Badamın faydaları

Badamın faydalarıTərkibi bir çox vitaminlərlə zəngin olan badamın faydaları tükənməzdir.

Doktorinfo.az xəbər verir ki, ləzzəti ilə bir çox insan tərəfindən bəyənilərək yeyilir və həmçinin hazırlanan şirniyyatlarda istifadə edilir.Gündə 25 ədəd çiy olaraq yeməyiniz tövsiyə edilir.

Bes badamin faydalari nelerdir?

E vitamini deposudur

Günəşdən gələn ultrabənövşəyi şüalar ilə oksidatif stress dəriyə mənfi təsir göstərərək qocalmağa səbəb olur. Badamda mövcud olan E vitamini, antioksidant tərkibi ilə sərbəst radikallarla mübarizə edərək dərini qoruyur.

Mənfi xolesterinə qarşı mübarizə aparır

Qanda mənfi xolesterin səviyyəsinin yüksək olması ürək-damar xəstəlikləri riskini artırır. Damar sərtliyi yaradır. Bu da infarkt, insult kimi vəziyyətlərə yol açır. Badamın tərkibindəki E vitamini sayəsində damar sərtliyinin qarşısı alınır. Hər gün təxminən 20 ədəd çiy badam yemək mənfi xolesterini aşağı salır.

Tox tutur

Yağ, posadanla zəngin olduğu üçün tox tutma xüsusiyyəti vardır. Qan şəkərini tənzimləyir, qəbizliyin qarşısını alır.

Təzyiqi tənzimləyir

Vücudda maqnezium əksikliyinin qarşısını alır. Bu da təzyiqin həddində saxlanılmasına dəstək olur.
Badamın faydalarıBağırsaqların fəaliyyətini tənzimləyir

Yağlı qidalar bağırsaqlardakı əzələlərin daralıb genişlənməsinə yardım edərək bağırsaqların funksiyalarını tənzimləyir. Tərkibindəki yağlar sayəsində qəbizlik üçün faydalıdır.

Kalsium və maqnezium sümükləri gücləndirir

Güclü sümüklər üçün kalsium və maqnezium istifadəsi vacibdir. İrəliki zamanda sümük əriməsi kimi halların qarşısını almağa kömək edir.

Ət yeməyənlər üçün əla seçim

Xüsusilə süd və qatıq istifadə etməyən insanların badamdan istifadəsi, maqnezium və kalsium əksikliklərinin bərpasında xüsusi rol oynayır. Qlütensiz qidalanan insanlar üçün də badam alternativ seçimdir.

Xərçəngə qarşı qoruyur

Çəkini nəzarətdə saxlayır. Antioksidant tərkibi ilə xərçəngə qarşı qalxan rolunu oynayır. Xüsusilə bağırsaq xərçənginə qarşı mühafizə edir.

Bundan başqa:

Sinir sistemini gücləndirir

Zehni yorğunluğun qarşısını alır

Enerji verir

Böyrəklər üçün faydalıdır

Xolesterini tənzimləyir

Sümükləri gücləndirir

Ürək xəstəliklərinin düşmənidir. Ürəyin funksiyaları daha sağlam formada yerinə yetirməsinə kömək edir.

Qan şəkərini tənzimləyir.
Badamın faydaları hamiləlikdə badamın faydaları

Fol turşusu hamiləlik zamanı bütün həkimlərin tövsiyəsidir. Bu, uşağın ana bətnində inkişafı üçün zəruridir. Badam isə fol turşusu ilə zəngindir.
Çiy badam tərkibi ilə dəri üçün olduqca faydalıdır. E vitamini ilə zəngin olan badam dəri hüceyrələrinin yenilənməsində vacib rol oynayır. Dəri qüsurlarının qapanmasında mühüm əhəmiyyətə malikdir.

