İnsana ən kəskin ağrını yaşadan böyrək daşları nədən yaranır?

İnsana ən kəskin ağrını yaşadan böyrək daşları nədən yaranır?Böyrək daşı xəstəliyi – ölkəmizdə, eyni zamanda, dünyada geniş yayılmış xəstəliklərdən biridir. Böyrək daşları müxtəlif maddələrin, duzların toplanıb böyrəkdə çökməsi nəticəsində əmələ gələn xəstəlikdir. Xəstəliyin əsas yaranma səbəbi maddələr mübadiləsinin pozulmasıdır. Bu zaman əriməyən duzlar böyrəkdə müxtəlif ölçülərdə daşların yaranmasına səbəb olur. Böyrək daşı xəstəliyi xroniki, təkrarlanan metabolik xəstəlikdir. Əsasən 20-50 yaşlarında təsadüf olunur.
KONKRET.az xəbər verir ki, bu barədə Bakı Baş Səhiyyə Mərkəzi məlumat yayıb.
Mərkəzin tabeliyində fəaliyyət göstərən Kürdəxanı Sağlamlıq Mərkəzinin həkim-terapevti Vəfa Hüseynovanın sözlərinə görə, xəstəlik daha çox kişilərdə rast gəlinir:
"Xəstəliyin yaranma səbəblərinə gəlincə, düzgün olmayan qidalanma və ya qidalanma vərdişi (artıq kalsium və vitamin D qəbulu), irsi meyillilik, genetik faktorlar, böyrəyin quruluş anomaliyaları, isti iqlim qurşağı, bəzi bağırsaq xəstəlikləri və ağır əməliyyatlar, sidikdə normadan artıq kalsium, oksalat artığı, əvvəllər böyrək daşı olanlar, sidik yollarında yad cisimlər, artıq çəki, uzun müddət hərəkətsiz qalmaq və sairə səbəbləri göstərmək olar. Daşlar sidik yollarında hər yerdə ola bilər və bu da çox vaxt qanaxma və ağrıya səbəb olur. Bəzi daşlar var ki, gizli qala bilirlər, lakin böyrək ləyənciyini, kasacığı, sidik axarını zədələyərsə, bel nahiyəsində ağrı yaradır. Bəzən ağrı o qədər güclü olur ki, xəstələr ağrıya dözə bilmirlər. Ağrı davamlı ya da təkrarlanan ola bilər. Əgər daş sidik kisəsində olarsa, ağrı xüsusilə qarnın alt hissəsində hiss edilir. Sidikdə qan, sidik ifrazı zamanı yanma hissi, temperatur və tərləmə müşahidə oluna bilər".
Həkim-terapevt böyrək daşının əlamətlərinin ağrı (böyrək sancısı), sidikdə yanma hissi, qanama, ürəkbulanma və qusma kimi hallar olduğunu nəzərə çatdırıb.
V.Hüseynova böyrək daşı xəstəliyi ilə müraciət edən xəstələrə düzgün diaqnoz qoymaq üçün mütləq ətraflı anamnez toplamağın zəruriliyini də vurğulayır:
"Böyrək sancısı çox zaman daşın sidik axarına düşməsi nəticəsində baş verir. Diaqnoz USM vasitəsilə qoyulur. Xəstəliyin müalicəsi konservativ və cərrahi yolla aparılır".
Həkim-terapevt onu da bildirir ki, su içmək əvəzinə həddən artıq çay və qəhvə içməyimiz də böyrəyimizdə problemlər yarada bilir. Buna görə də gün ərzində normal halda insan 10-12 stəkan su içməlidir. Eyni zamanda hərəkətsiz qalmaq, duzlardan və minerallardan çox istifadə edilməsi, şokolad, bəzi göyərtilər də böyrək daşı xəstəliyinə səbəb olan faktorlardandır.
Özünüzdə xəstəliyin əlamətlərini müşahidə etdikdə ərazi üzrə ilkin səhiyyə xidməti müəssisələrindəki sahə (ailə) həkimlərinizə müraciət edin! Onlar sizi müvafiq müayinələrdən keçirərək, zərurət olduğu halda digər dar ixtisas həkimlərinə və laborator analizlərə yönəldəcəklər.
Bəzən daşınız da ağır olur. Çalışın böyrəyinizə daş düşməsin. Böyrəkdəki ən xırda daş belə insana böyük ağrılar verir.


