Kolit və ülseratif kolit nədir?

Kolit və ülseratif kolit nədir?Kolit nədir?

Kolit, həzm olunan qidaların nəcis halına gəldiyi qalın bağırsağın daxili astarının iltihablanmasıyla xarakterizə edilən akut və ya xroniki xəstəlikdir.

Doktorinfo.az xəbər verir ki, iltihablanma olaraq adlandırılan kolit, qalın bağırsaqda zədələnmə, şişməyə səbəb olaraq buradakı daxili astarda ülserə deyilən yaralara yol açar. Ən çox yayılan ülseratif kolit olan xəstəlik, şəxsin həyat keyfiyyətinə mənfi istiqamətdə təsir göstərər və nəzarət altına alınmağı gərəkdirir. Ən geniş yayılan səbəbi virus, zərərli bakteriyalar və ya parazitlərin qalın bağırsağında iltihablanma meydana gətirməsi olan kolit, crohn xəstəliyi və ülseratif kolit kimi inflamatuar bağırsaq xəstəlikləri nəticəsində də ortaya çıxa bilir. Həmçinin yoğun bağırsaqdakı azalan qan dövranı və allergik reaksiyaları da kolit xəstəliyinə zəmin yaradar. Ən geniş yayılan əlamətləri arasında isə qarın ağrısı, sancı, şişkinlik, qanazlığı, iştahsızlığa bağlı çəki itkisi və nəcisdə qan görülməsidir.
Müalicə adətən kolitə səbəb olan infeksiyaların sağaldılması üçündür.

Kolit nə üçün yaranır?

Virus, zərərli bakteriyalar və ya parazitlərin kolon olaraq bilinən yoğun bağırsaqda iltihablanma yaratması nəticəsində kolit xəstəliyi meydana gəlir. Shigella, E.Coli, yersinia və salmonella kolitə səbəb olan ən geniş yayılan bakteriyalardır. Bakteriyalardan qaynaqlanan qida zəhərlənməsi, kron xəstəliyi, allergik reaksiyalar da kolit xəstəliyinə yol aça bilər. İstifadə edilən qidalar və stress kolitə yol açmaz, ancaq simptomlara zəmin yarada bilər.

Kolit xəstəliyi bu səbəblərdən ortaya çıxar:

Virus, zərərli bakteriyalar, parazitlər

Bakteriya qaynaqlı qida zəhərlənməsi

Kron xəstəliyi

Allergik reaksiyalar

Qan axışının azaldılması

Kolitin əlamətləri:

Qarın ağrısı

Qarın şişkinliyi

Nəcisdə qan görülməsi

Qanlı ishal və ya qəbizlik

Mədə bulantısı və qusma

Qanazlığı

Titrəmə, hərarət

Dəri səpgiləri

Oynaq ağrıları

Gözdə yanma hissi

Qan dövranının zəifləməsi, ağrı, hərarətə yol aça bilərkən bu şəxslərdə daha çox görülür:

Ürək çatışmazlığı

Radioterapiya olunanlarda

İnsult keçirənlər

Damar sərtliyi xəstələrdə

Yüksək və aşağı təzyiqli şəxslərdə

Qanazlığı yaşayanlarda

Siqaret çəkənlərdə

Travma keçirənlərdə

Kolitin bir neçə növü mövcuddur. Allergik kolit, lenfositik kolit, iskemik kolit və s.

Ülserativ kolitə yol açan faktorları tək başlıq altında belə toplamaq mümkündür:

Genetik faktor

Qida vərdişləri

İnfeksiya ilə bağlı xəstəliklər

Bəzi dərmanların istifadəsi

Stress

Ülseratif kolit xəstəliyinin geniş yayılmış əlamətləri:

Qarın ağrsı və qarından artaraq gələn səslər

İshal

Rektal ağrı

Çəki itkisi

İştahsızlıq

Halsızlıq
Kolit və ülseratif kolit nədir?İshal

Qusma

Dəri problemləri

Göz iltihabı

Ağız yaraları

Ülseratif kolit bağırsaq xərçənginə səbəb olurmu?

