Uşaqlarda uzanan, keçməyən öskürək

Uşaqlarda uzanan, keçməyən öskürəkXüsusilə payız və qış aylarında uşaqların bir çoxunda uzanan və keçməyən öskürəklər başlayır. Məktəb və bağçaların açılması ilə yoluxucu xəstəliklərin sayı durmadan artır. Xəstəliklər isə özünü ilkin olaraq öskürək, asqırmaq, boğaz ağrısı kimi əlamətlərlə biruzə verir. Bəzilərində tez keçsə də bir qismdə öskürək qalıcı hala çevrilir.

Uzanan öskürək nədir?

Doktorinfo.az xəbər verir ki, uşaqlarda 4 həftədən daha artıq davam edən öskürək uzanan öskürək ya da müqavimətli öskürək olaraq adlandırılır. Böyüklərdə bu müddət 6-8 həftə olaraq qəbul edilməklə bərabər uşaq ağciyəri olduqca həssas və tez zədələnməyə meyilli olduğundan uşaqlarda 4 həftənin üzərindəki öskürək, uzanmış öskürək olaraq qəbul edilir. Uzanmış öskürəkdə altda yatan səbəblər tapıla bilməz və ortadan qaldırılmazsa uşaqda qalıcı ağciyər zədələnməsi baş verə bilər. Bu səbəbdən uzanmış öskürəyi olan uşaqlarda mütləq səbəbin ortaya qoyulması və müalicəsinin edilməsi gərəklidir.

Hansı vəziyyətlər uzanan öskürəyə səbəb ola bilər?

Uşaqlarda həm üst tənəffüs yolu həm də aşağı tənəffüs yolu xəstəlikləri uzanan öskürək edə biləcəyi kimi bəzən tənəffüs xaricindəki faktorlar da uzanan öskürəyə səbəb ola bilər.

İnfeksiyalar uzanmış öskürəyin ən əhəmiyyətli səbəblərindən olub virus və bakteriyalara bağlı tənəffüs yolu infeksiyaları tamamilə müalicə edilə bilmədiyində uzanmış öskürəyə səbəb ola bilirlər. Xüsusilə bronxit, pnevmoniya kimi aşağı tənəffüs yolu infeksiyalarından sonra uşaqların ağciyərlərində bəlğəm toplanması olub ağciyər sönməsi ya da bronxların genişlənməsi inkişaf edə bilir və bu vəziyyət özünü uzanan öskürək olaraq göstərə bilir.
Uşaqlarda uzanan, keçməyən öskürəkUzanmış öskürəyin bir digər geniş yayılan səbəbi allergik qrip və astmadır. Xüsusilə gecə artan öskürəklərdə, uşaqda allergik orqanizm əlamətləri olduğunda və ailə üzvlərində astma və allergiya hekayəsi olması vəziyyətində bu xəstəliklər ağıla gəlməlidir. Kiçik uşaqlarda reflüksə bağlı öskürəklər də görülə bilər.

Uşaqlarda uzanan, keçməyən öskürək

5 yaşdan aşağı uşaqlarda yad cism hadisələrinə çox diqqət etmək gərəklidir. Fındıq, fıstıq, sərt qida yeyən zaman ya da uşağınızın ağzında muncuq, silgi kimi nəisə varsa anidən öskürmə və tənəffüsdə çətinlik ola bilər. Bu da, hava yollarına yad cismin qaçdığını göstərən ilkin əlamət hesab edilə bilər. Bu vəziyyətdə öskürək şiddətlənir və daha da artaraq xırıltılı hala gələ bilər.

Sağalmayan, keçməyən öskürəyin digər bir səbəbi də doğuşdan gələn ağciyər xəstəliklərdir. Ağciyərin quruluş problemləri, bəlğəm toplanması ilə cərəyan edən kistik fibrozis və doğuşdan tükcüklərin çalışmamasına bağlı yaranan primer siliyer diskinezi xəstəliyi də keçməyən öskürək yarada bilər.


DOKTORINFO.AZ
Uşaq xəstəlikləri       Tarix: 08 oktyabr 2024

Oxşar xəbərlər

Erkən yeniyetməlik nədir?

Uşaqlıqdan böyüklüyə keçiş müddəti yeniyetməlik olaraq adlandırılır. Uşaqların ən sürətli böyüdüyü müddətlərdən biri olan yeniyetməlikdə bədəndə sürətli dəyişimlər meydana gəlir. Bu müddətdə fizioloji dəyişikliklər mümkündür

Süd allergiyası

İnək südü geniş yayılan allergiya növlərindən hesab edilir. Süd allergiyası barədə ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. Sud allergiyasi nedir?. xəbər verir ki, süd allergiyası, inək, qoyun, keçi kimi heyvan

Kondisioner uşaqlara olarmı? - Pediatrdan açıqlama

Kondisionerin uşaqlar üçün zərərli olub-olmaması hər yay mövsümündə müzakirə edilən mövzulardan biridir. Bəzi mütəxəssislər bunun zərərli olmadığını dilə gətirsələr də bəziləri tam əks fikri təbliğ edirlər. xəbər verir ki

Uşaqlarda qripin təbii yolla müalicəsi

Qrip influenza A, B, C viruslarının səbəb olduğu qızdırma, baş ağrısı, burun axıntısı, halsızlıq kimi əlamətlərlə ortaya çıxan xəstəlikdir. İnfeksiya daha çox oktyabr, noyabr ayından sonra görülür. Dekabr, fevral ayında is

Uşağınızın tez-tez xəstələnməyinin səbəbi

Mütəmadi xəstələnən, öskürək krizləri yaşayan və oynayan zaman nəfəssiz qalan uşaqların bu narahatçılıqları allergik orqanizmdən qaynaqla bilir. xəbər verir ki, geniz ətinin səbəb olduğu problemlere bənzər əlamətlər verə

Uşaqlarda ürək xəstəlikləri

Ürək –damar xəstəlikləri böyüklərlə yanaşı uşaqlarda da görülə biləcək xəstəlik növüdür. xəbər verir ki, əksər valideyn isə məhz xəstəlik özünü artıq bariz biruzə verdiyi zaman həkimə müraciət edirlər. Bəs uşaqlarda hans

Uşaqlarda qulaq ağrısı

Uşaqlarda qulaq ağrısı yayılan xəstəliklər sırasındadır. xəbər verir ki, adətən körpələrdə və 3-4 yaş aralığı uşaqlarda daha çox görülür. Bes daha cox usaqlarda gorulen qulaq agrisinin sebebleri nelerdir?. Soyuqdəymə - B

Uşaqlarda qusma

Uşaqların həssas orqanizmi, bəzən qarşılaşdığı müxtəlif infeksiyalar, həzm sistemi pozğunluqları və ya digər narahatlıqlar səbəbiylə qusma kimi xoş olmayan vəziyyətlərlə qarşılaşılır. xəbər verir ki, uşaqlarda qusmağa nəyi

Uşaqlarda mədə bulantısının səbəbləri

Mədə bulantısı ağrısız, xoş olmayan qusma hissinə yaxın olaraq bilinən şikayətdir. xəbər verir ki, mədə bulantısı adətən kimyəvi xəbərdarlıq və ya hərəkətə bağlı yarana bilən tam olaraq səbəbi açıqlana bilməyən bir vəziyyətdir


masaj yuxuda cinsi xestelikler sekis mede agrisi boyrek agrisi
masaj
is elanlari