Körpələr haqqında doğru bilinən yanlışlar

Körpələr haqqında doğru bilinən yanlışlarYenidoğulan, körpə və uşaq sağlamlığı olan zaman valideynlər özlərini unudub panikaya düşə bilərlər. Xüsusilə də məlumatsızlıq bu qorxunu daha da artıra bilər.

Doktorinfo.az xəbər verir ki, uşaqlar haqqında bəzi məlumatlar var ki, illərdir doğru bilinsə də əslində yanlışdır.

Bəs bu yanlışlar hansılardır?

Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuyun.

"Körpələrin gözündəki iltihablanmaların qarşısını almaq üçün çayla kompres edilməlidir".

Yanlış. Körpələrdə göz yaşı kanalının doğumsal tıxanıqlığı axıntı, sulanma edə bilər. Bununla birlikdə sulanma qloukoma, iltihablanma isə konyuktivit əlaməti ola bilər.

Yenidoğulanların təxminən 100-dən 5-də görülən göz yaşı kanalı tıxanıqlığı, doğuşdan sonrakı ilk bir neçə həftədə göz yaşı göllənməsi ilə özünü göstərir. Bu vəziyyət, ilk 1 il ərzində özlüyündən düzəlir. Bunun üçün göz həkiminin öyrədəcəyi texnikayla göz yaşı kanalını açmaq istiqamətində massaj müntəzəm olaraq edilməlidir.

"Dil bagi özlüyündən düzəlir".

Yanlış. Dil bağı, dili ağız hissəsinə sabitləməyi təmin edir. Bu bağın normaldan qısa ya da qalın olması dilin funksiyalarına mənfi təsir göstərir. Bu vəziyyətdə süd içmə, udma problemləri, nitq pozğunluqları, mənfi ağız gigiyenası, diş problemləri, diş formasında pozuntu görülə bilər. Körpədə funksiya pozuntusu mövuddursa dil bağına kiçik müdaxilə gərəklidir. 6 aydan kiçik uşaqlarda əksər zaman lokal anesteziya ilə prosedur asanlıqla edilir. Uşağınızın dilini necə istifadə edəcəyinə dair hansısa əzələ məlumatı yoxdur. Beyinin dilin çalışmasını tənzimləməsi və uşağın dil bağı sərbəst buraxdıqdan sonra təsirli formada süd içməyi öyrənməsi adətən ikinci həftədən sonra başlayır.
Körpələr haqqında doğru bilinən yanlışlar

"Körpənin hər yeməkdən sonra nəcisə getməsi, həzm sistemində problemin işarətidir"

Yanlış. Uşaqlarda çölə getmək tezliyi uşaqdan-uşağa dəyişkənlik göstərir. Usaq yemeyini ağıza aldığı andan etibarən həzm sistemi aktiv olur. Bu vəziyyət normaldır. Ancaq əgər uşağınzda ishal deyilsə, böyüməsi və inkişaf etməsi normaldırsa narahat olmağa ehtiyac yoxdur. Uşaqda bu şikayətlərdən biri mövcuddursa uzman həkimə müraciət edilməlidir.

"Kiçik uşaqların tez-tez gözlərini ovuşdurması normaldır"

Yanlış. Uşağın mütəmadi gözlərini silməsi allergik bir göz xəstəliyinin xəbərçisi ola bilər. Goze dəyən yad bir maddə, mövsümi allergenlər, göz quruluğu və korneanın çəkilməsi kimi səbəblərdə qaşına bilər. Mütəmadi gözlərini silən bir uşağın şikayətləri nəzərə alınmalı, allergik bir göz xəstəliyi olub-olmadığı araşdırılmalıdır.

"Avokado, ananas, kokos yağı kimi tropik meyvələr uşaqlar üçün də keyfiyyətlidir"

Körpələr haqqında doğru bilinən yanlışlarYanlış. 1 yaş altındakı körpələrə əlavə qida verərkən allergik olduğu bilinən qidalara qarşı çox diqqətli olunmalıdır. Xüsusilə allergiya xaricində bəzi meyvələr yüksək asitli tərkibi səbəbiylə reflüksü artırıb ciddi qızartılara yol aça bilər. Avokado və manqo allergik xüsusiyyətləri yüksək meyvələrdir. Ananasın isə asit tərkibi artıqdır. Ancaq 9 aydan sonra 3 gün qanununa diqqət edərək verilə bilər. Hər qida tək-tək başlanıb 3 gündə az-az artırılaraq istifadə edilməlidir. Kokosun rəndə və ya süd olaraq istifadə edilməsində problem yoxdur. Bu kimi qidalar gündə 1 dəfə 1 qəhvə fincanı qədər istifadə edə bilər.

