D vitamini qəbulu nə üçün vacibdir?

D vitamini qəbulu nə üçün vacibdir?Sağlam sümükləri qorumaq üçün D vitamini olduqca faydalıdır.

Doktorinfo.az xəbər verir ki, bunun əsas səbəbi sümüyün ilk olaraq dayağı olan kalsium ancaq bu vitaminin varlığında vücud tərəfindən sovrulmasıdır. Günəş işıqlarının, dəridəki aktiv vitamin formulasına çevrilməsi ilə vücudda D vitamini istehsal edilir.

Dərinizin istehsal etdiyi vitaminin miqdarı, günün saatına, mövsümünə, dəri piqmentasiyalarına bağlı olaraq dəyişiklik göstərə bilər. Yaşayış tərzindən asılı olaraq D vitamini istehsalı azala və ya tamamilə yox ola bilər.

D vitamini necə qəbul edilməlidir?

Günəş şüalarına məruz qalmaq, əksər insan üçün D vitamini almağın asan yoludur. Günəş şüalarına çox məruz qalmaq da faydalı deyil. Bu müddət, dəri növünə, yaşa, günün saatlarına görə dəyişir.

Tövsiyə edilən D vitamini

0-1 yaş uşaqlarda profilaktik doza 400-600 İU/gün
1-18 yaş uşaqlarda 600-1000 İU/gün
>18 şəxslərdə 1500-2000 İU/gün səviyyəsi qeyd edilir.

Ancaq bir çox həkimlər 1-12 yaş arası uşaqlar üçün tövsiyə edilən profilaktik dozanın 400-1000 İU olaraq qəbul edilməsini uyğun görürlər.

Ancaq yaşlı insanlarda D vitamini əksikliyi riski daha çoxdur. Çünki dərilərində günəş işığını D vitamininə çevirən reseptorlar az mövcud olur, qidalardan isə D vitamini almaya bilərlər, sovrulmasında da problemlər yaşana bilər. D vitamini olmadan isə sümüklər yumşaq, incə, qırılqan hala gələ bilər. Əgər əldə edə bilmirsinizsə dərman vasitəsilə bunu təmin etmək mümkündür.

Bəs bu vitaminin faydaları nələrdir?

Xərçəngə qarşı qoruyur

Aparılan araşdırmalara görə D vitamini kalsiumla birlikdə qəbul olunduğu zaman bəzi xərçəng növlərinin qarşısını almağa kömək edir.

Skolioz xəstəliyi zamanı effektivdir

Araşdırmalar, uzunmüddət D vitaminindən istifadə edənlərdə skolioz riskinin aşağı olduğunu qeyd ediblər.

Sümük əriməsi zamanı istifadə edilməlidir

Yetərli miqdarda bu vitamini və kalsiumu alan şəxslərdə sümük əriməsi prosesi yavaşlaya, sümük qırıqları azala bilər.

Sədəf xəstəliyi zamanı D vitamini

Bu tərkibli kremi dəriyə tətbiq etmək sədəf xəstəliyinin müalicə edilməsində rol oynaya bilər.

D vitamininin qaynaqları nələrdir?

Əsas qaynağı günəş şüalarıdır. Ultrabənövşəyi şüaların dəri ilə təmasından sonra yaranmağa başlayır. Bu səbəbdən hər gün üzlər, qollar açıq şəkildə günəşin gəliş istiqamətindən asılı olaraq 20-30 dəqiqə günəşlənmək lazımdır. Bunun üçün ən ideal saat 11:00 ilə 15:00 arasıdır. Gündəlik D vitamini ehtiyacını sadəcə qidalar ilə təmin etmək mümkün deyildir. Çünki qidalarla gündəlik ehtiyacın 20%-ni qarşılamaq mümkün olur. Bu səbəbdən günəş işığından yararlana bilməyənlər risk altındadırlar. Qoruyucu krem, paltarla, pəncərə arxasından günəşlənmək, D vitamini istehsalını azaldır.
D vitamini qəbulu nə üçün vacibdir?D vitamini əksikliyi kimlərdə görülür?

Qapalı ortamda çalışan insanlar

Yaşlılar

Qidalanma pozğunluğu olanlar

Yüksək qoruyuculuğu olan günəş kremindən istifadə edənlər

Süd verən qadınlar

Qapalı geyinənlər

Böyrək xəstəliyi olanlar

Qaraciyər xəstələri
D vitamini qəbulu nə üçün vacibdir?D vitamini əksikliyi və artıqlığında nə baş verir?

Uyğun miqdarda qəbul edilən D vitamini adətən güvənli qəbul edilir. Ancaq həddindən çox miqdarda qəbul edilən bu vitamin zərərli ola bilər.
Həddindən çox alındığı zaman mədə bulantısı, qusma, iştahsızlıq, qəbizlik, zəiflik, çəki itkisi, ürək ritm pozuntusu, böyrək zədələnməsi kimi narahatçılıqlar görülə bilər. Bununla yanaşı yüksək miqdarda olan D vitamini toxuma və oynaq kirəclənmələrinə, böyrək daşı yaranmasına, yülsək təzyiqə və qanda kalsium artışına səbəb ola bilər.