Qeyd edək ki, suda saxlanmış badamlar təbiətin təbii möcüzəsidir. Belə ki, bu formada badam E vitamini, maqnezium, sink, kalsium, omage 3 kimi vitaminlər və minerallar baxımından olduqca zəngindir. Bundan başqa, qabıqlarında cücərmənin qarşısını alan bir ferment daşıdığına görə badamlar suda saxlanarkən cücərmədən kifayət qədər suyu çəkə bilir. Su da bu fermenti aktiv hala gətirir. Orqanizm isladılmış badamı asanlıqla həzm edir və orqanizmə təsirləri aktiv hala gəlir.


DOKTORINFO.AZ
Sağlam Qida       Tarix: 22 oktyabr 2024

Oxşar xəbərlər

Kartof qabığının faydaları

Kartof insan orqanizmi üçün faydalı tərəvəz hesab edilir. Aparılan araşdırmalara görə, kartofun özü qədər də qabıqları da faydalıdır. Bəs kartof qabığının faydaları nələrdir?. Kartof qabığının çayından istifadə edərək bi

Qozun faydaları və zərərləri

Qoz, hər zaman "beyin yeməyi" olaraq qəbul edilir. Bəlkə quruluşunun da beyinə bənzəmə səbəbi budur. Yağ, protein və lif qaynağıdır. Ürək və sümük sağlamlığını qoruyur və uyğun çəkidə qalmağa kömək edir. Bir ovu

Quava meyvəsi faydaları

Orta Amerika, Hindistan başda olmaq üzrə bir çox tropikal və subtropikal bölgədə yetişən quava meyvəsi, quava ağacından əldə edilən qabıqlı bir meyvədir. Oval formalı, rəngi açıq yaşıl və ya sarıdır. xəbər verir ki, antioksidan

Bəhməzin faydaları

Bəhməzin insan vücuduna bir çox faydası mövcuddur. xəbər verir ki, qatqı maddəsi olmayan bəhməzlər istifadə edildiyi zaman boğazda yanma yarada bilər. Mütəmadi istifadə edildiyi zaman piylənmə, qadın xəstəlikləri, qansızlıq

Çobanyastığı çayının faydaları

Çobanyastığı çayı, bu bitkinin çiçəklərinin qurudulması nəticəsində əldə edilən və vücuda müxtəlif faydaları olan içkidir. xəbər verir ki, antioksidant xüsusiyyəti ilə ürək-damar xəstəlikləri ilə yanaşı müxtəlif xəstəliklər

Darçının bilmədiyiniz faydaları və zərərləri

Bir çox ədviyyatlar kimi darçının da insan sağlamlığı üçün faydaları bitib tükənməzdir. Cinnamomum adı verilən ağacların iç qabıqlarından əldə edilir. Gözəl qoxusunu və dadını verən isə yağıdır. Bu yağda sinnameldehit adlandırıla

Əncirin faydaları nələrdir?

Yumşaq və şirin əncir bir çox ləzzətli və ya şirin reseptlərdə təqdim olunan meyvədir. xəbər verir ki, əncir antioksidantlar, minerallar və liflə zəngindir. Araşdırmalara əsasən, əncirin həm qurudulmuş, həm də təzə formad

İtburnunun faydaları və zərərləri

İtburnu xalq arasında xüsusilə bitki çayı kimi sevilərək içilir. Qrip və buna bənzər qış xəstəliklərinə qarşı qalxan rolunu oynayır. Bu bitki həmçinin tənəffüs yolu xəstəliklərinə qarşı olduqca faydalıdır. Payız-qış aylarınd

Orqanizmi xərçəngdən qoruyan qidalar

Düzgün qidalanma xərçəng hüceyrələrinin böyüməsini dayandıra bilər. . xəbər verir ki, hər təbii qidaların faydaları olduqca çoxdur. Sadəcə bəzi qidalar var ki, onlar insan orqanizmini xərçəng xəstəliyindən müdafiə edir. Xərçəngdə


masaj yuxuda bogaz agrisi hamilelik testi boyrek agrisi cinsi xestelikler
masaj
is elanlari