"Butulkadan içmə vərdişi olan uşaqlar stəkandan süd içmək məcburiyyətində deyil"

Yanlış. 4 yaş və sonrası uşaqların sürətli inkişaf etdikləri müddətdir. Körpəlik müddətini keçmiş olan uşağın hələ də butulkadan süd içməsi onun uşaqlıq çağında qaldığını göstərməkdədir. Butulkanı tərgitmək üçün butulkanı balonlara bağlayıb uçurdaraq vidalaşması təmin edilə bilər və stəkandan az-az içməsi misal göstərilə bilər.


DOKTORINFO.AZ
Uşaq xəstəlikləri       Tarix: 26 mart 2024

Oxşar xəbərlər

Uşaqlarda göz xəstəlikləri

Uşaqlarda görülən göz xəstəlikləri doğuşdan etibarən ya da irəliləyən illərdə ortaya çıxa bilir. xəbər verir ki, doğuşdan etibarən görülən uşaq göz xəstəlikləri adətən qalıcı olur. Uşaq göz xəstəlikləri, quruluş olaraq təsirlənə

Nitq pozuntusu: Səbəb və əlamətlər

Danışmaq, cəmiyyətdə yaşayan insanların anlaşmasını təmin edən fizioloji, psixoloji faktorların rol oynadığı, motorika hərəkətlərinin bir araya gəlməsiylə həyata keçən bir müddətdir. məlumat verir ki, nitq pozuntusu axıc

Fallot tetralojisi, Mavi uşaq sindromu nədir?

Xalq arasında mavi uşaq xəstəliyi olaraq bilinən Fallot Tetralojisi, siyanotik, yəni göyərməylə özünü göstərən ürək xəstəlikləri arasında ən çox görülənidir. Fallotlu uşaqlarda ilk əlamət uşaq həkimi tərəfindən ürəkdə his

Qulaqdibi (Parotit) xəstəliyi nədir?

Qulaqdibi, qulaqdibi virusunun səbəb olduğu, qulaqların önündəki parotit adlı tüpürcək vəzlərinin şişməsi ilə xarakterizə edilən virus mənşəli infeksiyadır. xəbər verir ki, üzün hər iki yanının təsirləndiyi qulaqdibi xəstəliyini

Ən yaxşı pediatr kimdir?

"Ən yaxşı həkim kimdir, "Dərdimizi kimə ünvanlayaq?" kimi suallar bir çoxlarının yaralı yeridir. Bu dəfə mövzumuzu "Bakıda ən yaxşı pediatr kimdir?" sualı ətrafında yazdıq. Bu barədə şəhərdə, sosia

Tənbəl göz sindromu

Ambliopiya (Tənbəl göz sindromu), gözlərdən birinin görmə prosesində iştirak etməməsi kimi bilinir. xəbər verir ki, ambliopiya görmənin birtərəfli zəifləməsinin təməl səbəblərindən hesab edilir. Daha çox uşaqlıq dövrünü

Uşaqlarda dil bağı problemi nədir?

Doğuşdan yaranan problem olan dil bağı, əmizdirmə, danışma və diş sağlamlığına qədər bir çox sistemə təsir göstərib problemlərə səbəb ola bilir. xəbər verir ki, dilin hərəkət qabiliyyətini məhdudlaşdıran bu xəstəlik, adətə

Uşaqlarda qusma

Uşaqların həssas orqanizmi, bəzən qarşılaşdığı müxtəlif infeksiyalar, həzm sistemi pozğunluqları və ya digər narahatlıqlar səbəbiylə qusma kimi xoş olmayan vəziyyətlərlə qarşılaşılır. xəbər verir ki, uşaqlarda qusmağa nəyi

Uşaqlarda reflüks xəstəliyi nədir?

Reflüks olaraq da adlandırılan qasroözofageal reflüks mədədən gələn qida və asidin qida borusuna geri dönməsidir. xəbər verir ki, uşaqlarda bütün yaş qruplarında tez-tez rastlanılan reflüksdə qusma da yaşana bilər. Bu, sinəd


masaj yuxuda hamilelik testi qarin agrisi dis agrisi tecili tibbi yardim
masaj
is elanlari