D vitamini əksikliyi bir çox xəstəliyə zəmin hazırlaya bilər. Gündəlik həyatda qapalı məkanlarda çalışmaq, açıq hava fəaliyyətlərindən uzaq durmaq və yanlış qidalanma ilə əlaqədar olaraq D vitamini əksikliyində artış müşahidə edilə bilər. D vitamini əksikliyi zamanı vücud ağrısı, halsızlıq, yerimə çətinliyi, sümük ağrısı, gücsüzlük, saç tökülməsi, baş ağrısı, depressiya, dəyişkən ruh halı, yuxusuzluq, həddindən çox tərləmə, tez-tez üşümək kimi əlamətlər baş verir.

Hamiləlikdə D vitamini istifadəsi və əksikliyi

Dölün skelet-əzələ inkişafında, kalsium və fosfor çox gərəklidir. Kalsium və fosforun sorulmasının D vitaminindən asılı olduğunu düşünərsək, hamilələrdə 4000 IU/gün doza qəbul edilməlidir.

Bu ərəfədə D vitamini istifadəsi olduqca vacibdir. Ana qarnındakı uşaq, kalsium ehtiyacını anadan qarşıladığı üçün ananın bu ərəfədə D vitamini miqdarının kifayət qədər olması lazımdır. Ana və uşaqların sümüklərində yumşaqlıq, zəifləmə, uşağın əzələlərində meydana gələn zəiflik, diş çıxmasında meydana gələn gecikmə, problemlər də D vitamini ilə əlaqəlidir.

Vitamin D profilaktik dozada istifadə olunduqda böyrək daşı xəstəliyi yaratmasına dair hər hansı bir elmi araşdırma yoxdur.
Hamilə qadınların 12 həftədən etibarən D vitamini əlavəsinə başlanılmalıdır.


DOKTORINFO.AZ
Sağlam Qida       Tarix: 14 avqust 2024

Oxşar xəbərlər

Əncirin faydaları nələrdir?

Yumşaq və şirin əncir bir çox ləzzətli və ya şirin reseptlərdə təqdim olunan meyvədir. xəbər verir ki, əncir antioksidantlar, minerallar və liflə zəngindir. Araşdırmalara əsasən, əncirin həm qurudulmuş, həm də təzə formad

Çuğundurun faydaları və zərərləri

Çoxlu şəfası mövcud olan çuğundur, həftədə ən az bir dəfə istifadə edildiyi zaman daxili orqanların qocalmasını dayandırır, hüceyrə zərərinin qarşısını alır və immuniteti gücləndirir. məlumat verir ki, mütəxəssislər, qırmız

Qan artıran qidalar

Anemiya, qana rəngini verən və oksigenin hüceyrələrə daşınmasını təmin edən protein olan hemoqlabinin normal səviyyənin altına düşməsi vəziyyətidir. xəbər verir ki, qanazlığının bir çox səbəbi ola bilər. Düzgün qidalanmama

Kivinin faydaları və zərərləri

Qış aylarında çox istifadə edilən meyvələrdən biri olan kivi, C və K vitamini cəhətdən olduqca zəngindir. Kivinin faydalarından bəhs edərkən sağlamlıq cəhətdən olduqca yararlı meyvə olması diqqətə çatdırılmalıdır. Tərkibind

Narın faydaları və zərərləri

Nar, ləzzəti və görüntüsü ilə bir çox qida və salatlarda istifadə edilir. Sağlamlıq cəhətdən isə olduqca faydalıdır. Güclü antioksidantdır və bir çox xəstəliyə qarşı qoruyucu xüsusiyyəti mövcuddur. xəbər verir ki, tərkibind

Zəncəfilin faydaları və zərərləri

Zəncəfil, qış aylarında daha çox istifadə edilən, şəfa deposudur. Bir çox vitamin və minerallarla zəngindir. Soyuqdəymə, ishal, mədə bulantısı kimi həzm sistemi problemləri zamanı faydalıdır. İmmunitet sistemini gücləndirir

Kompüter arxasında çalışanlar nece qidalanmalıdırlar?

Hazırda kompüterlə iş yetəri qədərdir. Ancaq kompüterin insan sağlamlığına eləcə də gözlərə və beyinə zərəri olduqca çoxdur. xəbər verir ki, kompüterlə işləmək beyin fəaliyyətini artıran işlərdən hesab edilir. Az məluma

Qarağatın faydaları

Qarağat bitkisi vitaminlərlə zəngindir. İnsan sağlamlığı üçün olduqca faydalıdır. xəbər verir ki, tərkibi A, K,B5, B6, B1, B2, PP, H, C vitaminləri ilə zəngindir. Bundan əlavə tərkibində təbii turşular, pektin maddəsi, efi

Cəfərinin faydaları nələrdir?

Cəfəri, həm mətbəxdə ləzzət qatıcı bir ədviyyat olaraq istifadə edilən həm də sağlamlıq cəhətdən bir çox faydası olan bitkidir. xəbər verir ki, A, C, K və E vitaminləri, potassium, kalsium, demir və maqnezium kimi mineralla


masaj yuxuda qarin agrisi tecili tibbi yardim mede agrisi bogaz agrisi
masaj
is elanlari