Skolioz nədir?

Skolioz nədir?Skolioz onurğa sütununda yaranan əyilmədir.

Doktorinfo.az xəbər verir ki, uşaqlarda qamət pozğunluğu adətən boy artımı zamanı yaranır. Bu zaman digər orqanlarda da dəyişikliklər baş verir. Daha sonra isə orqanların funksional pozğunluğu yaranır.

Uşaqlarda daha çox skolioza rast gəlinir. Bəzən həkimə aparıldıqda isə əyilmənin miqdarı çox olur.

Skoliozun bir nece novu movcuddur.

Skoliozun elametleri nelerdir?

Kürək sümüklərinin asimmetriyası

Qamət pozğunluğu

Hündürlük fərqləri

Tənginəfəslik

Hərəkət çətinliyi

Yorğunluq

Bədən quruluşunda yaranan deformasiya

Digər orqanların zədələnməsi və s.

Skoliozun sebebleri nelerdir?

Poliomielit
Skolioz nədir?Onurğa beyininin zədələnməsi

Maddələr mübadiləsinin pozulması

Doğuş travmaları

Ağır yük qaldırma

Yanlış fiziki hərəkətlər

Yanlış əyilmə və s.

Skoliozun müalicəsi dərəcəsinə uyğun olaraq təyin edilir.

Skoliozun müalicəsi

Bu, konservativ və cərrahi yolla mümkündür. Cərrahi üsul ən son seçimdir və bunun olmaması üçün zamanında düzgün diaqnoz qoyulmalı və erkən müalicəyə başlanılmalıdır.

20 dərəcənin altında və sümükləşmə inkişafi tamamlanmaya yaxın xəstələrdə sadəcə müşahidə, idmanlar və müəyyən aralıqlarla nəzarət yetərlidir. Əgər pasiyentdə skolioz yüngül dərəcəlidirsə bu zaman gənc pasiyentlər 6-12 ay fasilələrlə yoxlanılmalıdır. Daha şiddətli olanlar isə 3-4 ayda bir dəyərləndirilməlidir.

Bundan əlavə skoliozun korsetlə müalicəsi mümkündür.

Burada məqsəd əyriliyin artmasının qarşısının alınmasıdır. 25 dərəcənin üstündə olduğu ve böyümənin davam etdiyi uşaqlarda faydalıdır.

Skolioz zamanı müntəzəm idmanla məşğul olmaq əhəmiyyətlidir. Sadəcə idman ilə isə skoliozun qarşısını almaq mümkün deyildir. İdmanla yanaşı fizioterapiyanın da skolizda əhəmiyyəti və faydası böyükdür.

Cərrahi seçim nə zaman edilir?

Əgər əyrilik 50 dərəcənin üzərindədirsə və uşaq hələ də büyüyürsə əksər hallarda skoliozlar cərrahi əməliyyat olunur.

Qeyd edək ki, bəzi erkən başlanğıclı və andangəlmə skoliozlarda əyrilik 50 dərəcəyə gəlmədən öncə də cərrahi müalicə tətbiq olunmaqdadır.


DOKTORINFO.AZ
Xəstəliklər       Tarix: 28 oktyabr 2024

Oxşar xəbərlər

Xroniki xəstəliklər hansılardır?

Xroniki xəstəliklər xüsusilə yaşlı insanlar arasında daha çox yayılıb. Hərəkətsiz yaşayış tərzi, yanlış qidalanmaq, tütün məhsullarından istifadə, genetik faktorlar xroniki xəstəliklər üçün zəmin yaradır. Xroniki xəstəliklə

Talassemiya xəstəliyi

Tibb dilində "Talassemiya" olaraq bilinən "Aralıq dənizi anemiyası" irsi qan xəstəliyidir. xəbər verir ki, doğulan uşağa, ana və atasından "Beta talassemiya" geninin keçməsi ilə yaranan qalıc

Sinir xəstəlikləri əlamətləri

Sinir xəstəlikləri və ya nevroloji xəstəliklər, beyin, beyin sapı, ətraf sinir sistemi və əzələlərlə bağlı olan xəstəlikləri əhatə edir. Sinir sistemini əlaqələndirən bu xəstəliklərin cərrahi olmayan diaqnoz, müalicəsi nevroloqla

Bağırsaq ağrısının səbəbləri

Bağırsaq ağrısı bir çox insanların ortaq problemidir. Bagirsaq sistemində baş verən pozğunluqlar adətən bağırsaq sindromu, xroniki enterit, kron, qeyri-spesifik xoralı kolit zamanı yaranır. məlumat verir ki, ağrının səbəb

Ayaqda göbələk xəstəliyi

Ayaqda göbələk problemi, ayaqlarda qaşıntı və parlaq qırmızı səpkilərə səbəbiyyət verən infeksiyadır. xəbər verir ki, bu infeksiya, soyulma, yanma hissi, qızarıqlıq, su toplama, qaşıntı və yaralara səbəb olur. Çox görülə

Ayaq dırnağı xəstəlikləri

Dırnaq problemləri son zamanlar geniş formada yayılıb. məlumat verir ki, bunun bir çox səbəbləri mövcuddur. Bes ayaq dirnaq xestelikleri nelerdir?. Dırnaqların batması – Çox görülən problemlərdən biridir. Buna, dırnaqlar

Appendisitin əlamətləri və müalicəsi

Appendisitin iltihablanması olaraq bilinən appendisit, alt qarında ağrıya səbəb olan, partlama vəziyyətində bağırsaqlardaki bakteriyaların qarın boşluğuna və oradan qan dövranına yayılması ilə nəticələnə bilən kritik mövzudur

Kor bağırsaq ağrısı əlamətləri

Apendisit(Kor bağırsaq), təxminən 9 sm uzunluğunda olan kiçik, incə kisədir. Gövdənin sağ alt tərəfində yer alır. xəbər verir ki, apendisitin vücudda hansı funksiyanı yerinə yetirdiyi dəqiq bilinməsə də immunitet sistemiyl

Böyrək büzüşməsi (kiçilməsi) nədir?

Böyrək büzüşməsi, böyrəklərin ölçüsündə anormal formada olan kiçilmədir. Sağlam şəxslərin böyrəkləri 10-12 sm uzunluğunda, 5-6 sm genişliyində və 3-4 sm qalınlığındadır. Atrofik böyrək isə böyrəklərin nisbətən normal dəyərində


masaj yuxuda hamilelik testi sekis bogaz agrisi boyrek agrisi
masaj
is elanlari