Əncir qurusunun faydaları və zərərləri

Əncir qurusunun faydaları və zərərləriƏncir qurusu, vitamin və mineral baxımından zəngin qida qaynağıdır. İnsanlar tərəfindən bol şəkildə istifadə edilir. Əncirin tez yeyilməsi uyğundur, çünki tez xarab olan meyvədir. Ancaq qurudulmuş ənciri uzunmüddətli istifadə etmək mümkündür.

Doktorinfo.az xəbər verir ki, əncir qurusunun faydaları arasında, qəbizlik, həzm problemləri də yer alır. Sağlamlıq cəhətdən bir çox faydası olan əncir qurusu, diabet, öskürək, bronxit və astma müalicəsində istifadə edilir.

Əncir, təbii şəkər, minerallar, lif baxımından zəngindir. Həmçinin potasium, kalsium, maqnezium, dəmir kimi minerallar mövcuddur.

Əncir qurusunun terkibinde hansi vitaminlər var?

Əncir qurusunun yüksək miqdarda protein, karbonhidrat, kalsium, K vitamini, potasium, dəmir, maqnezium tərkibli qida dəyəri vardır.

Əncir qurusunun içərisində yer alan vitamin və minerallar aşağıdakı formadadır:

A vitamin

B vitamin

C vitamin

K vitamin

Kalsium

Potasium

Dəmir

Fosfor

Maqnezium
Əncir qurusunun faydaları və zərərləriBəs əncir qurusunun faydaları nələrdir?

Bir çox xəstəliklərə qarşı qoruyucu qalxandır. Ürək-damar xəstəliklərinə, həzm sistemi və dəri problemlərinə qarşı effektlidir.

Antioksidant tərkibi ilə immuniteti gücləndirir

Xəstəliklərə qarşı orqanizmin gücünü artırır

Qan təzyiqini tənzimləyir

Qəbizlik kimi həzm sistemi problemlərini ortadan qaldırır

Toxluq hissi verir, arıqlamağa kömək olur

Güclü kalsium xüsusiyyəti ilə sümük sağlamlığını qoruyur

Bağırsaq xərçəngi riskini azaldır

Saçları gücləndirir, parlaqlıq verir

E vitamini sayəsində qan şəkərini tənzimləyir.
Əncir qurusunun faydaları və zərərləriƏncir qurusunun zərərləri varmı?

Çox faydalı olsa da hər qida kimi çox istifadə edildiyi zaman bəzi problemlərə yol aça bilər. Gündəlik istifadə miqdarı 2-3 arasındadır. Ara yemək olaraq və ya səhər yeyilməyi tövsiyə edilir. Çox istifadə zamanı vücudun yağlanmasına və diabet xəstələrində şəkər səviyyəsinin yüksəlməsinə gətirib çıxarır.

Əncir bağırsaq hərəkətlərini sürətləndirən qida olduğu üçün normadan artıq istifadə edildiyi zaman ishal kimi problem yarana bilir. Bəzi insanların əncirə qarşı allegiyası ola bilir. Bu kimi vəziyyətin öncədən müəyyən edilə bilməsi üçün test edilir və problemlərin qarşısı alınır.

Öskürək üçün əncirli südü necə hazırlamaq lazımdır?

Ümumiyyətlə əncir tərkibindəki vitaminlər sayəsində sinəni yumşaldaraq soyuqdəymə zamanı yaranan problemləri aradan qaldırır. Bronxit və öskürək kimi sağlamlıq problemlərində, bəlğəmli öskürək zamanı çox faydalıdır. Bunun üçün iki su stəkanı çiy südün içərisinə 2 ədəd əncir qurusu doğranılmalıdır. Qazda 20-30 dəqiqə qaynatdıqdan sonra, isti halda içilməlidir. Bu qarışımı vəziyyətdən asılı olaraq gün ərzində 2 dəfə qəbul etmək olar.

Qeyd edək ki, əncirli süd boğaz ağrısı üçün də olduqca faydalıdır. Süd içə bilməyənlər tək əncir qurusunu da yeyə bilərlər.
Gün ərzində 3 ədəd quru əncir yemək tövsiyə edilir.


DOKTORINFO.AZ
Sağlam Qida       Tarix: 18 oktyabr 2024

Oxşar xəbərlər

Qaraciyərə faydalı qidalar

Qaraciyər, vücudun ən böyük orqanı olması ilə yanaşı özünü yeniləyə bilən tək orqan olması ilə həyati əhəmiyyət kəsb edir. Qarın boşluğunun sağ üstündə yer alır. xəbər verir ki, qaraciyərin funksiyasını normal yeriyə yetirməs

Çia toxumunun faydaları və zərərləri

Çia toxumu, Amerika bitkisidir. Kiçik, qara və ya ağ rəngli toxumlar formasındadır. Tərkibində yüksək miqdarda lif ilə Omega 3 mövcuddur. Yüksək lif miqdarı ilə həzmi asanlaşdırır və toxumlar şişərək uzunmüddətli toxluq hiss

Kartof qabığının faydaları

Kartof insan orqanizmi üçün faydalı tərəvəz hesab edilir. Aparılan araşdırmalara görə, kartofun özü qədər də qabıqları da faydalıdır. Bəs kartof qabığının faydaları nələrdir?. Kartof qabığının çayından istifadə edərək bi

Zəncəfilin faydaları və zərərləri

Zəncəfil, qış aylarında daha çox istifadə edilən, şəfa deposudur. Bir çox vitamin və minerallarla zəngindir. Soyuqdəymə, ishal, mədə bulantısı kimi həzm sistemi problemləri zamanı faydalıdır. İmmunitet sistemini gücləndirir

Zoğalın faydaları

Zoğal insan orqanizmi üçün faydalı olan qidalardan biridir. xəbər verir ki, dadı ilə bəziləri sevməsə də sağlamlıq üçün olduqca yeyilməsi vacib olan meyvələrdən biridir. Təbii antioksidant olan zoğalın faydaları nələrdir?

Kivinin faydaları və zərərləri

Qış aylarında çox istifadə edilən meyvələrdən biri olan kivi, C və K vitamini cəhətdən olduqca zəngindir. Kivinin faydalarından bəhs edərkən sağlamlıq cəhətdən olduqca yararlı meyvə olması diqqətə çatdırılmalıdır. Tərkibind

Əncirin faydaları nələrdir?

Yumşaq və şirin əncir bir çox ləzzətli və ya şirin reseptlərdə təqdim olunan meyvədir. xəbər verir ki, əncir antioksidantlar, minerallar və liflə zəngindir. Araşdırmalara əsasən, əncirin həm qurudulmuş, həm də təzə formad

D vitamini qəbulu nə üçün vacibdir?

Sağlam sümükləri qorumaq üçün D vitamini olduqca faydalıdır. xəbər verir ki, bunun əsas səbəbi sümüyün ilk olaraq dayağı olan kalsium ancaq bu vitaminin varlığında vücud tərəfindən sovrulmasıdır. Günəş işıqlarının, dəridək

İvan çayın faydaları

Tibdə yayğın olaraq istifadə edilən bitki növüdür. Daha çox Rusiya və Avropada populyar olaraq istifadə edilir. İvan çayı fermentə edilmiş dar yarpaklı yangel yarpaqlarından əldə edilir. xəbər verir ki, bu bitki ferment


masaj yuxuda mede agrisi tecili yardim goz hekimi bogaz agrisi
masaj
is elanlari