Qara çayın faydaları və zərərləri nələrdir?

Qara çayın faydaları və zərərləri nələrdir?Qara çay tərkibindəki antioksidant sayəsində xərçənglə mübarizədə vacib yer tutur. Bununla birlikdə infeksiya, sümüklərin qüvvətlənməsi, qaraciyər detoksu, dərinin parlaması, yaddaşın quvvetlenmesi kimi bir çox faydası vardır. Çayı şəkərsiz istifadə etmək qocalmağa qarşı effektlidir.

Doktorinfo.az xəbər verir ki, çay, dünyada sudan sonra ən çox istifadə edilən içkilər arasındadır. Aparılan araşdırmalara görə, qara çay ürək sağlamlığına müsbət təsir göstərir. Bakteriyanın yaranmasının, çoxalmasının qarşısı alınır. İmmunitet sistemini gücləndirir.

Qara çayın faydaları nələrdir?

Ürək üçün faydalıdır: Antioksidantdır. Tərkibi flavonoidla zəngindir. Hemçinin tərəvəz, meyvələrdə mövcuddur. Yüksək təzyiq, xolesterin, ürək problemləri zaman effektlidir.
Çay qan təzyiqinin azalmasında effektlidir.

Bağırsaqlar üçün faydalıdır: Pis bakteriyaların böyüməsinə maneə olur. Antibakterial xüsusiyyətləri mövcuddur.

İnsult təhlükəsinin azalmasına təsir edir: Aparılan araşdırmalara görə, qara çay insult təhlükəsini azaldır.
Qara çayın faydaları və zərərləri nələrdir?Qan şəkəri səviyyəsinin düşməsinə səbəb ola bilir: Qara çayın tərkibində, bədəndə insulin istifadəsini artıran molekullar mövcuddur.

Xərçəng hüceyrələri üzərində təsirlidir: Qara və yaşıl çay xərçəng hüceyrələrinin böyüməyini tənzimləyir, yeni hüceyrə inkişafının aşağı endirilməsinə təsir göstərir.

Diqqət əksikliyinin aradan qaldırılmasına kömək olur: Aparılan araşdırmalar tesdiq edir ki, qara çay insanların diqqətinin toplanmasına müsbət təsir göstərir.

Qara çay içməyin zərərləri nələrdir?

Müxtəlif mənfi vəziyyətlərə səbəb olur. Hər insanın maddələr mübadiləsi, qidalanma tərzi eyni deyildir.

Zərərlərini bu şəkildə sıralaya bilərik:

Qani azalda bilər: Çay tərkib cəhətdən olduqca zəngindir. Ancaq dəmirin sovrulmasına maneə ola bilər. Bu səbəbdən orqanizmdə dəmir əksikliyi meydana gələ bilər.

Stress və yuxunun azalmasına səbəb ola bilər: Çayin yarpaqları, kafein tərkiblidir. Bu isə yuxunun azalmasına yol aça biləcəyi üçün çox içmək tövsiyə edilmir. Bu da öz növbəsində stress, yorğunluq, narahatçılıqlar yarada bilər.
Qara çayın faydaları və zərərləri nələrdir?Dərini quruda bilər: Çay istifadə edənlər adətən suya üstünlük vermirlər. Bunun nəticəsində də dəridə quruma başlayır. Nəm dərəcəsini qorumaq üçün maye qəbulu şərtdir.

Çox istifadə zamanı əllərin titrəməsi, kəskin baş ağrısı meydana çıxana bilər.

İmmun sistemi üzərində əks təsirləri: Çay bağırsaqlar üçün yararlı olsa da, yemək yemədən öncə çay içmək mədə bulantısı, yanmasına səbəb ola bilər.

Sinir sisteminin pozğunluqlarına, gərginliyə yol aça bilər.

Tərkibində yüksək səviyyədə olacağını olduğuna görə böyrəklərdə qum və ya daş olanlar üçün çayın çox istehlak edilməsi həkimlər tərəfindən tövsiyə edilmir.
Qara çayın faydaları və zərərləri nələrdir?Dəmli çay içmək mədəyə zərərlidir?

