Qozun faydaları və zərərləri

Qozun faydaları və zərərləriQoz, hər zaman "beyin yeməyi" olaraq qəbul edilir. Bəlkə quruluşunun da beyinə bənzəmə səbəbi budur. Yağ, protein və lif qaynağıdır. Ürək və sümük sağlamlığını qoruyur və uyğun çəkidə qalmağa kömək edir.
Bir ovuc qoz, yüksək miqdarda manganez, molibden, biotin, omega-3 yağlarının gündəlik tövsiyə edilən dəyərinin 100-də 100-dən çoxunu təşkil edir.

Təkcə prostat xərçəngi riskini azaltmır, eyni zamanda süd vəzi xərçəngi zamanı kömək olur. Antioksidantdır. Beyin sağlamlığı üçün əsas vasitədir.

Tip 2 diabet xəstələri rahatlıqla yeyə bilərlər.

Omega 3 və E vitamini ilə zəngin olduğu üçün immunitet sistemini gücləndirir. Xüsusilə payız ayların bol-bol istifadə etmək tövsiyə edilir. Balıq yeməyən insanlar üçün omega qaynağıdır.
Qozun faydaları və zərərləriVücudda iltihablanma təsirlərini azaldır.

Yaddaşı gücləndirir. Omega 3 və omega 6 yağ asitləri ilə zəngin olduğu üçün zehnin daha da güclü fəaliyyətinə yol açar.

Depressiyaya qarşı qoruya bilir.

Sperma keyfiyyətini artıra bilir. Uşaq sahibi olmaq istəyən cütlüklər üçün əsas qidadır. Həmçinin spermanın quruluşundakı qeyri-adi dəyişikliklərin önünə keçə bilir.

Sümük sağlamlığını qoruyur. Sümük qırılmalarına qarşı dayanıqsız hala gətirən sümük əriməsi riskinin artmasının qarşısını alır. Maqnezium və kalsiumun sümük tərəfindən sovrulmasına kömək olaraq sümük quruluşunu gücləndirir.

Yuxu rejimini tənzimləyir. Yuxunu normaya salan melatonin hormonunun istehsalına kömək olur. Hətta qozda bioloji olaraq istifadə edilə bilən melatonin mövcuddur. Yaxşı və dərin yuxu yata bilməyənlər axşam yeməklərində qozdan istifadə etməlidirlər.

Dəri sağlamlığı üçün faydalıdır. Qozun dəriyə faydası hər zaman maraq mövzusu olub. Qoz, əslində həm dırnaqları, həm də saçları gücləndirmə xüsusiyyətinə sahibdir. Onların daha sürətlə və güclü böyüməsində biotik və ya B7 vitamini böyük rol oynayır. E vitamini isə saçların və dırnaqların daha təbii görünməsinə səbəb olur və parlaq edir. Quru dəriyə sahib insanlar həkim təsdiqi ilə qoz yağını dərilərinə tətbiq edə bilərlər.

hamiləlikdə qozun faydaları
Qozun faydaları və zərərləriDuzsuz və qovrulmuş qozda mövcud olan B vitamin qrupu hamiləlik zamanı faydalıdır. Hamilə qadınların ilk 3 ayında qoz daxil olmaqla digər ləpə növlərindən istifadəsi uşağın beyin inkişafı cəhətdən mühüm əhəmiyyət kəsb edir.

Qozun xolesterin cəhətdən əhəmiyyəti nədir?

ABŞ, Yeni Zenlandiya, İspaniyada aparılan araşdırmalara görə, gündə 2-3 qozun yeyilməsi xolesterini aşağı endirib, ürək xəstəliyi riskini azalda bilir. Hətta ailənizdə ürək ağrılarından əziyyət çəkən varsa gündəlik qozdan istifadə etməyi unutmasın.

Qozun faydaları və zərərləriQoz alarkən nələrə diqqət edilməlidir?

Keyfiyyətli və ləzzətli qoz adətən incə qabığından anlaşılır. Qabıqlı alırsınızsa qabığının qırılmamış olmasına diqqət edin. Bundan əlavə qoz kifli olmamalıdır. İçini açdığınız zaman köhnə yağ iyi gəlirsə, bu qozun təzə olmadığını göstərir. Qoz quru olmalıdır.

Qoz hansı şəraitdə saxlanılmalıdır?

Qabığını qırmadan sərin, qaranlıq, quru yerdə və ağzı hava almayacaq qabda saxlamalısınız. Bu onun ömrünü uzadır. Soyducuda bir il saxlanıla bilər.
Uzunmüddət istiyə məruz qalan qoz sərtləşə bilər. Bu da qozun acı dadmasına səbəb olur. Həmçinin qoz qoxuları özünə tez çəkən qidadır. Bu səbəblə iyli qidalarla birlikdə saxlamayın.

