Uşaqlarda miqren xəstəliyi
Uşaqlar arasında da miqren xəstəliyinə çox rast gəlinir. Qızlarda daha çox müşahidə edilir.
Doktorinfo.az xəbər verir ki, nevroloq Aynur Zeynalovanın sözlərinə görə, miqren, periodik olaraq təkrar edən xroniki ağrı hesab edilir.
Əsas göstəricisi isə ağrı verməsidir.
Nevroloq uşaqlarda yaranan miqrenin əlamətlərini qeyd edib:
"4 saatdan çox davam edən ağrı
Hərəkətdə azlıq
İşığa qarşı həssaslıq
Birtərəfli ağrı
Mədə bulantısı
Bəzi hallarda qusma" əsas göstəricilərdir.
Uşaqlarda miqren bir neçə qrupa qoyulur.
Aurasız miqren
Miqrenə ekvivalent ağrılar
Auralı miqren ağrıları

Zeynalova miqrenin müalicəsindən də bəhs edib:
"Müalicəsində davranış terapiyasından, dərman müalicəsindən istifadə edilir. Davranış terapiyası dedikdə, miqreni tətikləyən faktorlardan uzaq olmaq yəni, dieta, normal gecə yuxusunun olması, relaksion hərəkətləri, koqnitiv terapiya başa düşülür.
Miqrendə ağrıya yol açan amillərdən uzaq durmaq gərəklidir. Kəskin dövrdə yəni ağrı olduqda uyğun dozada və zamanında ağrıkəsicilər qəbul edilməlidir. Səssiz və qaranlıq otaqda yuxuya getmək məsləhətdir. Lazım olan effekt olmadıqda 2 saat sonra yenə müvafiq preparat qəbul etmək lazımdır. Ağrıkəsicilər həkim nəzarəti altında qəbul edilməlidir. Həftədə 1-2 dəfədən çox qəbulu doğru hesab edilmir. Bununla yanaşı yanaşı gedən xəstəliklər də nəzarətdə saxlanılır və müalicə edilməlidir".
Qeyd edək ki, miqren keçici bir vəziyyət deyil, bəzən ömür boyu davam edə bilər.
DOKTORINFO.AZ Revmatik hərarət xəstəliyi nədir?
Revmatik hərarət iltihabi xəstəlikdir. Birləşdirici toxumanın iltihablanma prosesidir. xəbər verir ki, nadir görülən problemlər sırasında yer alır. 7-15 yaş arası şəxslərdə daha çox inkişaf edə və qüsurlara yol aça bilər
Erkən yeniyetməlik nədir?
Uşaqlıqdan böyüklüyə keçiş müddəti yeniyetməlik olaraq adlandırılır. Uşaqların ən sürətli böyüdüyü müddətlərdən biri olan yeniyetməlikdə bədəndə sürətli dəyişimlər meydana gəlir. Bu müddətdə fizioloji dəyişikliklər mümkündür
Uşaqlarda göz xəstəlikləri
Uşaqlarda görülən göz xəstəlikləri doğuşdan etibarən ya da irəliləyən illərdə ortaya çıxa bilir. xəbər verir ki, doğuşdan etibarən görülən uşaq göz xəstəlikləri adətən qalıcı olur. Uşaq göz xəstəlikləri, quruluş olaraq təsirlənə
Uşaqlarda qusma
Uşaqların həssas orqanizmi, bəzən qarşılaşdığı müxtəlif infeksiyalar, həzm sistemi pozğunluqları və ya digər narahatlıqlar səbəbiylə qusma kimi xoş olmayan vəziyyətlərlə qarşılaşılır. xəbər verir ki, uşaqlarda qusmağa nəyi
Nitq pozuntusu: Səbəb və əlamətlər
Danışmaq, cəmiyyətdə yaşayan insanların anlaşmasını təmin edən fizioloji, psixoloji faktorların rol oynadığı, motorika hərəkətlərinin bir araya gəlməsiylə həyata keçən bir müddətdir. məlumat verir ki, nitq pozuntusu axıc
Asperger sindromu
Autizm spektr pozuntusunun bir növü olan asperger sindromu, sosiallaşa bilmə və əlaqə qura bilmə bacarıqlarını məhdudlaşdıran inkişaf pozğunluğudur. xəbər verir ki, bu sindroma sahib şəxslər tez-tez təkrarlayan hərəkətlə
Angelman sindromu nədir?
Angelman sindromu, inkişaf geriliyi, intellektual problem, nitq pozuntusu, yoxluğu ilə ortaya çıxan nevroloji xəstəlikdir. xəbər verir ki, xəstəliyi daşıyan uşaqlar adətən ailə üzvlərindən daha açıq dərili, sarışın və rəngl
Tənbəl göz sindromu
Ambliopiya (Tənbəl göz sindromu), gözlərdən birinin görmə prosesində iştirak etməməsi kimi bilinir. xəbər verir ki, ambliopiya görmənin birtərəfli zəifləməsinin təməl səbəblərindən hesab edilir. Daha çox uşaqlıq dövrünü
Ən yaxşı pediatr kimdir?
"Ən yaxşı həkim kimdir, "Dərdimizi kimə ünvanlayaq?" kimi suallar bir çoxlarının yaralı yeridir. Bu dəfə mövzumuzu "Bakıda ən yaxşı pediatr kimdir?" sualı ətrafında yazdıq. Bu barədə şəhərdə, sosia