Qarğıdalının faydaları və zərərləri

Qarğıdalının faydaları və zərərləriBir çox insanın sevərək yediyi qidalardan olan qarğıdalının tərkibi lif və vitaminlərlə zəngindir.

Qarğıdalının faydaları və zərərləri nələrdir?

Qarğıdalının nəyə faydalı və ya zərərli olduğunu bilmək üçün məqaləni sonadək oxuyun.

Qargidalinin terkibinde neler var?

Doktorinfo.az xəbər verir ki, həm vitamin, həm də mineral cəhətdən olduqca zəngin qida mənbəyidir. İçərisində bol miqdarda potasium, kalsium, dəmir, protein, sodium, B 6 və B 12 vitaminləri mövcuddur. İnsan sağlamlığı üçün faydalı olduğundan bolca yeyilməsi tövsiyə edilir.Yüksək lif tərkibli olduğundan orqanizmdə xolesterin sovrulmasına kömək edir. Həmçinin yarana biləcək bağırsaq problemləri üçün əvəzsizdir. Hemoroid və bağırsaq xərçənginin düşmənidir desək yanılmarıq. Qarğıdalı dənəcikləri görmə zəifliyinə qarşı effektlidir. Tərkibində olan A vitamini göz sağlamlığını qorumağa kömək edir. Həmçinin ürək fəaliyyətinə də müsbət təsiri vardır.

Tərkibində bundan başqa yağ asidi mövcuddur. Bu isə mənfi xolesterin səviyyəsini aşağı endirir. Bununla da damar tıxanıqlığının qarşısı alınır. Qan təzyiqini normada saxlayır. Zehni yarana biləcək xəstəliklərə qarşı effektlidir.

Qarğıdalının faydaları və zərərləriA vitamini həm də dəri üçün faydalıdır. Dəri sağlamlığını təmin edir. Mövcud olan C, E vitamininin köməyilə insan derisini günəşin zərərli şüalarından qorumağa kömək edir. Tərkibindəki omega 3, omega 6 yağ asidləri saçların sağlam uzanmasına yardım edir.

Qargidalinin faydalari

B vitaminler qrupu ile zengindir

Əsəb sağlamlığı üçün vacib qidalardandır. Hamilə qadınlarda folik asid eksikliyinin aradan qaldırılmasına kömək edə biləcək qida növüdür. Vücudu xəstəliklərdən qoruyur. Təbii antioksidantdır.

Anemiya riskini azaldir

Tərkibindəki dəmir vücuddakı qırmızı qan hüceyrələrinin yaranmasına kömək edir. Anemiya riskini olduqca aşağı salır.

Enerjini artırır

İdmanla məşğul olanlar üçün əvəzsizdir. Ara yeməklərdə tez-tez yeyilməsi tövsiyə edilir. Uzunmüddətli enerji verəcəkdir.

Kökəldir

Tərkibindəki yüksək miqdarda kalori səbəbiylə arıq insanların kökəlmək üçün sevərək yeyə biləcəyi qidadır.
Qarğıdalının faydaları və zərərləriMagnezium qaynağıdır

Araşdırmalara görə magnezium əksikliyi birbaşa ürək problemləri ilə əlaqəli olmasa da bu vitamin əksikliyi ürək zədələnməsi prosesini asanlaşdırır. Həmçinin astma və miqren kimi problemlərdə ağrıları azaldır, yüksək qan təzyiqini aşağı salır. Gündəlik magnezium ehtiyacının 16,4% təmin edir.
Qarğıdalının faydaları və zərərləriDiabet xəstəliyi üçün faydalıdır

İnsulini normada saxlamağa kömək edir.

Qaşıntını azaldır

Həşərat dişləməsi nəticəsində yaranan qaşıntını azaltmaq üçün üzərinə bir az qarğıdalı unu səpərək bir neçə dəqiqə gözləyə, həmçinin dərinin üzərinə tətbiq edə bilərsiniz. Su çiçəyi xəstəliyi zamanı qaşıntılar varsa ilıq su vannasına 1-2 çimdik qarğıdalı nişastası əlavə edə bilərsiniz. 15 dəqiqə ərzində problemin azaldığının şahidi olacaqsınız.

