Ayaqda göbələk xəstəliyi

Ayaqda göbələk xəstəliyiAyaqda göbələk problemi, ayaqlarda qaşıntı və parlaq qırmızı səpkilərə səbəbiyyət verən infeksiyadır.

Doktorinfo.az xəbər verir ki, bu infeksiya, soyulma, yanma hissi, qızarıqlıq, su toplama, qaşıntı və yaralara səbəb olur. Çox görülən və eyni zamanda yoluxucu dəri xəstəliyidir. Daha çox kişilərdə görülən vəziyyət, qadınlarda və 12 yaşdan aşağı uşaqlarda da ortaya çıxa bilir.

Ayaq gobeleyi ne ucun olur?

Nəmli və isti ortamlar

Duşdan sonra ayaqları qurutmamaq

Dar, qapalı ayaqqabı geymək

İmmunitetin az olması

Pedikür alətləri

Təmiz olmayan hovuzlar

Ayaq gobeleyinin elamətləri nelerdir?
Ayaqda göbələk xəstəliyiƏlamətləri, ayağın hər hansısa yerində özünü göstərə bilər. Ən çox ayaq barmaqları ya da ayaq barmaqları arasında olur.

Elametleri:

Qırmızı səpkilər

Yanma hissi

Dərinin zədələnməsi

Xoş olmayan qoxu

Ayaq dabanlarında kəpəklənmə

Ayaqda içi su dolu yaralar

Ayaq gobeleyinin novleri hansilardir?
Ayaqda göbələk xəstəliyiAyaq dırnaq göbələyi (intertriginous) – Barmaq toru infeksiyası olaraq da adlandırılan növü ən çox görülən növüdür. Adətən ən kiçik ayaq barmağında yaranır. Bu cür göbələk xəstəliyi yanma, qaşınma, ayaq dabanında yayılan infeksiyaya səbəb olur.

Mokkan – Bu zaman quruluq, qaşınma, dərinin qabıqlanması kimi nəticələr doğurur. Göbələk müalicə edilmədiyi təqdirdə dəri qalınlaşır və yarılır. Bu infeksiya bütün ayaq dabanına və ayağın kənarlarına yayıla bilər.

Qabarcıqlı (Vezikülobülloz) – Ən nadir görülən göbələk növüdür. Adətən ayağın altında yer alan dərinin su toplanması və qabarcıqların bir anda partlaması ilə yaranır. Müalicə edilmədiyi təqdirdə ayaq barmaqları arasında, dabanında, ayağın alt və ya üst nahiyəsində də ortaya çıxa bilir.

Ayaqda göbələk xəstəliyiAyaq gobeleyinin tebii mualicesi:

Adətən göbələk əleyhinə infeksiyanı məhv edən kremlədən istifadə edilir. Bununla yanaşı xalq təbabəti üsullarından da istifadə edilir:

Xına – Qədim zamandan günümüzə qədər göbələk üçün xınalardan istifadə edilir. Ayaqlarınıza xına çəkərək bu müddətin irəliləməsini dayandıra bilərsiniz. Xına həmçinin pis qoxunun da qarşısını alır.

Sodalı su – Ayaq göbələyi sodanın köməyi ilə müalicə edilir. Ayaqların bir müddət sodalı suda qalması tövsiyə edilir. Sodalı su sayəsində göbələklər sürətli formada təmizlənir. Həmçinin soda, qoxuyu, qaşıntıyı da aradan qaldırır.

Alma sirkəsi – Ayaq göbələyinin qarşısı sirkənin antibakterial xüsusiyyəti sayəsində alınır. Hər axşam sadəcə ayaqlarınız üçün istifadə edəcəyiniz bir qabın içərisinə 1 stəkan qədər alma sirkəsi və ayaqlarınızı keçəcək qədər su əlavə edin. Suyun içərisində 20 dəqiqə ərzində ayaqlarınızı gözlədin və təmiz məhraba ilə qurulayın. Alma sirkəsi bakteriyaları təmizləyərək göbələk infeksiyasını qısa müddətdə yaxşılaşdıracaqdır.

Ayağınızdakı göbələkdən xilas olmaq istəyirsinizsə bakteriyalarla mübarizə aparan antioksidantlardan istifadə etməlisiniz. Bu növ məlhəmlər içərisində zeytun yağı da yer alır. Hər axşam yatmazdan əvvəl 1 şirniyyat qaşığı zeytun yağı ilə 1 çay qaşığı kəklikotunu qarışdıraraq hazırlayacağınız qarışımı ayağınıza çəkin. Bu yağların sovrulması gecə ərzində davam edəcək və göbələk bir neçə gün ərzində azalacaq.

