XQ analizi nədir?

XQ analizi nədir?Hamiləlik bir çox üsullarla təsdiq edilə bilər. Ən çox istifadə edilən üsullardan biri isə testlər və qan analizidir. Testlərin yanılmaq payı olsa da ən doğru cavabı qan analizi ilə əldə edə bilərsiniz.

Doktorinfo.az xəbər verir ki, bu XQ analizidir. Laboratoriyalarda verilən hamiləliyi müəyyən edən analizin əsas məqsədi, qanda xorionik qonadotropin (XQ) hormonunun miqdarını təyin etməkdir. XQ hamiləlik zamanı yaranan hormondur və bunu qan testi ilə müəyyən edə bilərsiniz.

Hamiləlik analizi yalançı hamiləlik zamanı da yaranır sadəcə göstəricilər fərqli olur.

XQ qadın orqanizmində yalnız hamiləlik dövründə rast gəlinir. Hamiləliyin müxtəlif dövrlərində, eləcə də iki müxtəlif orqanda sintez olunur. Bu hamiləliyin birinci yarısında mayalanmış yumurta hüceyrədə, ikinci yarısında isə – trofoblastda. Orqanizmdə mayalanma baş verən andan etibarən yaranıb yüksəlməyə başlayır.
XQ analizi nədir?XQ-nin qanda səviyyəsi sıfır olur.Mayalanmadan yeddi gün sonra artıq 50 BV/l-ə yüksəlir.

Sidikdə və qanda XQ analizini təyin etmək olar. Sidikdə hormonun səviyyəsinin təyini çox da həssas deyil, amma hamiləliyin olub-olmamasını bilmək üçün kifayətdir.
Qanda XQ-nin səviyyəsini öyrənmək isə eyni zamanda hamiləliyin hansı dövrdə olduğu, həmçinin normal göstəriciləri də təqdim edir.

Müayinənin nəticələrini həkim dəqiq deməlidir.

Hamiləlik müddətinə görə XQ analiz göstəriciləri:

Birinci həftə 5,3-50 BV/l

İkinci həftə 50-500 BV/l

Üçüncü həftə 101-4870 BV/l

Dördüncü həftə 1110-31500 BV/l

Beşinci həftə 2560-82300 BV/l

Altıncı həftə 23100-151000 BV/l

Yeddinci həftə 27300-233000 BV/l

8-11-ci həftə 20900-291000 BV/l

12-16-cı həftə 6140-103000 BV/l

17-21-ci həftə 4720-80100 BV/l

22-39-cu həftə 2700-78100 BV/l

Qeyd edək ki, bəzi hallarda XQ səviyyəsi aşağı göstəricidə qalır. Bu isə normal hamiləlik üçün normal hesab edilmir.
XQ analizi nədir?XQ-nin səviyyəsini aşağı salan vəziyyətlər:

Hamiləlik müddətinin artması

Ölmüş döl

Dölün inkişafının zəif olması

Yalançı hamiləlik
XQ analizi nədir?Uşaqlıqdankənar hamiləlik

Bəzi vəziyyətlərdə isə XQ səviyyəsi yuxarı qalxır:

Diabet

Gecikmiş və ya erkən toksikoz

Çoxdöllü hamiləlik və s.


DOKTORINFO.AZ
Hamiləlik       Tarix: 24 iyul 2024

Oxşar xəbərlər

20 həftəlik hamiləlik

20 həftəlik, 4 aya yaxın hamiləlik müddəti olaraq hesablanır. xəbər verir ki, hamiləlik müddəti ortalama 40 həftədir. 38-42 həftə arasında dəyişə bilməkdədir. 20 həftəlik hamiləlik uşağın çəkisi və boyu nə qədərdir?. 20 həftəli

Hamiləlikdə tonus

Hamiləlik müddətində qadınlar bir çox problemlə üzləşirlər. xəbər verir ki, bunlardan biri də həkimlərin qoyduğu "tonus" diaqnozudur. Həkimlərin dediyi "Uşaq tonusdadır" diaqnozu geniş yayılıb. Uşaqlı

Hamiləlikdə appendisit

Hamiləlikdə appendisit diaqnozu digər xəstələrə görə daha çətindir, çünki böyüyən uşaqlıq appendiks orqanını itələyərək yerini dəyişdirər. xəbər verir ki, appendiks normalda qarının sağ alt qisimində tapılır, yoğun bağırsa

Əkiz hamiləlik nədir? - Yarana biləcək problemlər

Əkiz hamiləlik, bir yumurtanın mayalanıb 2 və ya daha çox embriona bölünməsi ya da iki fərqli yumurtanın ayrı spermlər ilə mayalanması nəticəsində eyni hamiləlikdə iki dölün olması mümkündür. Genetik faktor da əkiz hamiləlikd

30 həftəlik hamiləlik

30 həftəlik hamiləlik neçə aylıqdır?. Ana namizədlərinin ən maraq doğurduğu mövzuların başında 30 həftə hamiləliyin neçə aylıq olduğudur. xəbər verir ki, 30 həftə hamiləlik 210 günlük deməkdir. Ana namizədi 7 aylıq hamilədir

Hamiləlik hesablanması

Hamiləliyin hesablanması son menstruasiya tarixinə və normal hamiləlik müddətinin 40 həftə olduğuna əsaslanır. məlumat verir ki, hamiləliyin hesablanması doğum tarixini proqnozlaşdırmaq və hamiləliyin inkişafını izləmək üçü

Doğuşdan sonra cinsi münasibətə nə zaman başlanılmalı?

Hamiləlik müddəti bir qadının həyatında, vücudunda və duyğusal mənada fərqliliklərə səbəb ola bilir və bunun olması normaldır. xəbər verir ki, bu dəyişikliklərdən biri də doğuşdan sonra cinsi münasibətdir. Bes dogusdan sonr

Hamilə qadınlar belə qidalanmalıdır

Hamiləlik dövründə bir qadının qida ehtiyacları dölün böyüməsini və inkişafını dəstəkləmək üçün dəyişir. Balanslaşdırılmış pəhriz həm ananın, həm də körpənin sağlamlığını təmin etmək üçün çox vacibdir. -a istinadən bildiri

Ana südünü artıran qidalar

Düzgün qidalanmaq hər zaman sağlam yaşamaq üçün vacibdir. Bununla yanaşı bəzi qidaları əksik etməmək lazımdır. xəbər verir ki, xüsusilə də dünyaya uşaq gətirən analar üçün sağlam qidalanmaq uşağa baxım üçün gərəklidir. Çünk


masaj yuxuda mede agrisi babasil mualicesi bogaz agrisi sekis
masaj
is elanlari