Uşaqlarda qusma

Uşaqlarda qusmaUşaqların həssas orqanizmi, bəzən qarşılaşdığı müxtəlif infeksiyalar, həzm sistemi pozğunluqları və ya digər narahatlıqlar səbəbiylə qusma kimi xoş olmayan vəziyyətlərlə qarşılaşılır.

Doktorinfo.az xəbər verir ki, uşaqlarda qusmağa nəyin yaxşı təsir göstərdiyi mövzusunda doğru məlumatlara sahib olmaq, onlara gərəkən yardımı ən təsirli formada təqdim etməyə kömək edir.

Usaqlarda qusmagin sebebleri

Uşaqlarda qusma, müxtəlif səbəblərlə ortaya çıxa bilən geniş yayılan vəziyyətdir. Məsələn, viruslar, bakteriyalar, parazitlər, uşaqlarda qusmağın ən geniş səbəblərindəndir. Mədə qripi olaraq da bilinən bu infeksiyalar adətən uşaqlarda qusma və ishala yol açar.

Bununla yanaşı uşaqlar, istifadə edilən pozulmuş qidalar səbəbiylə qida zəhərlənməsi keçirdiyində mədə bulantısı və qusma kimi problemlər yaşayırlar. Bəzi uşaqlar müəyyən qidalara və ya allergenlərə qarşı həssaslıq göstərir. Bu allergenlərə məruz qalmaq da qusmağa səbəb olur.
Uşaqlarda qusmaHəmçinin soyuqdəymə, qrip və ya digər tənəffüs yolu infeksiyaları, uşaqlarda qusma ilə birlikdə görülür. Uşaqlarda mədə narahatlıqları, reflüks, ülser və ya bağırsaq tıxanıqlığı kimi həzm sistemi problemləri, qusmağın altında yatan səbəblər arasında yer alır.

Yüksək hərarət də uşaqlarda qusmağın səbəblərindən biridir. Vücud istiliyi yüksəldiyi zaman, beyin qusma ehtimalını yüksəldə bilər. Hətta bəzi vəziyyətlərdə başın zərbə alması və ya digər beyin travmaları nəticəsində uşaqlarda qusma görülür.

Uşaqlarda qusma adətən digər əlamətlərlə birlikdə görülür.

Bu əlamətlər:

Mədə bulantısı

İştahsızlıq

Qarın ağrısı

Ağızda artan su

Baş ağrısı

Hərarət

Halsızlıq

Yorğuluq

İshal

Uşaqlarda qusmağa səbəb olan infeksiyalar və xəstəliklər

Uşaqlarda qusmağa səbəb olan infeksiyalar və xəstəliklər müxtəlifdir. Mədə qripi, uşaqlarda ən çox qusmağa səbəb olan infeksiyalardan biridir. Rotavirus və ya norovirus, mədə və bağırsaqlara təsir göstərərək qusma, ishal və qarın ağrısına yol açar.

Qrip, soyuqdəymə, digər tənəffüs yolu infeksiyaları, uşaqlarda qusma illə birlikdə görülür. Bu infeksiyalar adətən burun axıntısı, öskürək, boğaz ağrısı kimi üst tənəffüs yolu əlamətləriylə başlayır.

Uşaqlarda həzm sistemi problemlərinə bağlı olaraq ortaya çıxa bilən qusmanın bəzi səbəbləri:
Uşaqlarda qusmaReflüks – Uşaqlarda reflüks, mədə tərkibinin qida borusuna geri qaçması ilə yaranan bir vəziyyətdir. Bu geri axış mədə asidinin qida borusunu narahat edir və qusmağa yol aça bilir.

Mədə ülseri: Nadir görülsə də uşaqlarda mədə ülseri yarana bilər.

Bağırsaq tıxanıqlığı: Bağırsaqda meydana gələn tıxanmalar, uşaqlarda qusma ilə birlikdə şişkinlik və qarın ağrısına səbəb ola bilər.

