Vaginizm xəstəliyi nədir?

Vaginizm xəstəliyi nədir?Vaginizm, vaginal hissədə olan əzələlərin sıxılması, gərilməsi nəticəsində cinsi münasibətin həyata keçməməsinə verilən addır.

Doktorinfo.az xəbər verir ki, bu hər qadında meydana çıxa bilər.

Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz.

Vaginizm probleminin səbəbləri nələrdir?

Təcavüzə məruz qalmaq və ya belə bir vəziyyətə şahidlik etmək

Vaginal göbələk infeksiyaları

Travmatik doğum

Cinsi münasibətin ağrılı olacağına dair inanc

Fiziki travma

Stress

Ailədaxili şiddətə məruz qalmaq

Nəzarəti itirmə qorxusu

Cinsi olaraq özünü kifayətsiz hiss etmək.

Adətən psixoloji səbəblərdən ortaya çıxa bilən xəstəlikdir. Primer vaginizmdə daha öncə cinsi münasibət yaşamamış qadınlarda görülür. İkincili vaginizmdə daha öncə cinsi münasibət yaşamış, ancaq, daha sonra baş verən cinsi münasibəti yaşaya bilməmək vəziyyətidir. Bura daxildir doğuş travması, partnerlər arasındakı soyuqluq, psixololoji vəziyyət və s.
Vaginizm xəstəliyi nədir?Vaginizmin elametleri nelerdir?

Münasibəti yaşamaq qorxusu

Cinsi münasibətin baş tutmaması

Vaginizm xəstəliyinin daima böyük bir səbəbi olmaya bilər. Bəzi vəziyyətlər də bu hala zəmin yaratmış ola bilər:

Stress

Abort

Hamiləlik qorxusu

Ginekoloji müayinədən və ya vaginal müdaxiləyə ehtiyac olan tibbi prosedurdan qaynaqlanan travma

Partnerindən çəkinmək

İlk gecə qorxusu

Valideynlərin cinsi münasibətinə şahid olmaq

Normadan artıq həyəcan

Vaginal quruluq

Doğuş zamanı yaranan vaginal yırtıqlar

İstifadə edilən bəzi dərmanlar

İstifadə edilən dərmanların əks təsirləri

Vaginanın dar olması və s.

Vaginizmin müalicəsi necə edilir?

Adətən psixoloji səbəblərlə bağlı olaraq yarandığı üçün öz-özünə düzələn xəstəlik deyildir. Psixoloqa ilk olaraq cütlük formasında getmək tövsiyə edilir. Çünki ilk görüşdə cütlük arasındakı münasibət, bir-birlərinə davranış forması analiz edilir.

Bundan əlavə ginekoloji müayinə də vacibdir. Həmçinin anatomik və ya infeksional vəziyyətlər araşdırılır. Bundan sonra şəxsə məxsus müalicə planı qurulur. Həkim tövsiyə edərsə bu mövzuda terapiya seansları təşkil edilə bilər. Bunun sayəsində belə xəstələr qorxularının öhdəsindən gələ bilərlər.
Vaginizm xəstəliyi nədir?Vaginizm bir ailə problemi olaraq diqqət edilməlidir. Qısamüddətli həll yolu olacağı kimi uzunmüddət də terapiyaya ehtiyac ola bilən problemdir.

Vaginizmdən əziyyət çəkən qadın hamilə qala bilərmi?

Aşağı ehtimal da olsa mümkündür. Hormonal cəhətdən hamilə qalmağa maneə deyil.

Bəs bu xəstəliyin diaqnozu üçün hansı həkimə müraciət edilməlidir?

Diaqnozu qadın xəstəlikləri üzrə mütəxəssis olan ginekoloq tərəfindən qoyulur. Bununla yanaşı psixoloqdan dəstək alına bilər. Çünki hər zaman səbəbi ginekoloji olmur.

Diaqnoz necə qoyulur?

Tibbi keçmiş pasiyentdən maraqlanılır, müayinə edilir. Xəstədən problemin ilk yaranmağa başladığı zaman, nəyin buna zəmin yaratdığı, hansı aralıqlarla daha çox baş verdiyi öyrənilir. Həmçinin hansısa travmanı yaşayıb-yaşamadığı soruşulur.
Vaginizm xəstəliyi nədir?Vaginizmdən qorunmaq üçün tövsiyələr:

Spirtli içkilərdən uzaq durun.