Tərkibindəki maddələr səbəbindən çox dəmlənmiş çay mədə üçün zərərlidir. Mədə turşu ifrazını artırır, qastrit və ya xora kimi mədə problemlərinə səbəb olur. Mədənin zərər görməməsi üçün mədə asitlerinin normal çalışması lazımdır. Çaydan çox istifadə etmək mədə asitlərinə mənfi təsir göstərə bilər.

Dişlərdə müxtəlif ləkələr, saralmalar yarada bilər.

Revmatizma problemi olan şəxslər ehtiyyatla istifadə etməlidirlər. Çox istifadəsi ağrıları kəskinləşdirə bilər.
Qara çayın faydaları və zərərləri nələrdir?


DOKTORINFO.AZ
Sağlam Qida       Tarix: 18 dekabr 2023

Oxşar xəbərlər

Kivinin faydaları və zərərləri

Qış aylarında çox istifadə edilən meyvələrdən biri olan kivi, C və K vitamini cəhətdən olduqca zəngindir. Kivinin faydalarından bəhs edərkən sağlamlıq cəhətdən olduqca yararlı meyvə olması diqqətə çatdırılmalıdır. Tərkibind

Badamın faydaları

Tərkibi bir çox vitaminlərlə zəngin olan badamın faydaları tükənməzdir. xəbər verir ki, ləzzəti ilə bir çox insan tərəfindən bəyənilərək yeyilir və həmçinin hazırlanan şirniyyatlarda istifadə edilir.Gündə 25 ədəd çiy olara

Kaktus meyvəsinin faydaları

Kaktus meyvəsi, yüksək antioksidant, vitamin və mineral tərkibi ilə önə çıxar. xəbər verir ki, C vitamini, immun sistemini gücləndirərkən, beta karoten göz sağlamlığını qoruyur. Lif tərkibi sayəsində həzmi tənzimləyər v

Narın faydaları və zərərləri

Nar, ləzzəti və görüntüsü ilə bir çox qida və salatlarda istifadə edilir. Sağlamlıq cəhətdən isə olduqca faydalıdır. Güclü antioksidantdır və bir çox xəstəliyə qarşı qoruyucu xüsusiyyəti mövcuddur. xəbər verir ki, tərkibind

Zəncəfilin faydaları və zərərləri

Zəncəfil, qış aylarında daha çox istifadə edilən, şəfa deposudur. Bir çox vitamin və minerallarla zəngindir. Soyuqdəymə, ishal, mədə bulantısı kimi həzm sistemi problemləri zamanı faydalıdır. İmmunitet sistemini gücləndirir

Qarazirə yağının faydaları

Qara zirə yağının faydaları saymaqla bitməz. Qara zirə (Çörəkotu) daha çox çörək və digər xəmir məhsullarını bəzəmək üçün istifadə edilən toxum olsa da Qarazire yagi sağlamlıq üçün çox faydalıdı. Çörəkotunun mətbəxlərdə istifad

Quava meyvəsi faydaları

Orta Amerika, Hindistan başda olmaq üzrə bir çox tropikal və subtropikal bölgədə yetişən quava meyvəsi, quava ağacından əldə edilən qabıqlı bir meyvədir. Oval formalı, rəngi açıq yaşıl və ya sarıdır. xəbər verir ki, antioksidan

Çia toxumunun faydaları və zərərləri

Çia toxumu, Amerika bitkisidir. Kiçik, qara və ya ağ rəngli toxumlar formasındadır. Tərkibində yüksək miqdarda lif ilə Omega 3 mövcuddur. Yüksək lif miqdarı ilə həzmi asanlaşdırır və toxumlar şişərək uzunmüddətli toxluq hiss

Kartof qabığının faydaları

Kartof insan orqanizmi üçün faydalı tərəvəz hesab edilir. Aparılan araşdırmalara görə, kartofun özü qədər də qabıqları da faydalıdır. Bəs kartof qabığının faydaları nələrdir?. Kartof qabığının çayından istifadə edərək bi


masaj yuxuda bogaz agrisi hamilelik testi mede agrisi cinsi xestelikler
masaj
is elanlari