Müalicə edilməyən və ya nəzarət altına alınmayan ülseratif kolit bağırsaq xərçəngi riskini artırmaqdadır.

Ülseratif kolitin səbəb ola biləcəyi digər narahatlıqlar isə bunlardır:

Qalın bağırsaq divarının qalınlaşması

Bağırsağın deşilməsi

Bağırsaqda qanaxma

Həddindən çox maye itkisi

Oynaq iltihabı


DOKTORINFO.AZ
Xəstəliklər       Tarix: 29 oktyabr 2024

Oxşar xəbərlər

Öd kisəsi ağrısı zamanı nə etməli?

Öd kisəsi axacaqlar vasitəsilə qaraciyərə birləşir. xəbər verir ki, öd yağlı qidalar və amin turşularının həzmində iştirak edir. Bes od kisesi agrisina ne sebeb olur?. Xolesistit, . Qalxan xolangit,. Biliar kolik, . Öd daşları,

Zob xəstəliyi: Əlamətləri və müalicəsi

Zob, qalxanvari vəzin ifraz etdiyi hormonların səviyyəsindəki balansın pozulması nəticəsində meydana çıxır. Boyunun ön alt qismində, nəfəs borusunun ətrafında mövcud olan qalxanvari vəzin böyüməsinə və şişməsinə zob deyilir

Qaraciyər ağrılarının əlamətləri

Qaraciyər bir çox insanın ortaq problemidir. Hər bir ağrı özünü müxtəlif əlamətlərlə biruzə verir. Qaraciyer agrilarinin elametleri nelerdir?. Küt ağrı. Qılınc batmış hissi. Bəzən nəfəs darlığı. Kürək nahiyəsinə yayılan ağr

Ayaq dırnağı xəstəlikləri

Dırnaq problemləri son zamanlar geniş formada yayılıb. məlumat verir ki, bunun bir çox səbəbləri mövcuddur. Bes ayaq dirnaq xestelikleri nelerdir?. Dırnaqların batması – Çox görülən problemlərdən biridir. Buna, dırnaqlar

Bəlğəmin təmizlənməsi

Hər bir şəxs xəstələnən zaman öskürəklə birlikdə əksər zaman bəlğəm də çıxara bilərlər. xəbər verir ki, bəlğəm çıxartmaq, əslində vücud üçün faydalıdır. Ancaq buna baxmayaraq uşaqlar bəlğəm çıxaran zaman çətinlik çəkirlər

Cinsi orqanda göbələk xəstəliyinin müalicəsi

Kandida cinsindən olan göbələklər cinsi yolla yoluxa bilən xəstəlik törədicisidir. Kişilərlə müqayisədə qadınlarda daha çox rast gəlinir. xəbər verir ki, bir neçə forması mövcuddur. Bes cinsiyyet yollarinda yaranan gobele

Bağırsaq ağrısının səbəbləri

Bağırsaq ağrısı bir çox insanların ortaq problemidir. Bagirsaq sistemində baş verən pozğunluqlar adətən bağırsaq sindromu, xroniki enterit, kron, qeyri-spesifik xoralı kolit zamanı yaranır. məlumat verir ki, ağrının səbəb

Sidiyə gedərkən yanma hissinin müalicəsi

Sidik yollarında və ya sidiyə gedərkən ağrı və yanma müxtəlif səbəblərdən qaynaqlanır. Ülser, məsanə iltihabı, prostat iltihabı, məsanə şişi, yumurtalıq iltihabı, apandisit düşünülə bilər. Bu səbəbdən müalicəyə keçmədən öncə

Kəpənək xəstəliyi nədir?

Tibbi adı ilə "Sistemik Lupus Eritematozus" olaraq bilinən kəpənək xəstəliyi, vücudu qoruyan immun sisteminin dəri, oynaqlar, böyrəklər, beyin, ürək, ağciyərlər və qan hüceyrələri də daxil olmaq üzrə yanlışlıql


masaj yuxuda hamilelik testi babasil mualicesi sekis boyrek agrisi
masaj
is elanlari