Uşaqlarda ürək xəstəlikləri
Ürək –damar xəstəlikləri böyüklərlə yanaşı uşaqlarda da görülə biləcək xəstəlik növüdür.
Doktorinfo.az xəbər verir ki, əksər valideyn isə məhz xəstəlik özünü artıq bariz biruzə verdiyi zaman həkimə müraciət edirlər.
Bəs uşaqlarda hansı əlamətlərə nəzər yetirmək lazımdır?
Ürək döyüntüsünün sürəti
Fiziki fəaliyyət zamanı tənginəfəsliyin olma sıxlığı
Döş qəfəsində ağrıların olub-olmaması
Daha çox uşaqlarda taxikardiya görülür ki, bu da əksər zaman yüksək emosional hadisələr zamanı baş verir. Ürək problemi olmayan uşaqlarda adətən öz-özünə keçib gedir. Ürəyi zəif olanlarda isə bu hal qalıcı olur, həmçinin sakit vəziyyətdə əmələ gəlir.
Nəbzin az döyünməsi isə bradikardiya adlanır. Bu daha da təhlükəlidir.
Sağlam uşaqlarda nəbz necə olmalıdır?
Həyatının ilk 1-ci ilində dəqiqədə 125-130 vurğu, 5-7 yaşlarında 90-100, 8-10 yaşlarında 80-85, 11-14 yaşlarında 70-85 vurğu olmalıdır.
İlk aylarda uşaqda səbəbsiz narahatlıq, dərinin ağarması, süstlük, soyuq tər əlamətləri müşahidə olunarsa bu zaman mütəxəssis müayinəsi əsas şərtdir.

Bundan əlavə uşaqda diqqət edilməlidir:
Qeyd edək ki, tənginəfəslik ürək çatışmazlığının ilkin əlamətlərindən hesab olunur. Belə ki, sakit vəziyyətdə əmələ gələn təngnəfəslik təhlükəli ola bilər.
Həyatının ilk 1-ci ilində sağlam uşaqlarda tənəffüs tezliyi dəqiqədə - 30-40,
5 yaşında - 25,
7-8 yaşında 18-22,
10-14 yaşında 16-18 tənəffüs hərəkəti olur.
Uşaq doğulandan onun dəri, dodaq rənginə diqqət etmək lazımdır. Belə ki, dodaq dərisi göyə çalırsa, bu ağciyər, ürək və s kimi orqanlarda problemlərin olduğuna dəlalət edir.
Əgər uşağın ürək nahiyəsində önə qabarma ("ürək donqarı") müşahidə edilərsə, bu, ürəyin ağır zədələnməsinə dəlalət edir və təcili olaraq mütəxəssis müayinəsi tələb edir.
DOKTORINFO.AZ Uşaqlarda qida allergiyası
Qida allergiyaları, qidalanmada yer alan qida maddələrinə qarşı immun sisteminin verdiyi reaksiya olaraq ortaya çıxan, müxtəlif sağlamlıq problemlərinə səbəb olan və xəstənin həyat keyfiyyətinə mənfi təsir görstərən sağlamlı
Kistik fibrozis nədir?
Kistik fibrozis, doğuşdan etibarən tənəffüs sistemi, həzm sistemində yer alan mukus və vəzlərinə təsir edən xəstəlikdir. Kistik Fibrozis xüsusilə, ağciyərlər, pankreas, qaraciyər, bağırsaqlar, sinüslər və cinsi orqanları
Skarlatina ilə qızılcanın fərqi - Pediatr açıqladı
Skarlatina qızılca kimi xüsusilə də uşaqlar arasında geniş yayılan xəstəlikdir. Bu xəstəliyin törədicisi mikrobdur. xəbər verir ki, pediatr Altay Abdullaoğlu skarlatinanın əlamətləri və müalicəsindən bəhs edib. A.Abdullaoğlu
Uşaqlara qoyulan yanlış diaqnozlar - Pediatrdan açıqlama
Müasir zamanda qatqılı qidalar, geni dəyişilmiş meyvələrdən istifadə sağlamlığa da təsirsiz ötüşmür. Bu, xüsusilə də uşaqlara təsir göstərir. Bəzi xəstəliklərin diaqnozu isə yanlış qoyulur. xəbər verir ki, pediatr-neonatolo
Uşaqlarda ishal
İshal böyüklərdəki kimi uşaqlara arasında da geniş yayılan vəziyyətdir. Bəs uşaqlar arasında yayılan ishalın səbəbləri nələrdir?. təqdim edir:. Qida allergiyaları. İnfeksiyalar. Dərmanlar. Mədə problemləri. Çirkli qida. Gü
Uşaqlarda qusma
Uşaqların həssas orqanizmi, bəzən qarşılaşdığı müxtəlif infeksiyalar, həzm sistemi pozğunluqları və ya digər narahatlıqlar səbəbiylə qusma kimi xoş olmayan vəziyyətlərlə qarşılaşılır. xəbər verir ki, uşaqlarda qusmağa nəyi
Angelman sindromu nədir?
Angelman sindromu, inkişaf geriliyi, intellektual problem, nitq pozuntusu, yoxluğu ilə ortaya çıxan nevroloji xəstəlikdir. xəbər verir ki, xəstəliyi daşıyan uşaqlar adətən ailə üzvlərindən daha açıq dərili, sarışın və rəngl
Uşaqlarda göz xəstəlikləri
Uşaqlarda görülən göz xəstəlikləri doğuşdan etibarən ya da irəliləyən illərdə ortaya çıxa bilir. xəbər verir ki, doğuşdan etibarən görülən uşaq göz xəstəlikləri adətən qalıcı olur. Uşaq göz xəstəlikləri, quruluş olaraq təsirlənə
Uşaqlarda diş qulluğu nə zaman başlanılmalıdır?
Diş problemi uşaqdan böyüyə kimi hər kəsi narahat edən ağrılardan hesab edilir. Xüsusilə də uşaqlarda diş qulluğuna diqqətlə yanaşmaq gərəklidir. Bes usaqlarda sud disine ne zaman qulluga baslanilmalidir?. xəbər verir ki