Uşaqlarda diabet xəstəliyi

Uşaqlarda diabet xəstəliyiVücudun qidalanma qaynağı olan şəkərin tənzimlənməsindəki vacib hormonların başında insulin gəlir. Şəkər xesteliyi yəni diabet, bu hormondakı pozulmalarla bağlı olaraq görülür.
Adətən böyük xəstəliyi olaraq bilinsə də son zamanlarda da uşaqlarda da çox görülür.

Doktorinfo.az xəbər verir ki, diabet, tip 1 və tip 2 olaraq ikiyə ayrılır. Öncədən "İnsulin asıllıqlı diabet" olaraq adlandırılan Tip1 diabet xəstəliyində qan dövranındakı şəkərin toxumalara girişini təmin edən insulin hormonunun istehsal etdiyi pankreas hüceyrələrində zərər ehtimalı olur.

Tip 2 diabet isə, toxumaların insulin hormonuna qarşı həssassızlaşması, bu sebeble qan dövranındakı şəkərin toxumalara daxil ola bilməməsi nəticəsində yaranır.

Uşaqlarda diabet xəstəliyinin səbəbləri nələrdir?

Uşaqlarda görülən şəkər xəstəliyinə nəyin səbəb olduğu tam olaraq bilinmir. Ailədə diabet xəstəsi olan şəxslər varsa belə, uşaqlar diabete yatqın ola bilir. Ancaq bu genetik miras hər uşaqda diabetə yol açmaz.

Pankreasın, insulin istehsal etməyə yardım olan hüceyrələrində immun sistemindən qaynaqlanan problemlərin meydana gəlməsiylə yaranan zədələnmə nəticəsində tip 1 diabet ortaya çıxa bilir.

Tip 2 diabet isə daha sonrakı mərhələdə görülməsinə baxmayaraq nadirən uşaqlarda da ortaya çıxa bilir. Tip 2 diabetə yatqınlığı olan uşaqlarda xüsusilə həddindən çox çəkililik (piylənmə) fiziki hərəkətlər diabet xəstəliyinin ortaya çıxmasına səbəb ola bilir.

Uşaqlarda diabetin səbəbləri nələrdir?

İnsulin hormonunun daxil olduğu müddətlərdəki pozulmadan qaynaqlanan diabet, uşaqlarda bir sıra əlamətlərlə ortaya çıxır. Bunlardan bəziləri:

Sidik miqdarındakı artış, yataq islatma

Həddindən çox miqdarda susamaq və su istifadəsi

Ağız quruması

Həddindən çox aclıq hissi

Yorğunluq

Çəki itkisi

Depressiya

Bunlarla bərabər, müalicə edilməyən və ya müalicəsi ləngiyən diabetli uşaqlarda diabetik ketoasidoz adı verilən, qan sekerinin həddindən çox yüksəlməsindən qaynaqlanan bir görüntünün yaradacağı əlamətlərə də rastlamaq mümkündür:
Uşaqlarda diabet xəstəliyiŞüur bulanıqlığı və ya itkisi

Dərin və sürətli nəfəs alma

Dəri quruluğu

Qarın ağrısı

Qusma

Nəfəsdə aseton qoxusu

Diaqnozu necə qoyulur?

Asanlıqla diaqnoz qoyulan xəstəlik deyil. Adətən ailələr uşaqlarında diabet xəstəliyindən şübhələnmədikləri üçün fərqli sağlamlıq problemləriylə həkimə müraciət edirlər.
Burada uşağın toxkən qan şəkəri, ackən qan sekeri göstəricisi əsas götürülür. Əgər həkimin istədiyi testlər diaqnoz üçün kifayət etmirsə o zaman şəkər yükləmə testi adlandırılan test edilir. Bu, xüsusilə uşağa xüsusi hazırlanmış bir maye içirilərək edilməkdədir. Maye içimindən 2 saat sonra ölçmələr yenidən edilərək uşağa diaqnoz qoyula bilər.


DOKTORINFO.AZ
Uşaq xəstəlikləri       Tarix: 26 dekabr 2023

Oxşar xəbərlər

Asperger sindromu

Autizm spektr pozuntusunun bir növü olan asperger sindromu, sosiallaşa bilmə və əlaqə qura bilmə bacarıqlarını məhdudlaşdıran inkişaf pozğunluğudur. xəbər verir ki, bu sindroma sahib şəxslər tez-tez təkrarlayan hərəkətlə

Uşaqlarda qusma

Uşaqların həssas orqanizmi, bəzən qarşılaşdığı müxtəlif infeksiyalar, həzm sistemi pozğunluqları və ya digər narahatlıqlar səbəbiylə qusma kimi xoş olmayan vəziyyətlərlə qarşılaşılır. xəbər verir ki, uşaqlarda qusmağa nəyi

Uşaqlarda qripin təbii yolla müalicəsi

Qrip influenza A, B, C viruslarının səbəb olduğu qızdırma, baş ağrısı, burun axıntısı, halsızlıq kimi əlamətlərlə ortaya çıxan xəstəlikdir. İnfeksiya daha çox oktyabr, noyabr ayından sonra görülür. Dekabr, fevral ayında is

Uşaqlarda diş qulluğu nə zaman başlanılmalıdır?

Diş problemi uşaqdan böyüyə kimi hər kəsi narahat edən ağrılardan hesab edilir. Xüsusilə də uşaqlarda diş qulluğuna diqqətlə yanaşmaq gərəklidir. Bes usaqlarda sud disine ne zaman qulluga baslanilmalidir?. xəbər verir ki

Uşaqlarda sistit

Uşaqlarda sistit xəstəliyi ən çox rastlanılan xəstəliklərdən hesab edilir. xəbər verir ki, hər yaşda görülsə də uşaqlarda da geniş formada yayılıb. Xüsusilə həyatın ilk bir ili, sidik yolu infeksiyaları böyrəklərdə qalıc

İmpetiqo xəstəliyi

İmpetiqo xesteliyi nedir?. xəbər verir ki, impetiqo xəstəliyi bakterial dəri xəstəliyidir. Qabıqlı eroziyalarla xarakterizə edilir. Yoluxuculuğu yüksəkdir. Əsasən üz və ətraflarda yaranır. Burun ətrafında da səpgilər yaranır

Körpələrdə dayanmayan ağlamaq - Kolik problemi nədir?

Sağlam uşaqlarda sıx aralıqlarla, uzun müddətli və çox görülən ağlama və ya narahatçılıq vəziyyətinə kolik adı verilir. Valideynlər üçün bu dövr xüsusilə sıxıntılı və çətin bir haldır. Kolik körpələrdə krizlər adətən 6-c

Uşaqlarda qulaq ağrısı

Uşaqlarda qulaq ağrısı yayılan xəstəliklər sırasındadır. xəbər verir ki, adətən körpələrdə və 3-4 yaş aralığı uşaqlarda daha çox görülür. Bes daha cox usaqlarda gorulen qulaq agrisinin sebebleri nelerdir?. Soyuqdəymə - B

Körpələr haqqında doğru bilinən yanlışlar

Yenidoğulan, körpə və uşaq sağlamlığı olan zaman valideynlər özlərini unudub panikaya düşə bilərlər. Xüsusilə də məlumatsızlıq bu qorxunu daha da artıra bilər. xəbər verir ki, uşaqlar haqqında bəzi məlumatlar var ki, illərdi


masaj yuxuda dis agrisi bogaz agrisi babasil mualicesi qarin agrisi
masaj
is elanlari