Uşaqlarda sistit
Uşaqlarda sistit xəstəliyi ən çox rastlanılan xəstəliklərdən hesab edilir.
Doktorinfo.az xəbər verir ki, hər yaşda görülsə də uşaqlarda da geniş formada yayılıb. Xüsusilə həyatın ilk bir ili, sidik yolu infeksiyaları böyrəklərdə qalıcı zədələnmələrə səbəb ola biləciyindən bu yaş ən riskli dövr təşkil edir. Müalicə olunmadıqda böyrək zədələnə bilər, bu da daha sonra ağırlaşmalarla nəticələnər.
Sistitin bir çox əlamətləri mövcuddur:
Heraret
Sidik gəlməsə də gəlirmiş hissi
Yanma
Göynəmə
Sidiye gedə bilməmək
Qusma
Ürək bulanması və s.
Oğlan uşaqlarında, sünnət dərisinin altında çoxalan bakteriyaların yaratdığı münbit şərait, infeksiya ehtimalını artırır. Bundan əlavə qızlarda yanlış gigiyena, soyuqlama, bakteriyalar, uzun müddət antibiotikdən istifadə də bu halı yarada bilir.
Aparılan araşdırmalara görə, 7 yaşınadək oğlanların 2%-də, qızların isə 8%-də, sidik yollarının infeksiyası görülür.
Bir yaşından kiçik uşaqlarda narahatlıq, çəki artmama, qusma, yuxusuzluq kimi simptomlar yaşanarsa sidik yolu infeksiyası ağıla gətirilə bilər.
Sidik yolu infeksiyası necə mualice edilməlidir?
Uşaq pediatr tərəfindən ətraflı müayinə edilməlidir. Sidik analizi alınmalıdır, sidikdə infeksiyanın, bakteriyanın olub-olmaması araşdırılmalıdır. Ehtiyac olarsaq qarın boşluğu USM olunmalıdır. Sidiyin əkilməsi ilə əsas problem araşdırılır və uyğun müalicəyə başlanılmalıdır.
Sidik yolu infeksiyaları yaradan bakteriya əksər zaman Escherichia coli olur.
Proteus mirabilis, Staphylococcus saprophyticus, Staphylococcus aureus, Pseudomonas növləri, Serratia marcescens, Citrobacter növləri, Staphylococcus epidermidis və s. sidik yollarının infeksiyasına səbəb yaradan digər mikroorqanizmalardır.
DOKTORINFO.AZ Uşaqlarda qasıq yırtığı nədir?
Uşaqlarda qasıq yırtığı nədir? . Əlamətləri və diaqnozu barədə ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. Uşaqlarda qasıq yırtığı, qarın içindəki toxuma və orqanların, qasıq kanalındakı doğuşdan gələn açıqlı
Tənbəl göz sindromu
Ambliopiya (Tənbəl göz sindromu), gözlərdən birinin görmə prosesində iştirak etməməsi kimi bilinir. xəbər verir ki, ambliopiya görmənin birtərəfli zəifləməsinin təməl səbəblərindən hesab edilir. Daha çox uşaqlıq dövrünü
Uşaqlarda diabet xəstəliyi
Vücudun qidalanma qaynağı olan şəkərin tənzimlənməsindəki vacib hormonların başında insulin gəlir. Şəkər xesteliyi yəni diabet, bu hormondakı pozulmalarla bağlı olaraq görülür. Adətən böyük xəstəliyi olaraq bilinsə də so
Uşaqlarda qusma
Uşaqların həssas orqanizmi, bəzən qarşılaşdığı müxtəlif infeksiyalar, həzm sistemi pozğunluqları və ya digər narahatlıqlar səbəbiylə qusma kimi xoş olmayan vəziyyətlərlə qarşılaşılır. xəbər verir ki, uşaqlarda qusmağa nəyi
İmpetiqo xəstəliyi
İmpetiqo xesteliyi nedir?. xəbər verir ki, impetiqo xəstəliyi bakterial dəri xəstəliyidir. Qabıqlı eroziyalarla xarakterizə edilir. Yoluxuculuğu yüksəkdir. Əsasən üz və ətraflarda yaranır. Burun ətrafında da səpgilər yaranır
Uşaqlara qoyulan yanlış diaqnozlar - Pediatrdan açıqlama
Müasir zamanda qatqılı qidalar, geni dəyişilmiş meyvələrdən istifadə sağlamlığa da təsirsiz ötüşmür. Bu, xüsusilə də uşaqlara təsir göstərir. Bəzi xəstəliklərin diaqnozu isə yanlış qoyulur. xəbər verir ki, pediatr-neonatolo
Uşaqlarda qulaq ağrısı
Uşaqlarda qulaq ağrısı yayılan xəstəliklər sırasındadır. xəbər verir ki, adətən körpələrdə və 3-4 yaş aralığı uşaqlarda daha çox görülür. Bes daha cox usaqlarda gorulen qulaq agrisinin sebebleri nelerdir?. Soyuqdəymə - B
Süd allergiyası
İnək südü geniş yayılan allergiya növlərindən hesab edilir. Süd allergiyası barədə ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. Sud allergiyasi nedir?. xəbər verir ki, süd allergiyası, inək, qoyun, keçi kimi heyvan
Ən yaxşı pediatr kimdir?
"Ən yaxşı həkim kimdir, "Dərdimizi kimə ünvanlayaq?" kimi suallar bir çoxlarının yaralı yeridir. Bu dəfə mövzumuzu "Bakıda ən yaxşı pediatr kimdir?" sualı ətrafında yazdıq. Bu barədə şəhərdə, sosia