Hamiləlikdə zob xəstəliyi
Hamiləlik uzun müddət, 9 ay davam edən məsuliyyətli dövrdür. Bu ərəfədə qadın orqanizmində bir çox dəyişikliklər baş verir. Buna səbəb isə hormonların dəyişməsidir. Eyni zamanda hamilə qadınlarda qalxanvari vəzinin funksiyasının artması və ya əksinə azalması müşahidə edilə bilər. Ailəsinde "zob" xəstəliyi, şəkər xəstəliyi olanlarda, hamiləlik zamanı qalxanvari vəzi xəstəliyinin yaranmasi riski yüksək olur.
Doktorinfo.az xəbər verir ki, hamiləlik zamanı qalxanvari vəz ikiqat gərginliklə işləyir.
Hamilələrdə qalxanvari vəzin intensiv işi onun təbii böyüməsinə gətirir. Bu, patologiya deyil. Lakin, bəzi hallarda hormonların həm yuxarı, həm də aşağı səviyyəsi müşahidə olunur.
Hamiləlik zamanı göstəricilər belə olmalıdır:
tireotrop hormon (TSH) – 0,4-2,0 BV/l (0,1-0,4 hamiləliyinbirinci yarısı, 0,4-2 ikinci yarısı);
tiroksin (T4) – 8-21 pmol/l;
triyodtironin (T3) – 2,6-5,7 pmol/l.
Hamiləlikdə nəzarət edilməyən tiroid vəzinin hamiləlikdə yarada biləcəyi fəsadlar:
anadangəlmə hipotireoz;
aşağı çəki ilə doğulma;
orqanlarda quruluş anomaliyaları.
infeksion xəstəliklərə müqavimətin azalması;
fiziki və psixoloji inkişafın ləngiməsi və s.
Hipertireoz zamanı da hamiləlik də bir sıra problemlər yarana bilər:
qəbizliyə meyllik;
həddən artıq yuxululuq və diqqətin yayınması;
bədən çəkisinin artması;
həddən artıq tərləmə;
emosional pozğunluqlar
Qalxanvari vəzin USM-i zamanı zob, kista və müxtəlif şişlər aşkarlana bilər. Dəqiq müayinə üsullarından biri – qanın hormonlara görə analizidir. Analiz aparılmazdan bilavasitə qabaq, qadın ən azı 30 dəqiqə fiziki və mənəvi sakitlik halında olmalıdır.
Qeyd edək ki, hamiləlik zamanı zob əleyhinə dərman preparatları istifadə edilə bilər. Bunun uşağa zərəri mövcud deyil. Əgər problem varsa və dərman qəbul edilməzsə problem təşkil edə bilər. Bu səbəbdən hamiləliyin ilkin dövründən bəri müayinələr, yoxlanışlar keçirilməlidir.
DOKTORINFO.AZ Kişilər də hamiləlik testi almalıdır - Məşhur həkim
Apteklərdə qadınlar üçün satılan hamiləlik testi əslində kişilərə də lazımdır. Bir çox səbəblərdən hətta bu testlərdən kişilər də istifadə etməlidir. -a istinadən bildirir ki, bu fikri Rusiyanın məşhur həkimi, aparıcı Yelen
XQ analizi nədir?
Hamiləlik bir çox üsullarla təsdiq edilə bilər. Ən çox istifadə edilən üsullardan biri isə testlər və qan analizidir. Testlərin yanılmaq payı olsa da ən doğru cavabı qan analizi ilə əldə edə bilərsiniz. xəbər verir ki, b
Qeysəriyyədən sonra hamiləlik
Sağlam hamiləlik 40 həftə davam edir. Düşük isə hamiləliyin 20 həftədən öncə özlüyündən sonlanması olaraq xarakterizə edilir. xəbər verir ki, ana bətnindəki körpənin itirilməsinə yol açan düşüklərin 80 faizindən artığı, il
Hamiləlikdə qan artıran qidalar
Hamiləlik əsnasında qadınlarda anemiya probleminə tez-tez rastlanılır. xəbər verir ki, ən çox qarşılaşılan anemiya növü isə dəmir əksikliyidir. Hamilələrdə dəmir əksikliyinə bağlı olaraq və itirilən qanın yerinə qoyulmamas
6 həftəlik hamiləlik
6 həftəlik hamiləlikdə həm ananı həm də uşağı bir çox dəyişikliklər gözləyir. xəbər verir ki, uşağınızın inkişafı sürətli formada irəliləyir. 6-cı həftədə üzü formalaşmağa başlayır. Ürəyi isə 4 ocaqlı formasını alır. An
Hamiləlikdə tonus
Hamiləlik müddətində qadınlar bir çox problemlə üzləşirlər. xəbər verir ki, bunlardan biri də həkimlərin qoyduğu "tonus" diaqnozudur. Həkimlərin dediyi "Uşaq tonusdadır" diaqnozu geniş yayılıb. Uşaqlı
Hamiləliyi asan keçirməyin üsulları
Hamiləlik 9 aylıq müddəti əhatə edən perioddur. Hamiləliyi hər qadın bir formada keçirir. xəbər verir ki, yay ayında isə hamiləlik daha çətin keçir. İsti havaların yaratdığı çətinliklərlə çətin nəfəs alma, yorğunluq, halsızlı
Hamiləlikdə Herpes virusu təhlükəlidir?
Hamiləlikdə yaşanılan problemlərdən biri dərinin müxtəlif nahiyələrində yaranan uçuqlar, səpkilərdir. Herpes simpleks olaraq bilinən bu problemə səbəb olan virus təmas yolu ilə hamiləyə yoluxduğu zaman diqqətli olmaq vacibdir
Hamiləlikdə böyrək daşı və müalicəsi
Böyrək daşı, hər zaman narahatçılıq yaradan problemdir. Hamiləlikdə isə bu vəziyyət daha da ağrılı hala çevrilə bilər. Hamiləlikdə böyrək daşının əlamətləri nələrdir?. Tək tərəfli böyrək ağrısı. Böyrəklərdə şişlik. Bulantı-qusma