Qəhvə içmək faydalıdır ya zərərli?

Qəhvə içmək faydalıdır ya zərərli?Qəhvənin tərkibində yüksək kafein mövcuddur. Bu səbəbdən gündəlik həddindən çox istifadəsi sağlamlıq problemlərinə yol aça bilər. Yuxu problemindən tutmuş vücudda su itkisinə qədər bir çox narahatçılıqlar yaşana bilər.

Doktorinfo.az xəbər verir ki, sağlam insan gündəlik iki fincan qəhvə içməlidir.

Türk qəhvəsinin faydaları nələrdir?
Qəhvə içmək faydalıdır ya zərərli?Ən çox istifadə edilən içkilər arasında yer alan qəhvə, antioksidant xüsusiyyəti ilə insan vücudundakı xəstəliklərə qarşı immunitet sistemini gücləndirir. İnsan vucudundaki digər yararları aşağıdakı kimidir:

Xərçəng riskini azaldır – Gündə müntəzəm olaraq 2 fincan qəhvə içmək bağırsaq, süd vəzi və rektum, qalın bağırsaq, qırtlaq və qida borusu xərçənginə tutulmaq riskini azaldır.
Həzm sisteminə kömək edir – Maddələr mübadiləsini sürətləndirərək həzm sisteminin müntəzən çalışmasına və çəki verməyə kömək olur.

Zehni geriləməyə qarşı qoruyur – Yaddaşı gücləndirir və altsheymer xəstəliyi kimi müəyyən nevroloji vəziyyətlərə qarşı qoruyur.

Stresi azaldır – Gündəlik istifadəsi çox olmadan içsəniz depressiyaya tutulmaq riskini və stresi azaldır.

Diqqət əksikliyini aradan qaldırır – İçərisində mövcud olan kafein, diqqət əksikliyini aradan qaldırmağa kömək edir.

Dəri sağlamlığı üçün faydalıdır – Antioksidantdır. Bunun sayəsində dərinin qocalmağını gecikdirir.
Qəhvə içmək faydalıdır ya zərərli?Enerji səviyyəsini artırır – Bol miqdarda mövcud olan kafein, oyanıqlığı artırır və enerji səviyyəsini yüksəldir.

Qaraciyəri qoruyur – Yaglanmagin qarşısını alır və sirroz xəstəliyinə qarşı tutulmaq riskini də azaldır.

Demans, parkinson kimi xəstəliklərin yaranma riskini azaldır – Bu növ xəstəliklər 65 yaş və üzəri şəxslərdə görülən problemlərdir. Bilinən dəqiq müalicə növü olmayan xəstəliklərdə sağlam qidalanma və bəzi qida növlərinin müntəzəm olaraq istifadəsi, digər bir çox xəstəlik növüylə müqayisədə əhəmiyyət kəsb edir. Altsheymer xəstəliyinin görülmə ehtimalının 65% qədər azalda bilər. Parkinson xəstəliyinin görülmə ehtimalının isə 30-60% azalda bilər. Buna dair araşdırmalar mövcuddur.

Həmçinin aparılan araşdırmalara görə, müntəzəm olaraq qəhvə və çay qəbul edən insanlarda hipertoniya, insult, şəkərli diabet və koroner ürək xəstəliyi kimi kardiometabolik pozğunluqların inkişaf riski əhəmiyyətli dərəcədə azalır.

Qeyd edək ki, kofein qəbul edənlər qan testlərində aşağı xolesterol və insulin müqaviməti əlamətləri göstəriblər. Bununla yanaşı araşdırmalara görə, qəhvə və çayın ürək-damar sağlamlığının qorunmasında mühüm rol oynaya bilər. Ancaq həddində içilməsi məqsədəuyğundur. Əks halda faydalıykən orqanizmdə problemlərin yaranmasına səbəb ola bilər.

Bəs qəhvənin zərərləri nələrdir?

Beyin sağlamlığını təhdid edir – Çox istifadə edən şəxslərin beyinlərindəki qan hüceyrələri risk altındadır. Çox istifadə zamanı baş ağrısı ortaya çıxır.

Yüksək təzyiq riskini artırır – Kafein, ürək döyüntü sürətini artıran bir maddədir. Qəhvə gün içində bol miqdarda istifadə edildiyində təzyiqi yüksəldir və xronik hala gətirir.

Ürək xəstəliklərini artırır – İçərisində mövcud olan kafein səbəbiylə gün ərzində çox artıq qəhvə içənlərin infarkt keçirmə riski daha yüksəkdir.

