Sarımsaqla qurd müalicəsi

Sarımsaqla qurd müalicəsiQurd problemi hər yaş qruplarında görülə bilir. Qıl qurdu isə ən geniş yayılan növüdür.

Doktorinfo.az xəbər verir ki, 5 ilə 14 yaş arasındakı usaqlarda daha çox müşahidə edilir.
Yoluxucu xəstəlik olsa da öldürücü deyil. Bəzi xəstələrdə müalicə edilmədiyi təqdirdə problemlərə yol aça bilər. Qıl qurdu bağırsaq paraziti olaraq bilinir. Bu xəstəlikdə əsas məsələ gigiyenik təmizlikdən keçir. Yataq örtükləri, iç geyimlər yaxşı yuyulub ütülənməlidir.

Bəs qıl qurdunun olmasını necə öyrənə bilərsiniz?

Qıl qurdunun elametleri:

Anus ətrafında qaşıntı – Bu nahiyəyə qurd yumurtalarını buraxır və bu yumurtalar şiddətli qaşıntıya yol açır. Adətən gecə saatlarında daha kəskin formalı olur. Yatarkən narahatçılıqlar yaradır. Dəridə problem yarada bilər.

Vaginal axıntı – Vaginada qaşıntı və axıntılara yol aça bilər.

Bəzən qarın ağrısı və mədə bulantısı da müşahidə edilə bilir.
Qıl qurdu bağırsaqlarda yerləşərək infeksiyalara yol açar.

Xalq təbabətindən istifadə edərək bu qurdlardan necə xilas olmaq olar?

Sarımsaqla qurd mualicesi:

1 xörək qaşığı vazelin

3 diş sarımsaq

Hazırlanması:

3 diş sarımsaq yaxşıca əzilir. 1 xörək qaşığı vazelin ilə qarışdırılır. Burada vacib olan əlcək və ya əllərinizi ən az şəkildə təmas etdirərək qaşınan nahiyəyə tətbiq etməkdir. Bu qaşıntını sakitləşdirir, uyuşuqluq hissi verə bilər.

Bu qarışım hər gecə yatmazdan öncə qaşınan nahiyəyə tətbiq edə bilərsiniz.

Sirkə də qurd üçün olduqca təsirli üsullardan biridir. 1 litr suyun içərisinə 1 çay stəkanı alma və ya üzüm sirkəsini əlavə edib hər tualetə getdiyiniz zaman təmizlənən zaman istifadə edə bilərsiniz.

Möcüzəvi sarımsaq və sirkə qarışımı:
Sarımsaqla qurd müalicəsiAlternativ tibdə uzun müddət istifadə edilən qıl qurduna qarşı müalicəedici xüsusiyyəti olan bu qarışım ən tesirli təbii üsullardan hesab edilir. Hazırlamaq olduqca asan və təsirlidir. Təmizliyə riayət olunmalıdır.

Lazımdır:

1 butulka alma sirkəsi

Bir neçə diş sarımsaq

Hazırlanması:

İlk olaraq bir butulkanı alma sirkəsi ilə doldurun və içərisinə sarımsaqları qoyun. Butulkanı 10 gün ərzində rəfdə saxlayın. 10 gündən sonra hazırladığınız qarışımı süzüb hər gün bir stəkan için. 10 gündən artıq istifadə etməyin. 3-4 gün ara verdikdən sonra təkrar başlaya bilərsiniz.

Uşaqlarda isə problemlə bağlı ilk olaraq pediatra müraciət edib məsləhətləşməyiniz tövsiyə edilir.


DOKTORINFO.AZ
Xalq Təbabəti       Tarix: 18 avqust 2026

Oxşar xəbərlər

Saç tökülməsinin təbii yollarla müalicəsi

Saç tökülməsi ən çox görülən problemlərindən biridir. Hər bir insan həyatının bir dönəmində saç tökülməsi ilə qarşılaşa bilər. Saç kökləri zəiflədikdə tökülmə başlayır. məlumat verir ki, gündə 80-100 tel saç tökülməsi norma

Qaraciyəri sağaldan qarışım

Qaraciyər problemləri müşahidə edilən xəstəliklər sırasındadır. xəbər verir ki, xalq təbabəti üsulu ilə də qaraciyərinizin funksiyalarını normada saxlaya bilərsiniz. Çünki nəzarətsiz istifadə edilən hər qida qaraciyər orqanın

Qış çayı ilə xəstəliklərdən necə qorunmalı?

Soyuq qış günlərində içilən isti içkilər arasında yer alan xüsusi çay növüdür. Adətən bitki çayları, ədviyyatlar, maye parçaları və digər təbii qidaların qarışımından əldə edilir. xəbər verir ki, qıs caylari, isti içki növün

Böyrəkləri təmizləyən reseptlər

Böyrək insan orqanizmi üçün vacib orqandır. Vücudu zərərli toksinlərdən təmizləyir. xəbər verir ki, böyrəkləri çox yükləmək də doğru deyil. Toksin və ziyanlı maddələri orqanizmdən temizlemek üçün təbii vasitələrdən də istifad

Kamforanın faydaları

Kamfora bir çox problem zamanı istifadə edilən, əksər evdə mövcud olan cövhərdir. Kəskin qoxuya sahibdir. Həmçinin efir yağları ilə zəngindir. xəbər verir ki, kamforanın tərkibində həm yağ, həm də spirt məhlulu mövcuddur

Qaşınmanın təbii yolla müalicəsi

Bədən qaşıntısı insanı narahat edən duyğulardan biridir. məlumat verir ki, qaşıntının birdən çox səbəbi ola bilər. Orqanizmdə bir neçə sinir ucluqları var və onların həyata keçirdikləri funksiyalar müxtəlifdir. Bəzi sini

Daban ağrısının təbii müalicəsi

Daban ağrısı, yeriyişə, duruşa, vücudun hərəkətlərinə təsir göstərən problemdir. Ayaq əzələlərində, oynaqlarda və sümüklərdə meydana çıxan problemlər səbəbilə ayaq dabanında ağrı yarana bilər. məlumat verir ki, ayaq dabanınd

Soğan qabığı çayının möcüzəvi faydaları

Təbiətdə elə tərəvəzlər yetişir ki, həm özü həm də qabığı olduqca faydalıdır. Belə nemətlərdən biri isə soğandır. xəbər verir ki, aparılan araşdırmalara görə, soğan qabığının bilinməyən bir çox faydaları müəyyən edilib. Bel

Ayaq ağrısı üçün maz - Reseptlər

Ayaq agrilari bir çox insanın ortaq problemidir. Səbəbi isə müxtəlifdir. məlumat verir ki, fiziki gərginlikdən qaynaqlanan ayaq ağrıları daha çoxdur. Bu səbəbdən ayaq ağrıları zamanı həkimə müraciət etmək vacibdir. Müalicələrd


masaj yuxuda mede agrisi tecili yardim hamilelik testi cinsi xestelikler
masaj
is elanlari