DOKTORINFO.AZ
Sağlam Qida       Tarix: 12 iyun 2023

Oxşar xəbərlər

İtburnunun faydaları və zərərləri

İtburnu xalq arasında xüsusilə bitki çayı kimi sevilərək içilir. Qrip və buna bənzər qış xəstəliklərinə qarşı qalxan rolunu oynayır. Bu bitki həmçinin tənəffüs yolu xəstəliklərinə qarşı olduqca faydalıdır. Payız-qış aylarınd

Ən yaxşı vitamin kompleksi hansıdır? - Bunları bilmək vacibdir

Düzgün qidalanmağa diqqət yetirən birisinizsə, vacib vitamin və minerallar tərkibli qidaları yemək haqqında müəyyən qədər fikriniz ola bilər. Vitaminlər və minerallar sağlamlıq üçün gərəklidir və düzgün qidalanmaq vücudunuzu

Şalfeyin faydaları

Adaçayı nədir?. Ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər verir ki, adaçayı, digər adı ilə sürvə dünya mətbəxlərində çox istifadə edilən aromaya sahib bitki növüdür. Bəzi insanlar rus dilindən götürülm

Nanənin faydaları

Nanənin faydaları, sağlam həyata təbii üsullarla çatmağınıza kömək ola biləcək qədər çoxdur. Tənəffüsdən mədə problemlərinə qədər bir çox mövzuda sağlamlığınıza dəstək olan nanə, təzə ya da quru olaraq istifadə edilə bilər

Orqanizmi xərçəngdən qoruyan qidalar

Düzgün qidalanma xərçəng hüceyrələrinin böyüməsini dayandıra bilər. . xəbər verir ki, hər təbii qidaların faydaları olduqca çoxdur. Sadəcə bəzi qidalar var ki, onlar insan orqanizmini xərçəng xəstəliyindən müdafiə edir. Xərçəngdə

Qaya duzunun faydaları

Qaya duzu nədir?. xəbər verir ki, qaya duzu, yer altındakı duz yataqlarından çıxarılaraq əldə edilən və yenilə bilən duz formasında tapılan təbii sodium klorür formasıdır. İlk olaraq Hindistanın tibb sistemi olaraq ortay

Qırmızı soğanın faydaları

Qırmızı soğan digər soğan növü kimi olduqca faydalıdır. Ancaq digər növlə müqayisədə daha şirindir, acılığı azlıq təşkil edir. Bu tərəvəzin bənövşəyi rəngi vardır. Bu səbəbdən adətən yeməklərdə az istifadə edilir. Buna səbə

Qəhvə içmək faydalıdır ya zərərli?

Qəhvənin tərkibində yüksək kafein mövcuddur. Bu səbəbdən gündəlik həddindən çox istifadəsi sağlamlıq problemlərinə yol aça bilər. Yuxu problemindən tutmuş vücudda su itkisinə qədər bir çox narahatçılıqlar yaşana bilər. xəbə

Feyxoanın faydaları

Feyxoa insan sağlamlığı üçün olduqca faydalı meyvələrdən biridir. Qida dəyəri olduqca zəngindir. xəbər verir ki, tərkibində müxtəlif vitamin və minerallar mövcuddur. Feyxoa meyvəsinin qida dəyərləri:. Feyxoa, aşağı kaloril


masaj yuxuda tecili yardim dis agrisi sekis qarin agrisi
masaj
is elanlari