Şəkər xəstəliyinə səbəb ola bilər – Yeməkdən dərhal sonra istifadə edildiyi zaman xüsusilə şəkərli olaraq içilərsə vücuddakı qan şəkəri miqdarını yüksəldə bilər. Yüksək qan şəkəri də zamanla şəkər xəstəliyinə səbəb olur.
Qəhvə içmək faydalıdır ya zərərli?İmmunitet sistemini zəiflədir – Vücuda gerekdiyinden artıq miqdarda kafeinin daxil olması, vücuddakı vitaminlərin azalmasına səbəb olur. Vitaminlərin azalması ilə birlikdə vücudun gücü düşür və immunitet sistemi zəifləyir.

Yuxu rejimini pozur – Çox istifadə edildiyində sinir hüceyrələrini xəbərdar etdiyi üçün yuxuya getməkdə dəyişikliklər yarada bilər. Qəhvənin zərərini görməmək üçün həddində istifadə edilməlidir.


DOKTORINFO.AZ
Sağlam Qida       Tarix: 21 oktyabr 2024

Oxşar xəbərlər

Əncirin faydaları nələrdir?

Yumşaq və şirin əncir bir çox ləzzətli və ya şirin reseptlərdə təqdim olunan meyvədir. xəbər verir ki, əncir antioksidantlar, minerallar və liflə zəngindir. Araşdırmalara əsasən, əncirin həm qurudulmuş, həm də təzə formad

Kartof qabığının faydaları

Kartof insan orqanizmi üçün faydalı tərəvəz hesab edilir. Aparılan araşdırmalara görə, kartofun özü qədər də qabıqları da faydalıdır. Bəs kartof qabığının faydaları nələrdir?. Kartof qabığının çayından istifadə edərək bi

Narın faydaları və zərərləri

Nar, ləzzəti və görüntüsü ilə bir çox qida və salatlarda istifadə edilir. Sağlamlıq cəhətdən isə olduqca faydalıdır. Güclü antioksidantdır və bir çox xəstəliyə qarşı qoruyucu xüsusiyyəti mövcuddur. xəbər verir ki, tərkibind

Orqanizmi xərçəngdən qoruyan qidalar

Düzgün qidalanma xərçəng hüceyrələrinin böyüməsini dayandıra bilər. . xəbər verir ki, hər təbii qidaların faydaları olduqca çoxdur. Sadəcə bəzi qidalar var ki, onlar insan orqanizmini xərçəng xəstəliyindən müdafiə edir. Xərçəngdə

Mixəyin faydaları və zərərləri

Kiçik və odunabənzər quruluşu olan mixəyin insan sağlamlığı üçün bir çox faydaları var. xəbər verir ki, həzm sistemini tənzimləyən mixək, eyni zamanda ağız gigiyenasında da istifadə edilir. Kəskin dadı olan mixək, xoş qoxus

Çia toxumunun faydaları və zərərləri

Çia toxumu, Amerika bitkisidir. Kiçik, qara və ya ağ rəngli toxumlar formasındadır. Tərkibində yüksək miqdarda lif ilə Omega 3 mövcuddur. Yüksək lif miqdarı ilə həzmi asanlaşdırır və toxumlar şişərək uzunmüddətli toxluq hiss

İtburnunun faydaları və zərərləri

İtburnu xalq arasında xüsusilə bitki çayı kimi sevilərək içilir. Qrip və buna bənzər qış xəstəliklərinə qarşı qalxan rolunu oynayır. Bu bitki həmçinin tənəffüs yolu xəstəliklərinə qarşı olduqca faydalıdır. Payız-qış aylarınd

İvan çayın faydaları

Tibdə yayğın olaraq istifadə edilən bitki növüdür. Daha çox Rusiya və Avropada populyar olaraq istifadə edilir. İvan çayı fermentə edilmiş dar yarpaklı yangel yarpaqlarından əldə edilir. xəbər verir ki, bu bitki ferment

Xurmanın faydaları və zərərləri

Xurma, tünd rəngi olan və ağacda yetişən meyvədir. Daha çox isti və quru iqlim olan sahələrdə yetişir. İnsan sağlamlığı üçün çox faydalıdır. Yüksək qida dəyəri, normal doğuşu asanlaşdırması və antioksidant təsiri olaraq bilinir


masaj yuxuda boyrek agrisi dis agrisi babasil mualicesi sekis
masaj
is elanlari