Limon yağı – Antioksidant tərkibli yağlardan hesab edilir. Göbələyin yaratdığı pis qoxunu aradan qaldırır. Hər duşdan sonra ayaqlarınızı limon yağı ilə massaj edə bilərsiniz. Həmçinin limon yağını su ilə qarışdırıb ayaqlarınızı bu suda 20 dəqiqə qədər gözlədə bilərsiniz.
Ayaqda göbələk xəstəliyiGöbələk xəstəliyindən qorunmaq üçün nə edilməlidir?

Ayaqların gündəlik qulluğu edilməli

Yaş səthlərə ayaq qoyulmamalı

Ortaq ayaqqabı, məhrəbadan istifadə edilməməli

Duş qəbulundan sonra ayaqlar çox yaxşı qurudulmalı

Corablar gündəlik dəyişdirilməli

Göbələk əleyhinə spreylərdən istifadə edilməlidir.


DOKTORINFO.AZ
Xəstəliklər       Tarix: 22 iyul 2026

Oxşar xəbərlər

Pişikdən insanlara keçən xəstəliklər

Ev heyvanlarının sağlam həyat yaşaması insanlıq borclarından biridir. Ev heyvanlarını mütəmadi həkimə aparmaq, peyvəndlərini vurdurmaq əsas şərtlərdəndir. Ancaq ev heyvanlarına qulluq zamanı bəzi tədbirləri əldən verməmə

Bəlğəmin təmizlənməsi

Hər bir şəxs xəstələnən zaman öskürəklə birlikdə əksər zaman bəlğəm də çıxara bilərlər. xəbər verir ki, bəlğəm çıxartmaq, əslində vücud üçün faydalıdır. Ancaq buna baxmayaraq uşaqlar bəlğəm çıxaran zaman çətinlik çəkirlər

Talassemiya daşıyıcılığı nədir?

İnsanlarda bir xüsusiyyətə aid genlərdən iki ədəd mövcud olur. Biri anadan, digəri atadan keçər. xəbər verir ki, Beta talassemiya üçün ana və atadan keçən qlobin geni normaldırsa uşaq normal, biri dəyişikliyə məruz qalırs

Ayaq ağrılarının səbəbləri

Gündəlik həyatda ən böyük köməkçimiz olan ayaqlarımız qarmaşıq və böyük bir əzələ, sümük, tendon torundan ibarətdir. Bütün vücudu daşıyacaq qədər güclü olan ayaqlarımız bir o qədər də həssas və qırılqan quruluşa malikdirlər

Topuq ağrısı nə üçün olur? – Altda yatan səbəblər

Topuq, ayağın daban qismində mövcud sümüklü quruluşdan meydana gəlir. Vücud ağırlığının çox hiss edildiyi vücud nahiyələrindən biridir. Topuqda ağrı yaranmasının bir çox səbəbi ola bilər. Gün ərzində ayaqda durmaq, uyğu

Bağırsaq ağrısının səbəbləri

Bağırsaq ağrısı bir çox insanların ortaq problemidir. Bagirsaq sistemində baş verən pozğunluqlar adətən bağırsaq sindromu, xroniki enterit, kron, qeyri-spesifik xoralı kolit zamanı yaranır. məlumat verir ki, ağrının səbəb

Enməmiş xaya, kriptorxizm nədir?

Oğlan uşaqlarında ana bətnində olarkən xayaların mayası hər iki tərəfdə, bel nahiyəsində qoyulur. İnkişaf etdikcə xaya xayalığa doğru enməyə başlayır. 8-9-cu aylarda xayalığa enir. Doğulan zaman isə xaya xayalıqda olur. Bəzə

Qarın ağrısı

Bir çox insan qarın ağrısından əziyyət çəkir. Qarın ağrısı, qarın nahiyənizdəki hansısa bir orqandan və ya həzm sisteminizdə yaranan problemdən qaynaqlana bilər. məlumat verir ki, qarın ağrısı adətən mədə ağrısı ilə qarışdırılır

Ayaqda sinir ağrısı müalicəsi

Ayaq biləklərində yaranan ağrıların səbəblərindən biri ayaq biləyi ətrafındakı toxumanın ayaq biləyi hərəkətləri ilə sıxışmasından qaynaqlı ola bilər. Basketbolçular, futbolçular, rəqqaslar ayaq biləkləri sıx olaraq yuxar


masaj yuxuda mede agrisi cinsi xestelikler boyrek agrisi hamilelik testi
masaj
is elanlari