Siqaretdən istifadə etməyin. Siqaret vücudun qan dövranını pozur və sıxılmalara gətirib çıxarır.

Fiziki olaraq aktiv olun. İdman, yoqa, meditasiya ilə məşğul olur. Bu stresi azaltmağınıza kömək olacaq. Həmçinin əzələləriniz genişlənəcək.

Özünüzə zaman ayırın. Ruh halınızı yaxşılaşdırın.
Vaginizm xəstəliyi nədir?


DOKTORINFO.AZ
Qadın xəstəlikləri       Tarix: 24 iyul 2024

Oxşar xəbərlər

Vaginal iltihabın müalicəsi

Vagina nahiyəsində ağrı, axıntı və qaşıntı kimi simptomlarla xarakterizə olan vagina iltihabı qadınların sosial həyatını və cinsi sağlamlığına mənfi təsir göstərən xəstəliklərdəndir. məlumat verir ki, müxtəlif səbəblərə bağl

Vaginaplastika nədir?

Vaginaplastika vagina daraltma əməliyyatıdır. xəbər verir ki, cərrahi yolla vaginal kanalın daraldılması, vaginal deformasiyaların məsanə və bağırsaq sallanma problemlərinin aparılması və doğuş kimi travmatik müddətlə bağl

Qızlıq pərdəsi nədir?

Qızlıq perdesi nedir?. Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər verir ki, tibbi olaraq qızlıq pərdəsinin müəyyən bir bioloji məqsədi yoxdur. Qızlıq pərdəsi idman, tampon istifadəsi və ya digər fizik

Vaginal quruluq nədir?

Vaginal quruluq həyat keyfiyyətinə təsir göstərəcək ağrılı və acılı bir vəziyyət olaraq qarşınıza çıxar. Normal şərtlərdə vaginadakı astar, vaginanı qalın və elastik tutmağa kömək edən bir maye ilə əhatə olunur. xəbər veri

Vaginizm xəstəliyi nədir?

Vaginizm, vaginal hissədə olan əzələlərin sıxılması, gərilməsi nəticəsində cinsi münasibətin həyata keçməməsinə verilən addır. xəbər verir ki, bu hər qadında meydana çıxa bilər. Daha ətraflı məlumat üçün məqaləni sonadə

Cinsi əlaqə zamanı qanaxmanın səbəbləri

Hər cinsi əlaqə uğurlu alınmır. Bəzi münasibətlərdə ağrı,qanaxma ilə nəticələnə bilər. Bes qanaxmalarin sebebleri nelerdir?. təqdim edir:. Travma: Bəzən cinsi əlaqə zamanı qorxu yaranır. Həmçinin bu hansısa yaşanan pis hekay

Lazerlə genital estetika nədir?

Lazerlər ginekoloji xəstəliklərin müalicəsində və genital estetikada istifadə edilir. Lazerlə genital estetik prosedurları non-invazivdir yəni cərrahi prosedurdu və ümumi anesteziya gərəkli deyil. Lazerlə tətbiq hansısa ək

Abortdan sonra menstruasiya

Abortdan sonra menstruasiyanın gecikməsi rast gəlinən şikayətlərdən hesab edilir. Abortdan sonra ilkin menstruasiya. xəbər verir ki, abortdan sonra yaranan menstruasiya fərqli intervallarla özünü göstərir. Abortdan sonr

Onkoloqdan ÇAĞIRIŞ: Bu qidadan tamamilə imtina edin

Rusiya Milli Tibbi Tədqiqat Onkologiya Mərkəzinin qastroenteroloq, dietoloq və onkoloqu Artur Bernatski hazır qəhvədən tamamilə imtina etməyə çağırıb. -a istinadən bildirir ki, onkoloq qeyd edib ki, hazır qəhvələrdə praktik


masaj yuxuda tecili yardim hamilelik testi goz hekimi qarin agrisi
masaj
is elanlari