Hamiləlikdə ödəm

Hamiləlikdə ödəmhamiləlikdə ödəm problemi yaşamaq, hamiləlik zamanı yaşanılan ən vacib çətinliklərindən biridir.

Doktorinfo.az xəbər verir ki, vücudda yaşanan şişlik olaraq adlandırılan ödəm, əslində vücudun su tutmasından qaynaqlanır. Xüsusilə əllər, ayaqlar, hətta üzdə yaşanılan şişkinlik bəzən o qədər çətin ola bilər ki, əlləri bağlamaqda, ayaqda durmaqda çətinlik yaşana bilər.

Hamiləykən daha çox su için

Hamilə bir qadının gündəlik su ehtiyacı, hamilə olmayanların su ehtiyacına görə daha artıqdır. Suyun hamiləlikdəki vəzifələrindən biri, uşaq böyüyərkən ona gərəkli dəstəyi təmin etmək və doğuşa hazırlamaqdır. Təbii çox su içildiyində alınan bu maye artığının bir qismi vücud tərəfindən içəridə tutulur və hamiləlik müddətində ananın aldığı çəkilərin bir qismi bu vücud tərəfindən tutulan maye artığıdır.

Hamilelikde odem nedir?

Hamiləlik müddətində qadınların damarlarında dolaşan qanın həcmi təxmini olaraq 100-də 50 miqdarında artır. Artan qan həcmiylə birlikdə damarlarda da bir miqdar genişləmə olur. Artıq mayenin bir qismi toxuma içərisində, hüceyrələrin arasında toplanır. Bu vəziyyətdə yaranan şişliklərə ödəm adı verilir. Bütün hamilələrin təxminən 90 faizində ödəm görülür.

Az duz deyil, yetəri qədər duz qəbul edin

Şişliklərin bir digər səbəbi də qidalanma vərdişləridir. Çox artıq şişlik problemi yaşayanların əhəmiyyətli qisminin yetəri qədər protein almadıqları müşahidə edilib. Gərəkli olan protein, ət və bənzəri qida maddələriylə alına biləcəyi kimi gündə ən az 1 lt süd ya da süd məhsullarını istifadə etməyiniz də yetərli ola bilər.

Bəzi mütəxəssislər artıq miqdarda duzun, su tutulmasına və şişliyə səbəb olduğunu düşünür, ancaq bunun əksi olduğu da doğrudur. Az duz qəbulu da ödəm yarada bilər.

Hamiləlikdə ödəmin qarşısı necə alınır?

Hamilləlikdə ödəm, hamiləlik müddəti dəyərləndirildiyində normal olaraq qarşılanmasına ehtiyac olan vəziyyətdir. Ödəm çəki artığı kimi görülməməlidir. Amma daha artıq ödəm olmasının qarşısını almaq üçün tədbirlər görülməlidir.

Ayaqlarınızı havaya qaldırın və dincəlin

Hamiləlikdə yorulmağınız və ayaqlarınızın şişməsi normal vəziyyətdir. Gün ərzində vaxt tapdıqca ayağınızı bir stulun üzərinə qoyaraq bir müddət havaya qaldırın. Ayaqlarınızı düz uzadaraq dincəldin və mümkünsə altına bir yastıq ya da yüksəkliyə qoymağı təmin edin.
Hamiləlikdə ödəm

Bol-bol uzanın, dincəlik, yatın

Hamiləlikdən sonra doğuşla birlikdə dincəlmə ya da yuxu xəyal olaraq qalacaq.

Maye qəbul edin

Su içmək, şişliyi artırmaz, tam əksinə azaldır. Gündə ən az 8-10 stəkan su içməyə diqqət göstərin.

Qısa gəzintilər edin

Hamiləlikdə çox görülən digər problemlər kimi şişliklər də mütəmadi idmanla məşğul olub gəzinti edənlərdə yüngül seyr edilir.

