Hamiləlik əlamətləri

Hamiləlik əlamətləriHamiləlik əlamətləri, hər qadında fərqli zamanlarda, fərqli formalarda ortaya çıxa bilər. Bəzi qadınlar, bu əlamətləri heç yaşamasa da, bəziləri bütün əlamətləri yaşaya bilər.

Doktorinfo.az məlumat verir ki, hamiləlik əlamətləri, adətən hamiləliyin ilk 12 həftəsində müşahidə edilir. Ancaq bəzi simptomlar, hamiləliyin daha irəliki zamanında ortaya çıxa bilər.

Bir cox göstəricilər hamilelik ehtimalini dusundure bilir:

Hamilelik elametleri:

Menstruasiya gecikməsi – bu hər zaman hamiləlik göstəricisi olmaya bilər. Stress, pəhriz dəyişiklikləri, bəzi dərmanlar da gecikməyə səbəb ola bilər.

Mədə bulantısı və qusma – hamiləliyin ən çox yayılan əlamətlərindən biri mədə bulantısı və qusmadır. Adətən ilk 12 həftəsində görülür. Səhərlər daha şiddətli olur, ancaq günün digər saatlarında da görülə bilər.

Yorğunluq – hamiləlik, vücudunuzun çox çalışmasına səbəb olur. Bu səbəblə hamilələr adətən özlərini yorğun hiss edərlər. Bu, hamiləliyin ilk 3 ayında müşahidə edilir.

Süd vəzlərində həssaslıq – hamiləlik, süd vəzlərində qan dövranını artırır. Bu səbəblə süd vəzi şişərək daha həssas hala gələ bilər. Ağrılar hamiləliyin ilk 3 ayında daha şiddətli olar.

Sidiyə tez-tez getmək – hamiləlik, böyrəklərin daha sürətli fəaliyyətinə səbəb olduğundan hamilə qadınlar daha tez-tez tualetə gedərlər. Hamiləliyin ikinci və üçüncü trimestrında daha şiddətli olur.
Hamiləlik əlamətləriQarın nahiyəsində şişlik – dölün böyüməsiylə qarın hissədə şişlik müşahidə edilə bilər. Adətən ikinci üç aylıqda daha şiddətli olur.

Baş ağrısı – hamiləlik, hormon səviyyələrindəki dəyişikliklərlə bağlı olaraq ağrılar müşahidə edilə bilər. İlk trimestrda daha çox müşahidə edilə bilər.

Qəbizlik və ishal – orqanizmdə baş verən dəyişikliklərlə bağlıdır. Vücudun buna reaksiyasıdır.

Əsəbilik – hormon səviyyələrindəki dəyişikliklərlə bağlı olaraq duyğu pozuntuları baş verə bilər.
Hamiləlik əlamətləriCinsi istəyin dəyişməsi – bəzi qadınlar hamiləlik zamanı cinsi istəklərində çoxalma baş verdiyi halda, bəzilərinin cinsi istəklərində azalma müşahidə edilir. Belə qarışıq hislər hamiləliyin ilk trimestrı bitənə qədər davam edir.

Bəzi qidaların iyinə qarşı yaranan nifrət - bu ərəfələrdə ən çox sevdiyiniz yemək belə sizə dadsız və ya çox pis qoxulu gələ bilər. Həmçinin görəndə istəyib amma dadına baxan zaman nifrət yaradacaq qidalar belə varsa hamileliyin göstəricisi ola bilər.

Əgər bu əlamətlərdən bir neçəsini yaşayırsınızsa hamiləlik testini etməyiniz tövsiyə edilir. Bunu qan və ya idrarda mövcud olan hamiləlik hormonunu təsbit edərək öyrənə bilərsiniz.
Hamiləliyin ilk həftəsində hansısa əlamətlər görülməyə bilər.
Hamiləlik əlamətləriDaha çox isə vücudda dəyişilən bəzi proseslərə görə, hamiləlikdən şübhələnmək olar:

Vaginal axıntının artışı

Yüngül qanaxmalar

Qoxulara qarşı həssaslıq

Mədə bulantısı

Həddindən çox halsızlıq.

Menstruasiyadan once hamilelik elametleri gorule bilermi?

Menstruasiya başlamadan hamiləlik əlamətləri yarana bilər. Ancaq bu oxşar əlamətlər olduğundan insanların düşüncəsinə hamiləlik gəlmir. Dəridə yaranan dəyişikliklər, gözaltı qaralmaları, bulantı, yorğunluq bu simptomlardandır.

Qarın ağrısı hamiləlik göstəricisidir?