İnfeksiyalar və iltihablar: Həzm sistemi orqanlarında meydana gələn infeksiyalar və ya iltihablar, uşaqlarda qusmağa yol aça bilir.

Bağısaq infeksiyaları: Bakterial, viral, parazitik infeksiyalar bağırsaqlara təsir göstərərək qusma və ishala yol aça bilər.


DOKTORINFO.AZ
Uşaq xəstəlikləri       Tarix: 03 iyul 2024

Oxşar xəbərlər

Revmatik hərarət xəstəliyi nədir?

Revmatik hərarət iltihabi xəstəlikdir. Birləşdirici toxumanın iltihablanma prosesidir. xəbər verir ki, nadir görülən problemlər sırasında yer alır. 7-15 yaş arası şəxslərdə daha çox inkişaf edə və qüsurlara yol aça bilər

Uşaqlarda reflüks xəstəliyi nədir?

Reflüks olaraq da adlandırılan qasroözofageal reflüks mədədən gələn qida və asidin qida borusuna geri dönməsidir. xəbər verir ki, uşaqlarda bütün yaş qruplarında tez-tez rastlanılan reflüksdə qusma da yaşana bilər. Bu, sinəd

Uşaqlara qoyulan yanlış diaqnozlar - Pediatrdan açıqlama

Müasir zamanda qatqılı qidalar, geni dəyişilmiş meyvələrdən istifadə sağlamlığa da təsirsiz ötüşmür. Bu, xüsusilə də uşaqlara təsir göstərir. Bəzi xəstəliklərin diaqnozu isə yanlış qoyulur. xəbər verir ki, pediatr-neonatolo

Kistik fibrozis nədir?

Kistik fibrozis, doğuşdan etibarən tənəffüs sistemi, həzm sistemində yer alan mukus və vəzlərinə təsir edən xəstəlikdir. Kistik Fibrozis xüsusilə, ağciyərlər, pankreas, qaraciyər, bağırsaqlar, sinüslər və cinsi orqanları

Uşaqları xəstəlikdən necə qorumalı?

Soyuq havalar, yazın gəlişi ərəfəsi zamanı havaların soyuq və ya isti keçməsi xəstəliklərin artımına səbəb olur. Bununla da uşaqların immunitet sistemi xüsusilə zəifləyir. Bu məqamda valideynlər bəzi nüanslara diqqət etməlidirlər

Erkən yeniyetməlik nədir?

Uşaqlıqdan böyüklüyə keçiş müddəti yeniyetməlik olaraq adlandırılır. Uşaqların ən sürətli böyüdüyü müddətlərdən biri olan yeniyetməlikdə bədəndə sürətli dəyişimlər meydana gəlir. Bu müddətdə fizioloji dəyişikliklər mümkündür

Uşaqlarda yüksək təzyiq

Təzyiq, qanın atar damarlar içərisində meydana gətirdiyi təzyiqdir. Böyük təzyiq adlandırılan sistolik qan təzyiqi və kiçik təzyiq olaraq bilinən diastolik qan təzyiqi olaraq iki formada dəyərləndirilir. xəbər verir ki, uşaqlı

Ani körpə ölümü sindromu nədir?

Ani körpə ölümü, körpələrin adətən ilk illərində sağlam olmaqlarına baxmayaraq açıqlana bilməyən səbəblərlə və əksər zaman yuxu əsnasında ani formada uşağın beşiyində ölü tapılmasıdır. xəbər verir ki, uşaqlarda ölüm səbəblər

Uşaqlarda qulaq ağrısı

Uşaqlarda qulaq ağrısı yayılan xəstəliklər sırasındadır. xəbər verir ki, adətən körpələrdə və 3-4 yaş aralığı uşaqlarda daha çox görülür. Bes daha cox usaqlarda gorulen qulaq agrisinin sebebleri nelerdir?. Soyuqdəymə - B


masaj yuxuda boyrek agrisi tecili tibbi yardim tecili yardim dis agrisi
masaj
is elanlari