Ana südünün faydaları

Ana südünün faydalarıSaymaqla bitməyəcək qədər faydası olan ana südü, həm pul tələb etməyən, həm də hər zaman yeni və ideal istilikdə olan qidadır.

Doktorinfo.az xəbər verir ki, həkimlər ilk 6 ayda sadəcə ana südü ilə qidalanmağın, süd verməyin 2 yaşa qədər davam etməsini tövsiyə edirlər. Bu, uşağın böyüməsi, immun sisteminin inkişafı və xroniki xəstəliklərin qarşısının alınması cəhətdən mühümdür.

Ana südü körpələr üçün ideal qida qaynağıdır. Doğuşdan sonra ilk altı ay ana südü vacibdir. Bu müddət 2 yaşa kimi uzadıla bilər. Bununla uşaqlar bütün qida ehtiyaclarını qarşılayır. 6 aydan sonra isə ana südü ilə yanaşı əlavə qidalara da müraciət edilməlidir.

Ana sudunun qida deyeri nedir?
Ana südünün faydalarıAna südü, körpənin sağlam böyümə və inkişafı üçün gərəkli bütün qida dəyərlərinə sahibdir. Tərkibində təxminən 87 faiz su, proteinlər, yağlar, omega 3 və omega 6 yağ asitləri, karbonhidratlar, A, D, E, K vitaminləri və minerallar vardır. Bu zəngin tərkib körpənin enerji ehtiyacını qarşılayır.

Ana südünün faydaları nələrdir?

İmmun sistemini gücləndirir – Ana südündəki antikorlar, uşağı infeksiyalara qarşı qoruyur.
Həzmi asanlaşdırır – Körpənin həssas həzm sisteminə ən uyğun qidadır.
Allergik reaksiyanı azaldır – Ana südüylə qidalanan körpələrdə allergiya və astma riski daha aşağıdır.

Beyin inkişafını dəstəkləyir – Özəl yağ asitləri sayəsində körpənin beyin inkişafına müsbət təsir göstərir.

Xroniki xəstəlik riskini azaldır – Piylənmə, diabet, ürək xəstəliyi kimi xəstəliklərə qarşı qorumanı təmin edir.

Süd vermənin uşaqlar üçün çoxlu faydası vardır:

Əmizdirmə, körpələrin həzm sisteminin sağlam inkişafına dəstək olur

Qəbizlik kimi həzm problemlərini azaldır

Körpələrdə tənəffüs yolu infeksiyaları

Orta qulaq infeksiyaları

Piylənmə və

Allergik xəstəliklər kimi problemlərin görülmə sıxlığını azaldır.

Ana sudu hansi xesteliklere qarsi qoruyur?
Ana südünün faydalarıTənəffüs yolu infeksiyaları – Bronxit, qrip kimi tənəffüs yolu infeksiyalara yoluxma riskini azaldır.

Mədə-bağırsaq infeksiyaları – İshal, qusma kimi həzm sistemi narahatlıqlarına qarşı qoruyur.

Orta qulaq iltihabları – Qulaq infeksiyası riskini aşağı salır.

Allergik xəstəliklər – Astma, ekzema kimi allergik xəstəliklərə yoluxma riskini azaldır.

Piylənmə - Riski aşağı salır.


DOKTORINFO.AZ
Sağlam Qida       Tarix: 09 avqust 2024

Oxşar xəbərlər

Nar qabığının faydaları

Hər mövsüm meyvəsini öz zamanınızda yemək insan orqanizmi üçün olduqca faydalıdır. Nar kimi onun qabığı da faydalıdır. xəbər verir ki, adətən meyvə qabığı yeyildikdən sonra qabığı atılır. Aparılan araşdırmalara görə, meyv

Kivinin faydaları və zərərləri

Qış aylarında çox istifadə edilən meyvələrdən biri olan kivi, C və K vitamini cəhətdən olduqca zəngindir. Kivinin faydalarından bəhs edərkən sağlamlıq cəhətdən olduqca yararlı meyvə olması diqqətə çatdırılmalıdır. Tərkibind

Qırmızı soğanın faydaları

Qırmızı soğan digər soğan növü kimi olduqca faydalıdır. Ancaq digər növlə müqayisədə daha şirindir, acılığı azlıq təşkil edir. Bu tərəvəzin bənövşəyi rəngi vardır. Bu səbəbdən adətən yeməklərdə az istifadə edilir. Buna səbə

Əncirin faydaları nələrdir?

Yumşaq və şirin əncir bir çox ləzzətli və ya şirin reseptlərdə təqdim olunan meyvədir. xəbər verir ki, əncir antioksidantlar, minerallar və liflə zəngindir. Araşdırmalara əsasən, əncirin həm qurudulmuş, həm də təzə formad

Ən yaxşı vitamin kompleksi hansıdır? - Bunları bilmək vacibdir

Düzgün qidalanmağa diqqət yetirən birisinizsə, vacib vitamin və minerallar tərkibli qidaları yemək haqqında müəyyən qədər fikriniz ola bilər. Vitaminlər və minerallar sağlamlıq üçün gərəklidir və düzgün qidalanmaq vücudunuzu

Mixəyin faydaları və zərərləri

Kiçik və odunabənzər quruluşu olan mixəyin insan sağlamlığı üçün bir çox faydaları var. xəbər verir ki, həzm sistemini tənzimləyən mixək, eyni zamanda ağız gigiyenasında da istifadə edilir. Kəskin dadı olan mixək, xoş qoxus

Qatığın faydaları və zərərləri

Qatıq, vitamin və minerallarla zəngin tərkibi və ləzzəti ilə sevilən qidadır. Protein tərkibli yüksək qidadır. Əlavə qidaya başlayan körpələrə də verilir. Zəngin kalsium tərkibi olan qatığın içərisində potassium, kalsium

Cəfərinin faydaları nələrdir?

Cəfəri, həm mətbəxdə ləzzət qatıcı bir ədviyyat olaraq istifadə edilən həm də sağlamlıq cəhətdən bir çox faydası olan bitkidir. xəbər verir ki, A, C, K və E vitaminləri, potassium, kalsium, demir və maqnezium kimi mineralla

Zoğalın faydaları

Zoğal insan orqanizmi üçün faydalı olan qidalardan biridir. xəbər verir ki, dadı ilə bəziləri sevməsə də sağlamlıq üçün olduqca yeyilməsi vacib olan meyvələrdən biridir. Təbii antioksidant olan zoğalın faydaları nələrdir?


masaj yuxuda qarin agrisi hamilelik testi tecili yardim tecili tibbi yardim
masaj
is elanlari