Vaginal axıntı və müalicəsi

Vaginal axıntı və müalicəsiVaginal axıntıdakı anormal vəziyyətlər bütün infeksiyadan əziyyət çəkən qadınların ortaq xüsusiyyətidir.

Doktorinfo.az xəbər verir ki, bu səbəbdən öncə vaginal axıntının nə olduğuna diqqət yetirək. Vaginal axıntı təbii vəziyyətdir və hamilə qala bilən qadınların əksəriyyətində baş verir. Vacib olan bu axıntının səbəbi, narahatçılıq verib-verməməsidir. Bu, iki hissəyə ayrılır:

Fizioloji axıntılar

Patolojik axıntılar

Fizioloji axıntılar vücudun özünün yaratdığı axıntılardır. Patolojik axıntıların arxasında isə infeksiya kimi problem dayanır.

Vaginal axıntı və müalicəsiFizioloji vaginal axıntı

Qadınlarda görülən normal axıntı adətən şəffaf, qoxusuz, başqa narahatçılıq verməyən formada olur.

Bu qadından-qadına dəyişir. Qadınlarda mayalanma zamanında bu axıntıların miqdarı qatılaşa bilər, ancaq yenə də şəffaf və qoxusuzdur.

Patolojik vaginal axıntı

Anormal vaginal axıntı qadında bir patalogiyanın xəbərçisidir. Bunlar görülən zaman ginekoloqa müraciət edilməlidir.
Patolojik səbəbdən qaynaqlanan axıntılar adətən bol miqdarda olur, rənglidir, pis qoxulu olur. Belə əlamətlər adətən Vaginitin göstəricisidir. Bu infeksiyalar, viruslardan, bakteriyalardan göbələklərdən və digər mikro orqanizmlərdən qaynaqlana bilər.
Vaginal axıntı və müalicəsiPatoloji axıntıların səbəblərini, yarandıqları nahiyəyə görə üç qrupa ayıra bilərsiniz:

Vaginit: Vaginal nahiyədəki infeksiyalara verilən addır. Bakteriya, virus və göbələk mənşəli ola bilər.

Servisit: Serviks adı verilən rəhm ağzı nahiyəsində meydana gələn infeksiyalara verilən ümumi addır.

Pelvik inflamatuar xəstəlik: Rəhm ağzından daha içəridə mövcud olan, rəhm, yumurtalıqlar və fallop boruları kimi nahiyələrdə meydana gələn infeksiyalara verilən addır.

Hər infeksiya növündə də təbii olmayan, rəngli və pis qoxulu axıntılar görülə bilir. Buna əlavə olaraq servisitdə qarın ağrıları da müşahidə edilə bilər.
Fizioloji vaginal axıntı qadınlar üçün həm təbii həm də faydalı vəziyyətdir.

Patoloji axıntılardan isə vaginal floranızı qoruyaraq və gigiyenaya diqqət edərək qoruna bilərsiniz.

Bunun üçün nə etməli?

Vaginal axıntı və müalicəsiVagina daxilini yumayın və duşdan sonra sadəcə xarici nahiyəni qurulayın.

Parfüm, kimyəvi qatqılı, bez kimi əşyalardan istifadə etməyin.

Pambıqlı iç geyimlərdən istifadə edin və tez-tez dəyişdirin.

Genital nahiyəni sıxan, hava axınına maneə olan geyimlərdən istifadə etməyin.

Kökəlməyin.
Vaginal axıntı və müalicəsi


DOKTORINFO.AZ
Qadın xəstəlikləri       Tarix: 11 sentyabr 2026

Oxşar xəbərlər

Süd vəzi xərçənginin əlamətləri - Onkoloq sadaladı

Süd vəzisi xərçəngi qadınlarda ən çox yayılmış xərçəng növlərindən biridir. Təəssüf ki, xəstəliyin diaqnozu daha çox sonrakı mərhələlərdə aşkarlanır. -a istinadən Rusiyadan olan onkoloq-mammoloq Marqarita Maqdalyanovanı

Genital nahiyə qaralmasının səbəbləri

Hər yaş daxili orqanlarda özünü müxtəlif formada əks etdirdiyi kimi xarici görünüşdə də fərqliliklər yaşanır. Qadınların ən çox narahat olduğu və yaşadığı problemlərdən biri isə genital nahiyələrinin qaralmasıdır. Bes genita

Abort nə zaman edilir?

Abort, dünyada da tez-tez müraciət edilən prosedurdur. xəbər verir ki, hamiləliyin ilk 10 həftəsində edilə bilir. 10 həftədən artıq hamiləliklərdə abort seçim olmur. Abortun bir nece novu mövcuddur. Abortun edilme sebebleri:

Cinsi əlaqə zamanı qanaxmanın səbəbləri

Hər cinsi əlaqə uğurlu alınmır. Bəzi münasibətlərdə ağrı,qanaxma ilə nəticələnə bilər. Bes qanaxmalarin sebebleri nelerdir?. təqdim edir:. Travma: Bəzən cinsi əlaqə zamanı qorxu yaranır. Həmçinin bu hansısa yaşanan pis hekay

Abortdan sonra menstruasiya

Abortdan sonra menstruasiyanın gecikməsi rast gəlinən şikayətlərdən hesab edilir. Abortdan sonra ilkin menstruasiya. xəbər verir ki, abortdan sonra yaranan menstruasiya fərqli intervallarla özünü göstərir. Abortdan sonr

Menstruasiya gecikməsinin səbəbləri

Hansısa sağlamlıq problemi olmayan hər qadında 21 ilə 35 gün müddətində ya da təxminən 28 gün gündə bir dəfə menstruasiya baş verir. Bu period müddəti təxminən 2 ilə 7 gün arasında həyata keçir. Vücuddakı hormonların düzgü

Əkizlərin fərqli ataları ola bilərmi? - CAVAB

Həkimlərin "milyonda bir dəfə olur" dediyi heteropaternal superfekundasiya fenomeni bu dəfə televiziya proqramı ilə gündəmə gətirilib. . -a istinadən bildirir ki, tibbi olaraq heteropaternal superfekundasiya kim

Lazerlə genital estetika nədir?

Lazerlər ginekoloji xəstəliklərin müalicəsində və genital estetikada istifadə edilir. Lazerlə genital estetik prosedurları non-invazivdir yəni cərrahi prosedurdu və ümumi anesteziya gərəkli deyil. Lazerlə tətbiq hansısa ək

Süd vəzi xərçəngində hansı müalicə növü istifadə edilir?

Xərçəng, bədxassəli şişdir. Bu şişlərin böyüməsi, yayılması artıq sağlamlıq üçün böyük problemlərə yol açır. bədxassəli şişlərin böyüməsi, orqan və toxumalarda mövcud olduqları nahiyəni, həm də ona yaxın hissələri zədələməs


masaj yuxuda cinsi xestelikler tecili tibbi yardim boyrek agrisi goz hekimi
masaj
is elanlari