Yüngül və rahat geyimlər seçin

Vücudu sıxan və yapışan, hava aldırmayan hər növ geyimdən uzaq durun. Tərlətməyən parçaları seçin. Qat-qat amma yüngül geyinin. Rahat və topuqsuz ayaqqabı geyinin. Şişliklər varsa və narahat edirsə varis corabı geyməyiniz faydalı ola bilər.

Hamiləlikdə ödəm, əksər zaman zərərsiz bir vəziyyətdir hətta gözlənilən vəziyyətdir. Ancaq hamiləlikdə gizli şəkər ya da yüksək təzyiq əlaməti də ola bilər. Bu səbəbdən həkim müayinələrini zamanında edin.


DOKTORINFO.AZ
Hamiləlik       Tarix: 19 avqust 2024

Oxşar xəbərlər

Hamiləliyi asan keçirməyin üsulları

Hamiləlik 9 aylıq müddəti əhatə edən perioddur. Hamiləliyi hər qadın bir formada keçirir. xəbər verir ki, yay ayında isə hamiləlik daha çətin keçir. İsti havaların yaratdığı çətinliklərlə çətin nəfəs alma, yorğunluq, halsızlı

Qeysəriyyədən sonra hamiləlik

Sağlam hamiləlik 40 həftə davam edir. Düşük isə hamiləliyin 20 həftədən öncə özlüyündən sonlanması olaraq xarakterizə edilir. xəbər verir ki, ana bətnindəki körpənin itirilməsinə yol açan düşüklərin 80 faizindən artığı, il

Hamiləlikdə burun qanaxması

Hamiləlikdə burun nə üçün qanayır? Bu təhlükə kəsb edirmi?. Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. Burun qanaxması həm normal müddətdə həm də hamiləlikdə tez-tez qarşılaşılan problemlərdən biridir. Bi

30 həftəlik hamiləlik

30 həftəlik hamiləlik neçə aylıqdır?. Ana namizədlərinin ən maraq doğurduğu mövzuların başında 30 həftə hamiləliyin neçə aylıq olduğudur. xəbər verir ki, 30 həftə hamiləlik 210 günlük deməkdir. Ana namizədi 7 aylıq hamilədir

Hamiləlik testi müsbətdir, amma döl yoxdur... - Boş hamiləlik nədir?

Boş hamiləlik, mayalanan yumurta rəhm içinə yerləşir, ancaq embriona çevrilmədiyi zaman baş verən düşmədir. Embrion olmasa da vücud hamiləlik hormonu koryonik gonadotropin istehsal etməyə davam edər. Bu müddətdə mədə bulantısı

Hamiləlikdə qan artıran qidalar

Hamiləlik əsnasında qadınlarda anemiya probleminə tez-tez rastlanılır. xəbər verir ki, ən çox qarşılaşılan anemiya növü isə dəmir əksikliyidir. Hamilələrdə dəmir əksikliyinə bağlı olaraq və itirilən qanın yerinə qoyulmamas

Hamiləlik hesablanması

Hamiləliyin hesablanması son menstruasiya tarixinə və normal hamiləlik müddətinin 40 həftə olduğuna əsaslanır. məlumat verir ki, hamiləliyin hesablanması doğum tarixini proqnozlaşdırmaq və hamiləliyin inkişafını izləmək üçü

32 həftəlik hamiləlik

Hamiləliyin hər həftəsi, ayı ana və uşaq üçün əhəmiyyət kəsb edir. xəbər verir ki, 32 həftəlik hamiləlik əslində 30 həftəlik yəni 7,5 aylıq hamiləlik deməkdir. 32 həftəlik hamiləlikdə doğuşa nə qədər qalır?. 32 həftəlik zaman

Hamiləlikdə Herpes virusu təhlükəlidir?

Hamiləlikdə yaşanılan problemlərdən biri dərinin müxtəlif nahiyələrində yaranan uçuqlar, səpkilərdir. Herpes simpleks olaraq bilinən bu problemə səbəb olan virus təmas yolu ilə hamiləyə yoluxduğu zaman diqqətli olmaq vacibdir


masaj yuxuda hamilelik testi qarin agrisi babasil mualicesi mede agrisi
masaj
is elanlari