Qarğıdalının zərərləri:

Zərərləri çox az səviyyədədir. Həddindən çox istifadə edildiyi zaman ishala yol açır.

Pəhriz saxlayanlar da diqqətli olmalıdırlar. Belə ki, çox yeyildiyi zaman kökəldə də bilər.

Nadir də olsa dəridə qızarıqlıq, şişkinlik kimi allergik təsir yarada bilər.

Astma xəstələri bu qidadan diqqətlə istifadə etməlidirlər.

Həddindən artıq qarğıdalı yemək şəkər xəstələri üçün tövsiyyə olunmur. Tərkibindəki nişasta və şəkər miqdarı səbəbilə qarğıdalı şəkəri artırır.

Qarğıdalının faydaları və zərərləri


DOKTORINFO.AZ
Sağlam Qida       Tarix: 22 mart 2024

Oxşar xəbərlər

D vitamini qəbulu nə üçün vacibdir?

Sağlam sümükləri qorumaq üçün D vitamini olduqca faydalıdır. xəbər verir ki, bunun əsas səbəbi sümüyün ilk olaraq dayağı olan kalsium ancaq bu vitaminin varlığında vücud tərəfindən sovrulmasıdır. Günəş işıqlarının, dəridək

Badamın faydaları

Tərkibi bir çox vitaminlərlə zəngin olan badamın faydaları tükənməzdir. xəbər verir ki, ləzzəti ilə bir çox insan tərəfindən bəyənilərək yeyilir və həmçinin hazırlanan şirniyyatlarda istifadə edilir.Gündə 25 ədəd çiy olara

Qarağatın faydaları

Qarağat bitkisi vitaminlərlə zəngindir. İnsan sağlamlığı üçün olduqca faydalıdır. xəbər verir ki, tərkibi A, K,B5, B6, B1, B2, PP, H, C vitaminləri ilə zəngindir. Bundan əlavə tərkibində təbii turşular, pektin maddəsi, efi

Qarazirə yağının faydaları

Qara zirə yağının faydaları saymaqla bitməz. Qara zirə (Çörəkotu) daha çox çörək və digər xəmir məhsullarını bəzəmək üçün istifadə edilən toxum olsa da Qarazire yagi sağlamlıq üçün çox faydalıdı. Çörəkotunun mətbəxlərdə istifad

Şalfeyin faydaları

Adaçayı nədir?. Ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər verir ki, adaçayı, digər adı ilə sürvə dünya mətbəxlərində çox istifadə edilən aromaya sahib bitki növüdür. Bəzi insanlar rus dilindən götürülm

Qaya duzunun faydaları

Qaya duzu nədir?. xəbər verir ki, qaya duzu, yer altındakı duz yataqlarından çıxarılaraq əldə edilən və yenilə bilən duz formasında tapılan təbii sodium klorür formasıdır. İlk olaraq Hindistanın tibb sistemi olaraq ortay

Feyxoanın faydaları

Feyxoa insan sağlamlığı üçün olduqca faydalı meyvələrdən biridir. Qida dəyəri olduqca zəngindir. xəbər verir ki, tərkibində müxtəlif vitamin və minerallar mövcuddur. Feyxoa meyvəsinin qida dəyərləri:. Feyxoa, aşağı kaloril

Qan artıran qidalar

Anemiya, qana rəngini verən və oksigenin hüceyrələrə daşınmasını təmin edən protein olan hemoqlabinin normal səviyyənin altına düşməsi vəziyyətidir. xəbər verir ki, qanazlığının bir çox səbəbi ola bilər. Düzgün qidalanmama

Narın faydaları və zərərləri

Nar, ləzzəti və görüntüsü ilə bir çox qida və salatlarda istifadə edilir. Sağlamlıq cəhətdən isə olduqca faydalıdır. Güclü antioksidantdır və bir çox xəstəliyə qarşı qoruyucu xüsusiyyəti mövcuddur. xəbər verir ki, tərkibind


masaj yuxuda tecili yardim mede agrisi tecili tibbi yardim cinsi xestelikler
masaj
is elanlari