E vitamininin faydaları

E vitamininin faydalarıE vitamini, vücudun gündəlik funksiyalarının yerinə gətirə bilməsi üçün gərəkli olan tokoferol olaraq da adlandırılan təməl vitamin növlərindən biridir.

Doktorinfo.az xəbər verir ki, A, D, K vitaminləri kimi E vitamini də yağda həll olur və qaraciyərdə bir miqdar toplanılır. Qidalarla birlikdə alındıqdan sonra incə bağırsaqlardan sovrulan bu vitamin, qaraciyərdə toplana bilmə xüsusiyyəti səbəbiylə əksikliyi suda həll olunan vitaminlərlə müqayisədə daha nadir görülən bir qida nümunəsidir. Qaraciyərə əlavə olaraq ürək, böyrəklər, böyrəküstü vəzləri, əzələlər və toxumalarda da bir miqdar E vitamin toplana bilər. Səkkiz fərqli növü mövcud olan bu vitaminin insan vücudunda istifadə edilə bilən tək forma, alfa tokoferol olaraq adlandırılan növüdür. Bitki yağları, dəyərli yağ tərkibli qidalar E vitamininin təməl qaynaqları arasında yer alır. Gündəlik E vitamini kişilər üçün 10 mg, qadınlar üçün 8 mg miqdarındadır. Uşaqlar üçün isə gündəlik miqdar yaşa uyğun 3-10 mg aralığında dəyişir. Əksikliyi zamanı bəzi problemlər ortaya çıxır.

E vitamininin faydalari nelerdir?

Hüceyrə zədələrinin qarşısını alır: Antioksidant xüsusiyyəti sayəsində E vitamini, sərbəst radikalların hüceyrələrə zərər verməsini və xərçəngləşməyə yol açmasının qarşısını alır.

Dərini qocalmağa qarşı qoruyur: Dəri sağlamlığı üçün vacib olan E vitamini, dərinin nəm tarazlığının qorunmasına, yara və yanıq izlərinin sürətli şəkildə yaxşılaşmasına, qırışıqlıqların və digər dəri problemlərinin qarşısını almağa kömək edir. Bir çox kosmetik məhsulların tərkibində yer alır.

Saç və dırnaq sağlamlığını inkişaf etdirir: E vitamini, saçların sağlam və sürətlə uzanmasını, eyni zamanda qırılmağa və qoparaq tökülməyə qarşı dayanıqlı quruluşunun olmasına yardım edir. Dırnaq sağlamlığı cəhətdən də müsbət effektləri olan E vitamini dırnaqların saralmasını, çatlamasını və soyulmasının qarşısını alarkən sağlam formada uzanmasına kömək edir.

İmmun sisteminin güclənməsində rol oynayır. Orqanizmi infeksiyalara qarşı qoruyur.

Vücudda sərbast radikalların hərəkətinin qarşısını alaraq orqanlara zərər verməsindən qoruyur.

Ekzema, sədəf kimi xəstəliklərin təsirinin azalmasına kömək olur.
E vitamininin faydalarıHansı qidalarda mövcuddur?

Zeytun yağı, fındıq yağı kimi bitki tərkili məhsullar,

Fındıq, badam, qoz, tum,

İspanaq, kəvər, kələm, brokoli kimi tərəvəzlər,

Toyuq əti,

Balıq növləri,

Kərə yağı,

Yumurta.

E vitamini əksikliyi nələrə yol aça bilər?

E vitamini əksikliyi nadir görülən vəziyyətdir və sinir sistemi üzərində sinir ağrısı kimi problemlərə səbəb ola bilər. Həmçinin həzm prosesində bir sıra problemlər yarana bilər.

Bəs artıq olması hansı problemləri yarada bilər?
E vitamininin faydalarıUyğun miqdarda qəbul olunduğu zaman problem meydana çıxmaz. Ağızdan həb formasında artıq qəbul olunduğu zaman ishal, bağırsaq sancıları, görmə pozğunluğu, səpkilər, ürək bulantısı, baş ağrısı kimi əks təsirlər yarana bilər. Həddindən artıq qəbulu, demans, xərçəng kimi bir sıra xəstəliklərin yaranma ehtimalını azaltsa da daxili orqanlar üçün artışın zərərli olduğu bildirilir.

