Papilloma xəstəliyi

Papilloma xəstəliyiHPV, insanlar arasında olduqca yayğın olan, əksər insanda problemə yol açmasa da bəzi insanlarda genital ziyil və xərçəngə səbəb ola bilən virusun adıdır.
Bu virus dəriyə təsir göstərir.

Doktorinfo.az xəbər verir ki, bir çox tipi ağız, boğaz və genital nahiyəyə təsir göstərir. Həmçinin ortaq əşya istifadəsi, cinsi münasibət zamanı da yoluxma ehtimalı yüksəkdir. Yoluxan insanda hansısa simptomlar olmaya bilər. Bunu bilmək üçün bəzi analizlər verilməlidir.

Adətən infeksiya 2 il ərzində özlüyündən keçə bilər.

Ancaq bəzi növləri isə aşağıdakı problemlərə yol aça bilər:

Genital ziyil

Vaginal xerceng

Bəzi baş və boyun xərçəngi

Qırtlaq xercengi və s.

Papillomanın diaqnozu

Zərərli olub-olmaması üçün ziyillərdən nümunə götürülə bilər. 30-65 yaş arası qadınlarda daha çox rast gəlinə bilir.
Dəqiqləşdirmək üçün yaxma analizi götürülür. Aparılan müayinə smear(smir) testi adlanır.

100-dən çox növü mövcuddur. Xərçəng xəstəliyi yaratma baxımından iki hissəyə ayrılır. Bu xəstəliyi yaradan və yaratmayanlar sinifi olaraq fərqlənirlər.

Ən çox müşahidə edilən, yüksək risk qrupuna daxil olan HPV virus növləri:
HPV 16, 18, 31, 33, 45, 52, 58

Geniş yayılmış, riski az olan HPV növləri:
HPV 6, 11, 40, 42

Papilloma xəstəliyiAparılan araşdırmalara görə, gənc qadınlarda HPV görülmə sıxlığı 20 faizdir.
HPV testinin müsbət çıxması xərçəngsiniz mənasını vermir. Bu, xərçəng riskinin artdığını göstərir. Həmçinin bəzi hüceyrələrdə dəyişikliklərin olmasının göstəricisidir. Mütləq ginekoloqa müraciət etməlisiniz. Özlüyündə bu risk aşağı və yuxarı olaraq da siniflərə ayrılır.

Neqativ çıxarsa, bu o deməkdir ki bütün hüceyrələr tam normaldır.

Bəzi insanlar, ziyillərinin olmadığını, ancaq HPV testinin müsbət çıxdığını bildirirlər. Qeyd edək ki, bu test erkən diaqnozun qoyulması baxımından effektivdir. Bu səbəbdən 30 yaşından sonra uşaqlıq boynu xərçəngi ehtimalına görə müayinə mütləq vacibdir.

Cavabı müsbət çıxarsa bu xəstəlik nəzarətə alınmalı və müalicələrə başlanılmalıdır.

İnsan papilloma virusunun mualicesi

Müalicə cavab pozitiv çıxdıqdan sonra başlanılır. Burada əsas məqsəd HPV səbəbiylə yaranan ziyil və ya xərçəng lezyonlarını aradan götürməkdir. Müxtəlif dərmanlar, kremlərdən istifadə edilə bilər.Bundan əlavə cərrahi üsullar da mövcuddur. İlk bir il ərzində immun sisteminin güclənməsi səbəbiylə vücuddan təmizlənə bilər. Ancaq bəzi insanlarda immun sistemi bu virusu təmizləyə bilmir və qalıcı infeksiya yaranır.
Papilloma xəstəliyiHPV-nin qalici infeksiya riskini artıran faktorlar nelerdir?

Siqaretdən istifadə

Spirtli içki qəbulu

İmmun sisteminin zəifləməsi

Düzgün qidalanmamaq

Bəs hansı faktorlar infeksiyanın təmizlənməsini asanlaşdırır?

İmmun sisteminin güclü olması

Düzgün yuxu rejimi

Düzgün qidalanma

İnsan papilloma virusunun tebii yolla mualicesi

Bitki tərkibli müalicələrin elmi olaraq təsdiqlənməsi vacibdir. Tibbi olaraq müalicə müddətində dəstək cəhətdən xəstələrin istifadə edə biləcəyi bitki tərkibli müalicələr mövcuddur.
Bunlardan ən çox bilinən və günümüzdə ən çox elmi çalışmalar nəticəsində təsdiq olunan birləşmə AHCC-dir. Vitamin C, vitamin B12, Folat (Vitamin B9) və yaşıl çay ekstraktı üzərində çalışmalar edilib. Bunların məqsədi bu virusu bədəndən təmizləməkdir.

