Kivinin faydaları və zərərləri

Kivinin faydaları və zərərləriQış aylarında çox istifadə edilən meyvələrdən biri olan kivi, C və K vitamini cəhətdən olduqca zəngindir. Kivinin faydalarından bəhs edərkən sağlamlıq cəhətdən olduqca yararlı meyvə olması diqqətə çatdırılmalıdır.

Tərkibində A, E, K vitaminləri və kalsium, sink, maqnezium minerallarla yanaşı yüksək lif də mövcuddur. Həzm sistemini dəstəkləyir, göz sağlamlığı üçün olduqca faydalıdır. Gündəlik C vitamini ehtiyacı 1-2 ədəd kividir. Şəkər miqdarı və kalorisi aşağıdır. Kivi nadir olsa da allergik reaksiyaya səbəb ola bilər.

Hər yaşda olan insan istifadə edə bilər. Xüsusilə inkişaf mərhələsində olan uşaqlar immunitet sistemlərini gücləndirmək baxımından yeməkləri tövsiyə edilir. Tənəffüs xəstəliklərindən qoruyur. Bunun üçün müntəzəm istifadə edilməlidir. Antioksidant xüsusiyyəti ilə sağlam formada arıqlamağa kömək edir.

Astma problemlərinin azalmasını təmin edir. C vitamini və antioksidantlarla olduqca zəngin olan kivi, astma xəstələrində yaranan tənəffüs sıxıntıları və nəfəs darlığı kimi əlamətlərin azalmasına kömək edir. Kivinin astma üzərindəki müsbət təsiri uşaqlar üzərində də çox görünür.

Həzm sistemini dəstəkləyir. Bağırsaqların mütəmadi çalışmasını təmin edir. Həzm sistemini sürətləndirir və qəbizliyin qarşısını alır.

Ürək sağlamlığını qoruyur. Aparılan araşdırmalara görə, kivinin qandakı triqliseritləri azaltmağa kömək olduğu və ümumi ürək problemləri üçün faydalı olduğu təsdiqlənib.
Kivinin faydaları və zərərləriDəri sağlamlığı üçün yararlıdır. İstifadə edilən asitli qidaların zərərlərinin qarşısını almağa kömək edir. Dəridəki yaşlılıq əlamətlərini azaldır. Tərkibində mövcud olan E və C vitaminləri dərinin pozulmasının qarşısını almağa kömək edir. C vitamini vücuddakı kollagen istehsalına dəstək olur. Antioksidant xüsusiyyəti ilə dəri xəstəliklərinə faydalı gəlir. Göbələk və infeksiya xəstəliklərinin yaxşılaşmasına kömək edir.

Saç sağlamlığı üçün yararlıdır. Kivi meyvəsi vücudun düzgün çalışmasında önəmli rol oynayan bakır elementlərinə sahibdir. Sağlam və düzgün çalışan vücud erkən yaşda yaranacaq saç problemlərinin qarşısını alır.

Kivinin tərkibində olan lutein, göz xəstəlikləri üçün faydalıdır. Bu, qidalar vasitəsilə alınır. Antioksidant xüsusiyyəti ilə zəngindir. Görmə qabiliyyətini inkişaf etdirir, zərərli şüalara qarşı qoruyur.

Vücudu iltihablardan qoruyur. İltihab yaranmasının qarşısını alır. C vitamini sərbəst radikallarla mübarizə aparır və yaranacaq infeksiyaların qarşısını alır.

Kivinin zərərləri nələrdir?

Qastrit, reflüks kimi xəstəliklərə sahib şəxslər bu meyvədən istifadə edərkən ehtiyyatlı olmalıdırlar. Tərkibində potassium olduğu üçün böyrək xəstələrinin istifadəsi problemlər yarada bilər.

Qeyd etdiyimiz kimi bəzən allergik təsir verə bilər.
Kivinin faydaları və zərərləriBəs kivi allergiyasının əlamətləri nələrdir?

Ağız qismində qaşıntı

Nəfəs darlığı

İshal

Qusma

Baş gicəllənməsi

Qarın ağrısı

Qeyd edək ki, qış aylarında immunitetiniz üçün kivi çayından da rahatlıqla istifadə edə bilərsiniz.


DOKTORINFO.AZ
Sağlam Qida       Tarix: 28 sentyabr 2026

Oxşar xəbərlər

D vitamini olan qidalar

D vitamini, vücudumuzun sağlam inkişafı üçün kritik əhəmiyyətə sahibdir. Günəş vitamini olaraq da bilinir. Sağlam sümüklərdən immun sisteminin inkişafına qədər bir çox orqan üçün təsirlidir. Vitamin tərkibli qidalar siyahıs

Quava meyvəsi faydaları

Orta Amerika, Hindistan başda olmaq üzrə bir çox tropikal və subtropikal bölgədə yetişən quava meyvəsi, quava ağacından əldə edilən qabıqlı bir meyvədir. Oval formalı, rəngi açıq yaşıl və ya sarıdır. xəbər verir ki, antioksidan

Qozun faydaları və zərərləri

Qoz, hər zaman "beyin yeməyi" olaraq qəbul edilir. Bəlkə quruluşunun da beyinə bənzəmə səbəbi budur. Yağ, protein və lif qaynağıdır. Ürək və sümük sağlamlığını qoruyur və uyğun çəkidə qalmağa kömək edir. Bir ovu

İvan çayın faydaları

Tibdə yayğın olaraq istifadə edilən bitki növüdür. Daha çox Rusiya və Avropada populyar olaraq istifadə edilir. İvan çayı fermentə edilmiş dar yarpaklı yangel yarpaqlarından əldə edilir. xəbər verir ki, bu bitki ferment

Portağal və qabığının faydaları

Portağal, soyuq aylarda xəstəliklərə qarşı qoruyucu bir çox xüsusiyyəti, yayda sərinləşdirici özəlliyi ilə faydalı meyvələr arasında yer alır. Portağal və qabığının faydalarından xəbərdar olmaq istəyirsinizsə məqaləni sonadə

Ən yaxşı vitamin kompleksi hansıdır? - Bunları bilmək vacibdir

Düzgün qidalanmağa diqqət yetirən birisinizsə, vacib vitamin və minerallar tərkibli qidaları yemək haqqında müəyyən qədər fikriniz ola bilər. Vitaminlər və minerallar sağlamlıq üçün gərəklidir və düzgün qidalanmaq vücudunuzu

Qarazirə yağının faydaları

Qara zirə yağının faydaları saymaqla bitməz. Qara zirə (Çörəkotu) daha çox çörək və digər xəmir məhsullarını bəzəmək üçün istifadə edilən toxum olsa da Qarazire yagi sağlamlıq üçün çox faydalıdı. Çörəkotunun mətbəxlərdə istifad

Nar qabığının faydaları

Hər mövsüm meyvəsini öz zamanınızda yemək insan orqanizmi üçün olduqca faydalıdır. Nar kimi onun qabığı da faydalıdır. xəbər verir ki, adətən meyvə qabığı yeyildikdən sonra qabığı atılır. Aparılan araşdırmalara görə, meyv

Qəhvə içmək faydalıdır ya zərərli?

Qəhvənin tərkibində yüksək kafein mövcuddur. Bu səbəbdən gündəlik həddindən çox istifadəsi sağlamlıq problemlərinə yol aça bilər. Yuxu problemindən tutmuş vücudda su itkisinə qədər bir çox narahatçılıqlar yaşana bilər. xəbə


masaj yuxuda tecili yardim dis agrisi boyrek agrisi mede agrisi
masaj
is elanlari