3, B6) vardır. Beyin funksiyaları və hüceyrə metabalizması üçün gərəklidir.

Minerallar:

Potassium: Ürək sağlamlığı üçün əhəmiyyətli olan potassium, feyxoa meyvəsində bol miqdarda olur. Qan təzyiqini tənzimləyir və əzələ funksiyalarını dəstəkləyir.

Kalsium: Sümük sağlamlığını qorumaq üçün gərəkli olan kalsium mövcuddur.

Maqnezium: Sinir sistemi sağlamlığı və əzələ funksiyaları üçün əhəmiyyətli olan maqnezium da feyxoa meyvəsində mövcuddur.

Antioksidantlar:

Tərkibində polifenollar və flavonoidlər kimi güclü antioksidantlar vardır. Bu antioksidantlar, sərbəst radikalların səbəb olduğu hüceyrə zədələnməsinin qarşısını alır və xroniki xəstəliklərin riskini azaldır.

Lif:

Tərkibində yüksək miqdarda pəhriz lifi vardır. Həzm sistemini dəstəkləyir, qəbizliyin qarşısını alır və bağırsaq sağlamlığını qoruyur.

Feyxoanın faydaları:

İmmun sistemini gücləndirir: Tərkibində yüksək miqdarda C vitamini mövcuddur. İmmun sistemini gücləndirir. C vitamini, qan hüceyrələrinin istehsalını artırır və infeksiyalara qarşı qoruma təmin edir. Vücudu sərbəst radikallara qarşı qoruyur.
Feyxoanın faydalarıHəzm sistemini dəstəkləyir: Yüksək lif tərkibi bağırsaq hərəkətlərini tənzimləyir və qəbizliyin qarşısını alır. Bağırsaq florasını tənzimləyir.

Ürək sağlamlığını qoruyur: Ürək üçün vacib olan potassium və maqnezium kimi minerallar vardır. Maqnezium ürək ritmini tənzimləyir, əzələ funksiyalarını dəstəkləyir. Ürək xəstəlikləri riskini azaldır.

Çəki nəzarətinə kömək edir: Aşağı kalorili meyvə olduğu üçün çəki nəzarətinə kömək ola bilir. Tərkibində yüksək lif, toxluq hissi təmin edir, həddindən çox yemək istəyini azaldır.

Dəri sağlamlığını qoruyur: Dəri sağlamlığ üçün faydalıdır. Kollagen istehsalını artırır. Dərini sərbəst radikalların sərbəst olduğu zədələnmələrdən qoruyur.

Beyin funksiylarını dəstəkləyir: B qrupu vitaminləri sayəsində beyin funksiyalarını tənzimləyir. Bu vitaminlər sinir sistemi sağlamlığını qoruyur və funksiyaları yaxşılaşdırır. Antioksidantlar beyin hüceyrələrini oksidatif stresə qarşı qoruyur.


DOKTORINFO.AZ
Sağlam Qida       Tarix: 19 oktyabr 2024

Oxşar xəbərlər

Laktozasız südün faydaları

Süd və süd məhsullarının sağlam qidalanma adına önəmli olduğu qeyd edilir, ancaq laktoza intoleransı, süd və süd məhsullarına qarşı allergiyası olanlar heyvan mənşəli südlər istifadə etmirlər. Laktozasız süd nədir?. Digə

İtburnunun faydaları və zərərləri

İtburnu xalq arasında xüsusilə bitki çayı kimi sevilərək içilir. Qrip və buna bənzər qış xəstəliklərinə qarşı qalxan rolunu oynayır. Bu bitki həmçinin tənəffüs yolu xəstəliklərinə qarşı olduqca faydalıdır. Payız-qış aylarınd

Qaraciyərə faydalı qidalar

Qaraciyər, vücudun ən böyük orqanı olması ilə yanaşı özünü yeniləyə bilən tək orqan olması ilə həyati əhəmiyyət kəsb edir. Qarın boşluğunun sağ üstündə yer alır. xəbər verir ki, qaraciyərin funksiyasını normal yeriyə yetirməs

Ən yaxşı vitamin kompleksi hansıdır? - Bunları bilmək vacibdir

Düzgün qidalanmağa diqqət yetirən birisinizsə, vacib vitamin və minerallar tərkibli qidaları yemək haqqında müəyyən qədər fikriniz ola bilər. Vitaminlər və minerallar sağlamlıq üçün gərəklidir və düzgün qidalanmaq vücudunuzu

Portağal və qabığının faydaları

Portağal, soyuq aylarda xəstəliklərə qarşı qoruyucu bir çox xüsusiyyəti, yayda sərinləşdirici özəlliyi ilə faydalı meyvələr arasında yer alır. Portağal və qabığının faydalarından xəbərdar olmaq istəyirsinizsə məqaləni sonadə

Xurmanın faydaları və zərərləri

Xurma, tünd rəngi olan və ağacda yetişən meyvədir. Daha çox isti və quru iqlim olan sahələrdə yetişir. İnsan sağlamlığı üçün çox faydalıdır. Yüksək qida dəyəri, normal doğuşu asanlaşdırması və antioksidant təsiri olaraq bilinir

Çuğundurun faydaları və zərərləri

Çoxlu şəfası mövcud olan çuğundur, həftədə ən az bir dəfə istifadə edildiyi zaman daxili orqanların qocalmasını dayandırır, hüceyrə zərərinin qarşısını alır və immuniteti gücləndirir. məlumat verir ki, mütəxəssislər, qırmız

E vitamininin faydaları

E vitamini, vücudun gündəlik funksiyalarının yerinə gətirə bilməsi üçün gərəkli olan tokoferol olaraq da adlandırılan təməl vitamin növlərindən biridir. xəbər verir ki, A, D, K vitaminləri kimi E vitamini də yağda həll olu

Kompüter arxasında çalışanlar nece qidalanmalıdırlar?

Hazırda kompüterlə iş yetəri qədərdir. Ancaq kompüterin insan sağlamlığına eləcə də gözlərə və beyinə zərəri olduqca çoxdur. xəbər verir ki, kompüterlə işləmək beyin fəaliyyətini artıran işlərdən hesab edilir. Az məluma


masaj yuxuda babasil mualicesi mede agrisi boyrek agrisi cinsi xestelikler
masaj
is elanlari