B9 və B12 vitamini

Folat və B12 vitamini hüceyrələrimizin içində yer alan qırmızı hüceyrələrin istehsalına yardım edir.

Aparılan araşdırmalara görə, folat və B12 vitamininin bu xəstəliyə yoluxma riskini azaltdığı məlum olub.

C vitamini – vücudda bir çox önəmli vəzifəsi vardır, ancaq ən çox immun sisteminə yardım edir. Hansısa bir vitaminin HPV və buna bağlı rəhm ağzı xərçəngi riskini təsirli formada azaldıb azaltmayacağı barədə araşdırmalar aparılıb. Bu istiqamətdə təsirli olduğu aşkar edilib.

Yaşıl çay - bu çayın sağlamlığa olan faydalarının əksəriyyətinə səbəb bitki yarpaqlarında mövcud olan maddələrdir.

İnsan papilloma virusunun səbəb olduğu xarici genital ziyillərin müalicəsi üçün yaşıl çay özlərinin istifadəsi digər bir çox bitki tərkibli bitkilərin müalicə effektindən daha yüksəkdir. Aparılan araşdırmalarda gündə 200 mq yaşıl çay ekstraktı və 10 faiz çay ekstraktı tərkibli krem istifadəsi ilə papillomanın təmizlənməsində faydalıdır.


DOKTORINFO.AZ
Xəstəliklər       Tarix: 29 oktyabr 2026

Oxşar xəbərlər

Mədə yanması: Əlamətləri və müalicəsi

Mədə yanması, yemək yedikdən sonra mədə asidinin qida borusuna geri axışı sonrası iltihablanma və zədə yaradıb sinədə meydana gətirdiyi ağrılı yanma hissidir. xəbər verir ki, bir çox səbəbləri mövcud ola bilər. Bu zaman ə

Appendisitin əlamətləri və müalicəsi

Appendisitin iltihablanması olaraq bilinən appendisit, alt qarında ağrıya səbəb olan, partlama vəziyyətində bağırsaqlardaki bakteriyaların qarın boşluğuna və oradan qan dövranına yayılması ilə nəticələnə bilən kritik mövzudur

Aritmiya nədir?

Ürək problemi olanlar, bəzən də sağlam insanlar bu problemdən əziyyət çəkirlər. Sürətli, yavaş ya da nizamsız ürək döyüntüləri ilə özünü biruzə verir. xəbər verir ki, aritmiya və ya ritm pozuntuları ürək döyüntülərinin anorma

Qızılca xəstəliyinin müalicəsi

Boğaz ağrısı, qızdırma, baş ağrısı və səpgilərlə xarakterizə edilən yoluxucu xəstəlikdir. Vücudun çox hissəsini əhatə edən parlaq qırmızı səpgi olaraq özünü göstərir. məlumat verir ki, hər qızılca xəstəliyi boğaz ağrısı v

Zob xəstəliyi: Əlamətləri və müalicəsi

Zob, qalxanvari vəzin ifraz etdiyi hormonların səviyyəsindəki balansın pozulması nəticəsində meydana çıxır. Boyunun ön alt qismində, nəfəs borusunun ətrafında mövcud olan qalxanvari vəzin böyüməsinə və şişməsinə zob deyilir

Skolioz nədir?

Skolioz onurğa sütununda yaranan əyilmədir. xəbər verir ki, uşaqlarda qamət pozğunluğu adətən boy artımı zamanı yaranır. Bu zaman digər orqanlarda da dəyişikliklər baş verir. Daha sonra isə orqanların funksional pozğunluğ

Sümük xərçənginin əlaməti

Xərçəng bir çox orqanda yarana bilən, ölümlə nəticələnən ağır xəstəlikdir. Erkən diaqnoz və müalicə bu xəstəlik zamanı həyati önəm kəsb edir. Hətta sümüklər, yumşaq toxumalarda belə yaranması mümkündür. xəbər verir ki, bəzə

Polipin təbii yolla müalicəsi mümkündür?

Poliplər, insan vücudunun müxtəlif nahiyələrində yaranan kiçik və böyük ölçüdə olan şişliklərdir. Əksər zaman xoşxassəli olurlar. Adətən dərhal hiss edilməz və görünməyi zaman alar. Bəzən isə başqa bir yoxlanış zamanı üz

Ayaq ağrılarının səbəbləri

Gündəlik həyatda ən böyük köməkçimiz olan ayaqlarımız qarmaşıq və böyük bir əzələ, sümük, tendon torundan ibarətdir. Bütün vücudu daşıyacaq qədər güclü olan ayaqlarımız bir o qədər də həssas və qırılqan quruluşa malikdirlər


masaj yuxuda goz hekimi dis agrisi bogaz agrisi babasil mualicesi
masaj
is elanlari