Qozda bakteriya toplana bilər?

Saxlanma şəraitinə diqqət etmədiyiniz zaman kiflənmə görünə bilər. Bu da müxtəlif mikroorqanizmlərin vücuda daxil olmasına yol açar. Bu səbəbdən təzə qoz tez istifadə edilməlidir.

Qozun faydaları və zərərləriBəs qozun zərərləri varmı?

Faydaları qədər zərəri də ola bilər. Həddindən çox istifadə edildiyi təqdirdə oksalat səbəbiylə böyrək daşına yol aça bilər. Həmçinin bu qidaya qarşı allergiyası olan insanlar var ki, onların istifadəsi tövsiyə edilmir. İstənilməyən nəticələr doğura bilər. Ağız qaşınırsa, udqunmada çətinlik olarsa bu qoza qarşı allergiyanın əlaməti ola bilər. Diqqət edilmədiyi təqdirdə şok yaradaraq ölümlə nəticələnə bilər.

Həmçinin çox istifadəsi ishala və mədə bulantısına yol aça bilər.

Qeyd edək ki, nəfəs borusuna anidən keçə biləcəyi üçün kiçik uşaqların istifadəsi zamanı ehtiyyatlı olmalısınız.


DOKTORINFO.AZ
Sağlam Qida       Tarix: 26 iyul 2026

Oxşar xəbərlər

Ən yaxşı vitamin kompleksi hansıdır? - Bunları bilmək vacibdir

Düzgün qidalanmağa diqqət yetirən birisinizsə, vacib vitamin və minerallar tərkibli qidaları yemək haqqında müəyyən qədər fikriniz ola bilər. Vitaminlər və minerallar sağlamlıq üçün gərəklidir və düzgün qidalanmaq vücudunuzu

İtburnunun faydaları və zərərləri

İtburnu xalq arasında xüsusilə bitki çayı kimi sevilərək içilir. Qrip və buna bənzər qış xəstəliklərinə qarşı qalxan rolunu oynayır. Bu bitki həmçinin tənəffüs yolu xəstəliklərinə qarşı olduqca faydalıdır. Payız-qış aylarınd

Nar çiçəyinin faydaları

Nar çiçəyi nədir?. Nar çiçəyi, Çin tibbində əhəmiyyətli yeri olan, faydaları ilə diqqət çəkən bitki növüdür. xəbər verir ki, nar meyvəsi yaranarkən öncə çiəkləri açar. Nar çiçəkləri gözəl görüntüyə sahib olduqları kimi qid

Qan artıran qidalar

Anemiya, qana rəngini verən və oksigenin hüceyrələrə daşınmasını təmin edən protein olan hemoqlabinin normal səviyyənin altına düşməsi vəziyyətidir. xəbər verir ki, qanazlığının bir çox səbəbi ola bilər. Düzgün qidalanmama

Badamın faydaları

Tərkibi bir çox vitaminlərlə zəngin olan badamın faydaları tükənməzdir. xəbər verir ki, ləzzəti ilə bir çox insan tərəfindən bəyənilərək yeyilir və həmçinin hazırlanan şirniyyatlarda istifadə edilir.Gündə 25 ədəd çiy olara

Şalfeyin faydaları

Adaçayı nədir?. Ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər verir ki, adaçayı, digər adı ilə sürvə dünya mətbəxlərində çox istifadə edilən aromaya sahib bitki növüdür. Bəzi insanlar rus dilindən götürülm

Qırmızı soğanın faydaları

Qırmızı soğan digər soğan növü kimi olduqca faydalıdır. Ancaq digər növlə müqayisədə daha şirindir, acılığı azlıq təşkil edir. Bu tərəvəzin bənövşəyi rəngi vardır. Bu səbəbdən adətən yeməklərdə az istifadə edilir. Buna səbə

D vitamini olan qidalar

D vitamini, vücudumuzun sağlam inkişafı üçün kritik əhəmiyyətə sahibdir. Günəş vitamini olaraq da bilinir. Sağlam sümüklərdən immun sisteminin inkişafına qədər bir çox orqan üçün təsirlidir. Vitamin tərkibli qidalar siyahıs

Zoğalın faydaları

Zoğal insan orqanizmi üçün faydalı olan qidalardan biridir. xəbər verir ki, dadı ilə bəziləri sevməsə də sağlamlıq üçün olduqca yeyilməsi vacib olan meyvələrdən biridir. Təbii antioksidant olan zoğalın faydaları nələrdir?


masaj yuxuda qarin agrisi babasil mualicesi tecili yardim dis agrisi
masaj
is elanlari