E vitamininin başqa dərmanlarla istifadəsinin təsiri:

Bəzi dərmanların istifadəsi şəxsdə E vitamini səviyyəsinə təsir edə bilər. Anti-şiş antibiotiklər, kimyaterapiya dərmanları ilə birlikdə istifadəsi düzgün deyil. Həmçinin anti-trombosit dərmanları ilə birlikdə E vitamininin istifadəsi şəxsdə qanaxma riskini artıra biləcəyi üçün diqqətli olmaqda fayda vardır.


DOKTORINFO.AZ
Sağlam Qida       Tarix: 03 avqust 2024

Oxşar xəbərlər

Kartof qabığının faydaları

Kartof insan orqanizmi üçün faydalı tərəvəz hesab edilir. Aparılan araşdırmalara görə, kartofun özü qədər də qabıqları da faydalıdır. Bəs kartof qabığının faydaları nələrdir?. Kartof qabığının çayından istifadə edərək bi

Narın faydaları və zərərləri

Nar, ləzzəti və görüntüsü ilə bir çox qida və salatlarda istifadə edilir. Sağlamlıq cəhətdən isə olduqca faydalıdır. Güclü antioksidantdır və bir çox xəstəliyə qarşı qoruyucu xüsusiyyəti mövcuddur. xəbər verir ki, tərkibind

Kompüter arxasında çalışanlar nece qidalanmalıdırlar?

Hazırda kompüterlə iş yetəri qədərdir. Ancaq kompüterin insan sağlamlığına eləcə də gözlərə və beyinə zərəri olduqca çoxdur. xəbər verir ki, kompüterlə işləmək beyin fəaliyyətini artıran işlərdən hesab edilir. Az məluma

Tut qurusunun faydaları və zərərləri

Həm çiy halda, həm də qurudulmuş olaraq istifadə edilə bilən tut, qan dövranını sürətləndirir, immunitet sistemini gücləndirməyə, ürək xəstəlikləri və iltihabın qarşısını almağa kömək olur. Əksər zaman qurudulub atışdırmalı

Şalfeyin faydaları

Adaçayı nədir?. Ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər verir ki, adaçayı, digər adı ilə sürvə dünya mətbəxlərində çox istifadə edilən aromaya sahib bitki növüdür. Bəzi insanlar rus dilindən götürülm

Qan artıran qidalar

Anemiya, qana rəngini verən və oksigenin hüceyrələrə daşınmasını təmin edən protein olan hemoqlabinin normal səviyyənin altına düşməsi vəziyyətidir. xəbər verir ki, qanazlığının bir çox səbəbi ola bilər. Düzgün qidalanmama

Qozun faydaları və zərərləri

Qoz, hər zaman "beyin yeməyi" olaraq qəbul edilir. Bəlkə quruluşunun da beyinə bənzəmə səbəbi budur. Yağ, protein və lif qaynağıdır. Ürək və sümük sağlamlığını qoruyur və uyğun çəkidə qalmağa kömək edir. Bir ovu

Şabalıdın faydaları və zərərləri

Şabalıd, qış aylarında və soyuq havalarda sevilən və ağıla gələn ilk qidalardan biridir. Bir çox fərqli formalarda yeməklərdə istifadə edilən qida, çiy, qızarmış, qovrulmuş şəkildə də yeyilir. Kalori baxımından aşağı dəyərdədir

Xurmanın faydaları və zərərləri

Xurma, tünd rəngi olan və ağacda yetişən meyvədir. Daha çox isti və quru iqlim olan sahələrdə yetişir. İnsan sağlamlığı üçün çox faydalıdır. Yüksək qida dəyəri, normal doğuşu asanlaşdırması və antioksidant təsiri olaraq bilinir


masaj yuxuda sekis mede agrisi dis agrisi qarin agrisi
masaj
is elanlari