Süd vəzi ağrıları - Hansı təhlükəlidir?

Süd vəzi ağrıları - Hansı təhlükəlidir?Süd vəzi ağrısı, bir çox qadının həyatının fərqli zamanlarında qarşılaşdığı geniş yayılan şikayətdir. Bu ağrı, hormonal, süd vəzi toxumasındakı dəyişikliklərdən ciddi sağlamlıq problemlərinə qədər bir çox faktorlardan qaynaqlana bilər. Erkən səbəbinin aşkar edilməsi əhəmiyyət kəsb edir.

Doktorinfo.az məlumat verir ki, mastalji olaraq da bilinən süd vəzi ağrısı, dibrokistik xəstəliklər, menstruasiya öncəsi sindrom, qidalanma vərdişləri, əzələ-skelet problemləri və xərçəng səbəbiylə görülən bir simptomdur. Eyni zamanda hamiləlik müddəti, süd kanallarının tıxanması, əmizdirmə, kistlər, xərçəng səbəbiylə süd vəzi ağrısı görülə bilər.

Hormonal pozuntulardan qaynaqlanan süd vəzi ağrısı, mondor xəstəliyi başda olmaqla yaşanılan travmalar, istifadə edilən dərmanların əks təsirlərindən də ortaya çıxa bilər.
Seçilən yanlış paltarlar səbəbindən yaranan zedelenmeler, süd vəzi əməliyyatı, bununla bağlı digər problemlər, süd vəzilərinin böyük olması kimi faktorlar görülən səbəblər arasındadır.
Ağrılar təsnifata görə 3 hissəyə ayrılır:
Süd vəzi ağrıları - Hansı təhlükəlidir?İlki tsiklik ağrılarıdır – Bu adətən menstruasiya ilə bağlı olub, hər ay vücudda baş veren dəyişikliklərlə əlaqədardır.

İkincisi tsiklik olmayan ağrılar – Bu, toxumalardakı baş verək dəyişikliklərlə bağlıdır. Yarana bilən şişlər bu növ ağrılara səbəb olur.

Digər orqanlardan qaynaqlanan ağrıların təsirləri – Buna sinir ağrıları aiddir. Həmçinin başqa orqandan qaynaqlanan ağrılar süd vəzisinə təsir göstərə bilər.

Bundan əlavə süd vəzi ağrılarının yaranma sebebleri bunlardır:

Hamiləlikdən qoruyan dərmanların istifadəsi

Yaranan kistlər

Xoşxassəli şişlər

Qığırdaqlarda iltihablamalar

Menstruasiya öncəsi yaranan gərginlik sindromu

Hamiləlik

Süd kanallarının tıxanması

İnfeksiya

Hormon müalicəsi

Stres

Antidepressantların istifadesi

Süd vəzisinin uc hissəsinin ağrısı nə üçün olur?

Yayılmış ağrıların səbəbi hamiləlik ya da menstruasiyadan qaynaqlanan hormonal dəyişikliklər olub, allergiya, infeksiya, paltarlar və nadirən süd vəzisi xərçəngidir.

Bu ağrı necə keçər?
Süd vəzi ağrıları - Hansı təhlükəlidir?Qadınların geydikləri yanlış geyimlerden, yaşadıqları stresə qədər hər şey ağrılara zəmin yaradır.

Bunlara diqqət edilməlidir:

Sinədəki ağrı yaxından nəzarət altına alınmalıdır

Mütəxəssisə müraciət edilməlidir

Ağrının müddəti, başlanğıc zamanlarına nəzarət edilməli

USM, Mammoqrafiya kimi görüntülərlə xəstəliyin gedişatına diqqət edilmeli və lazımi tədbirlər görülməlidir.

Bunlarla yanaşı bu tədbirləri görmək lazımdır:

Sinəyə uyğun geyim seçməli

Kafeindən istifadə məhdudlaşdırılmalı

Doğru qidalanmalı

Bol maye qəbulu, lazımi idman hərəkətlərin ediməsi zəruridir.


DOKTORINFO.AZ
Qadın xəstəlikləri       Tarix: 06 noyabr 2023

Oxşar xəbərlər

Hamiləlikdə USM-nin vacibliyi - Radioloqdan açıqlama

Hamiləlik müddəti olduqca uzun və məsuliyyətli müddətdir. Xüsusilə də ilk üç ayına xüsusi diqqət yetirmək lazımdır. Hamiləliyin ilk üçaylığında ultrasəs müayinəsi nə üçün lazımdır?. xəbər verir ki, radioloq Yaqut Hüseyni

Menstruasiya gecikməsinin səbəbləri

Hansısa sağlamlıq problemi olmayan hər qadında 21 ilə 35 gün müddətində ya da təxminən 28 gün gündə bir dəfə menstruasiya baş verir. Bu period müddəti təxminən 2 ilə 7 gün arasında həyata keçir. Vücuddakı hormonların düzgü

Qızlıq pərdəsi nədir?

Qızlıq perdesi nedir?. Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər verir ki, tibbi olaraq qızlıq pərdəsinin müəyyən bir bioloji məqsədi yoxdur. Qızlıq pərdəsi idman, tampon istifadəsi və ya digər fizik

Erkən klimaks

Klimaks qadınlarda 46-54 yaşlarında reptoduktiv funksiyaların sönməsi ilə xarakterizə edilən perioddur. Bu zaman estrogen və progesteron ifrazı azalır. məlumat verir ki, daha sonra hormonal pozuntu menstrual funksiyanın kəsilməsin

Vaginizm xəstəliyi nədir?

Vaginizm, vaginal hissədə olan əzələlərin sıxılması, gərilməsi nəticəsində cinsi münasibətin həyata keçməməsinə verilən addır. xəbər verir ki, bu hər qadında meydana çıxa bilər. Daha ətraflı məlumat üçün məqaləni sonadə

Vaginal qaşıntının səbəbləri və çarəsi

Qadınlarda geniş olaraq görünən problemlərdən biri də vaginal qaşıntıdır. Adətən allergik və kimyəvi maddələr istifadəsi nəticəsində ortaya çıxan problemdir. Bu problem bir çox qadını narahat edir. Bakterial vaginoz vagin

Süd vəzi xərçənginin əlamətləri - Onkoloq sadaladı

Süd vəzisi xərçəngi qadınlarda ən çox yayılmış xərçəng növlərindən biridir. Təəssüf ki, xəstəliyin diaqnozu daha çox sonrakı mərhələlərdə aşkarlanır. -a istinadən Rusiyadan olan onkoloq-mammoloq Marqarita Maqdalyanovanı

Cinsi münasibət zamanı ağrı... Disparoni nədir?

Cinsi münasibət əsnasında yaşanılan ağrı disparoni olaraq adlandırılır. Bu vəziyyət, cinsi sağlamlıq mövzusunda önəmli problemi təmsil edir. Disparoni, şəxslərin cinsi həyatına mənfi təsir göstərə bilər və müxtəlif səbəblər

Hamiləlik niyə düşüklə nəticələnə bilir?

Hamiləliyin ilk aylarında düşüklər görülə bilər. Bu hal, özünü ağrı və qanaxma ilə göstərir. Bu, hamiləliklərin 10-25 faizində baş verir. Düşüyün qarşısını almaq üçün öncədən həkim müayinəsindən keçmək lazımdır. Hamiləlikd


masaj yuxuda hamilelik testi babasil mualicesi dis agrisi cinsi xestelikler
masaj
is elanlari