Qarın ağrısını təkcə bununla əlaqələndirmək doğru deyil. Digər əlamətlərlə yanaşı qarında da ağrı varsa şübhələnmək mümkündür. Hamiləlik qarın ağrısı adətən ani gələn sancı krizi formasında olur. Əgər şiddətli olarsa həkimə dərhal müraciət edilməlidir.

Hamiləlik əlamətləriMədə yanmasının hamiləliklə əlaqəsi varmı?

Mədə bulantısı kimi mədə yanması da ilk həftələrdə yarana bilər. Bəzi hallarda isə hamiləliyin son aylarında daha şiddətli formada başlayır. Bu, uşağın böyüməsi və mədəyə təzyiq göstərməsi ilə əlaqədardır. Düzgün və az-az qidalanaraq bu vəziyyəti nizamlaya bilərsiniz.

Hamiləlik zamanı mədə qıcqırma halları da tez-tez müşahidə edilə bilər. Bu zaman isə təşvişə düşməyə əsas yoxdur. Bütün bu halların keçici olduğunu nəzərə alın.


DOKTORINFO.AZ
Hamiləlik       Tarix: 14 iyul 2026

Oxşar xəbərlər

Hamiləlikdə doppler müayinəsi

Ətraflı USM, vücudun müəyyən orqanlarını və ya sistemlərini araşdırmaq üçün yüksək frekanstda səs dalğalarını istifadə edən bir müayinə üsuludur. Bu texnologiya, orqanların quruluşunu ətraflı formada göstərir. Adətən hamiləli

XQ analizi nədir?

Hamiləlik bir çox üsullarla təsdiq edilə bilər. Ən çox istifadə edilən üsullardan biri isə testlər və qan analizidir. Testlərin yanılmaq payı olsa da ən doğru cavabı qan analizi ilə əldə edə bilərsiniz. xəbər verir ki, b

Hamiləlikdən qorunma üsulları

Doğuma nəzarət, keçici və ya qalıcı olaraq hamiləliyin gecikdirilməsi olaraq ifadə edilir. Hamiləliyin qarşısını almaq üçün dərman və müxtəlif tibbi müdaxilələrdən istifadə edilir. Əksər insan hamiləlikdən qoruyan dərmanlarda

33 həftəlik hamiləlik

33 həftəlik hamiləlik 8 aya doğru gəlindiyini ifadə edir. xəbər verir ki, 33 həftə ana namizədinin ağırlaşdığı dövrüdür. Bu səbəbdən ani hərəkətlərdən qaçınılması yorulmaqdan uzaq durulması gərəklidir. 33 həftədə eyni zamand

31 həftəlik hamiləlik

Hamiləlik müddətinin hər həftəsi, ayı vacib və dölün inkişafı baxımıından əhəmiyyətlidir. Bəs 31 həftəlik hamiləlik necə olur?. xəbər verir ki, bu ərəfədə dölün çəkisi 1500 qram olur. Aldadıcı sancılar başlaya bilər. Ödəmlə

Hamiləlikdə Herpes virusu təhlükəlidir?

Hamiləlikdə yaşanılan problemlərdən biri dərinin müxtəlif nahiyələrində yaranan uçuqlar, səpkilərdir. Herpes simpleks olaraq bilinən bu problemə səbəb olan virus təmas yolu ilə hamiləyə yoluxduğu zaman diqqətli olmaq vacibdir

Hamiləlik testi necə edilir?

Hamilelik testi bir çox qadının hamiləliklə bağlı suallarını cavablayan üsuldur. Hamiləliyin olub-olmamasını öyrənmək üçün qan və sidikdən analiz verilir. HCG hormonu qanda və ya sidikdə axtarılır. Bu, hamiləliyi təyin edə

Hamiləlik testi müsbətdir, amma döl yoxdur... - Boş hamiləlik nədir?

Boş hamiləlik, mayalanan yumurta rəhm içinə yerləşir, ancaq embriona çevrilmədiyi zaman baş verən düşmədir. Embrion olmasa da vücud hamiləlik hormonu koryonik gonadotropin istehsal etməyə davam edər. Bu müddətdə mədə bulantısı

Boru hamiləliyi

Təəssüf ki hər hamiləlik istənilən formada nəticələnmir. Bəzən uşaqlıqdankənar hamiləliklər baş verir. Uşaqlıqdankənar hamiləlik, qarın boşluğu hamiləliyi, yumurtalıq, uşaqlıq boynu hamiləliyi və boru hamiləliyi olaraq xarakteriz


masaj yuxuda tecili yardim goz hekimi cinsi xestelikler qarin agrisi
masaj
is elanlari